Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Mövzu : 2. Savad təlimi dövründə yazı . Bu dövrün məzmun və vəzifələri



Yüklə 302,66 Kb.
səhifə5/71
tarix23.01.2023
ölçüsü302,66 Kb.
#99087
1   2   3   4   5   6   7   8   9   ...   71
M vzu m asir t lim formalar ,i sullar v texnikalar plan 1

Mövzu : 2.
Savad təlimi dövründə yazı . Bu dövrün məzmun və vəzifələri.Yazı təliminın aşılanması mərhələləri.Yazı ləvazimatları.Yazıya verilən tələblər

Plan
1. Savad təlimi dövründə yazı
2.Yazı təliminin məzmunu
3.Yazı təliminin vəzifələri
Ədəbiyyat

  1. Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997,2012

  2. Y.Ş.Kərimov. Savadtəlimininmetodikası. Bakı, 1996.

  3. Y.Ş.Kərimov, T.Sadıqov. Hüsnxətttəlimimteodikası. Bakı, 1995.



  1. Yazı təliminin məzmun və vəzifələri. Yazı təlimi diqqət yetirilməsi çox vacib olan sahələrdən biridir (Yazı mürəkkəb bir proses olmaqla baş beyin yarımkürələri və görmə analizatorunun fəaliyyəti ilə bağlıdır. Bu mürəkkəb psixofizioloji prosesə yiyələnmə ibtidai təlimin ilk dövründən başlanır).

Uşağın həm üzündənköçürməsi, həm imla yazması, həmişə üzərində işləməsi yazı adlanır. I halda fəaliyyətin şüurlu məqsədi hərflərin qrafik konfiqurasiyasını verməkdir, II halda məqsəd sözləri orfoqrafik cəhətdən düzgün yazmaqdır, III halda isə öz fikrini düzgün ifadə etməkdir.Deməli, yazı hərfin konfiqurasiyasının verilməsi, onların sözdə bitişdirilməsi, sözlərin düzgün yazılması, fikrinə aydın və rabitəli verilməsi kimi yüksələn prosesdir. Nəticədə həm kalliqrafiya, həm orfoqrafiya, həm də məzmun öz əksini tapır. Ona görə də yazı üzrə vərdişlərin yaranmasına təlimin ilk günlərindən qayğı göstərilməlidir.
Yazı təlimi I sinifdə əlifbanın öyrənilməsi işinə hazırlıqdan başlanır. Bu proses savad təlimi dövrünü əhatə edir. Həmin dövrdə yazı təlimi əlifba dərsliyinin sisteminə uyğun şəkildə qurulur. Bu prosesdə uşaq diqqətini müvafiq hərfin yazılışında ölçünü, formanı gözləmək, orfoqrafik səhvə yol verməmək və s. Kimi sahələrə yönəldir. Yazı vərdişləri II sinfin sonunadək inkişaf edir, təxminən 9 yaşında xeyli avtomatlaşır.
Ümumiyyətlə, ibtidai siniflərdə ana dili üzrə təlimin başlıca məqsədi uşaqları oxu və yazı texnikasına yiyələndirmək, onlara düzgün oxu və yazı vərdişləri aşılamaqdır.
SAVAD TƏLİMİ DÖVRÜNDƏ YAZI 1. Kalliqrafik cəhətdən düzgün yazı tədrisinin əsasları. Gözəl, səliqəli yazmaq hər bir məktəblinin yiyələnməli olduğu əsas bacarıqlardan biridir. Əksər hallarda şagirdlərin təlim müvəffəqiyyəti onun yazı bacarığına necə yiyələnməsindən asılı olur. Savad təlimi dövründə əsas məsələlərdən biri də şagirdlərin ilkin yazı vərdişlərinə yiyələnmələridir. Bu məqsəddən irəli gələn vəzifələr aşağıdakılardlr:
 Hərflərin kalliqrafik cəhətdən düzgün yazılması və bitişdirilməsi;
 Sözlərin və kiçik həcmli mətnlərin səhvsiz üzündən köçürülməsi.
Savad təlimi dövründə ilkin oxu təlimi səs təhlil-tərkib metodu ilə aparılır. Səsin heca tərkibində təqdim olunduğu bu metodun tətbiqini asanlaşdırmaq üçün əlifba təliminə hazırlıq dövründə fonematik təhlilə geniş yer ayrılmalıdır. Bu prosesdə nitqdəki cümlə sözlərə ayrılır, cümlədəki sözlərin sayı və ardıcıllığı müəyyən olunur, sözlər hecalara ayrılır, hecaların sayı və ardıcıllığı müəyyən olunur. Yəni savad təliminin ilk günündən yazı təlimi oxu təlimi ilə paralel gedir. Hərflərin necə yazılmasından asılı olmayaraq şagird hər hansı bir işarə vasitəsilə səsi düzgün əks etdirirsə, deməli, şagird yaza bilir. Şagird qrafik ünsürlərin köməyi ilə fikir və düşüncələrini ifadə edə bilirsə, o, yazının maddi əsasını mənimsəyib və onu savadlı hesab etmək olar. Yazının kalliqrafiyası onun ikinci cəhətidir. Şagird hərfləri necə gəldi deyil, əl yazısı qaydasında aydın, səliqəli yazırsa, düzgün bitişdirirsə, ara məsafəni, maililiyi, sətir xəttini gözləyirsə, rabitəli və sürətli yaza bilirsə, deməli, kalliqrafiya qaydalarına əməl olunur. Kalliqrafiya qaydalarına riayət etmək əmək mədəniyyətinin tərbiyəsində də mühüm rol oynayır. Kalliqrafiya qaydalarına əməl olunması prosesində şagirdlər təlim əməyini təmiz, səliqəli, dəqiq yerinə yetirməyə çalışırlar ki, bu da onlarda öz əməklərinə hörmət tərbiyə edir. Kalliqrafiya qaydalarına riayət etməyin üçüncü mühüm cəhəti şagirdin qrammatik hazırlılğı, nitqinin, dünyagörüşünün inkişafı ilə bağlıdır
İbtidai siniflərdə ana dilinin tədrisi metodikasının ən mühüm sahələrindən biri düzgün yazı qaydayları, yəni orfoqrafiya təlimidir. Savadlılıq anlayışı şagirdlərin yazı qaydalarını nə dərəcədə mənimsəmələri ilə bağlıdır. Yazı təliminin metodik tələblərə uyğun şəkildə təşkili vacib şərtlərdəndir. Yazı təlimi şərti olaraq 3 mərhələyə bölünür:
 “Analitik” mərhələdə şagirdlər yazı texnikası və onun əsas element ləri ilə tanış olurlar. Heca-səs təhlili əsasında şagirdlər sözlərdə səsləri və hecaları ayırır, onların hərflərlə ifadəsi ilə tanış olurlar. Bu mərhələ bütün hazırlıq dövrünü, samitlərin bir hissəsinin öyrənildiyi dövrü əhatə edir.
 “Analitik-sintetik” mərhələsində səs-hərf təhlili hecanın, sözlərin, kiçikhəcmli cümlənin yazılması ilə müşaiyət olunur. Şagirdlərin diqqətinin birinin məzmunundan digərinin məzmununa keçməsi onlarda çoxlu qrafik nöqsanların baş verməsi ilə nəticələnir. III rübün ortalarında və ya sonunda artıq III mərhələyə keçilir.
 “Sintetik” mərhələdə söz bütövlükdə yazılı ifadənin vahidi olur. Yazı prosesi sürətlənir. Şagirdlərin diqqəti yazının məzmununa yönəlir. “Əlifba” üzrə hərflərin öyrənilməsinədək şagirdlər hərflərlə tanış olurlar. Saitləri, sonralar samitləri öyrədərkən şagirdlərə dəftər verilir. Bu mərhələdə hərfin forması, hündürlüyü, aralarındakı məsafə, sətirdə maililiyin gözlənilməsi ilə yanaşı müəllimin əsas qayğısı şagirdlərdə 6 savadlı yazının formalaşdırılmasıdır. Burada çapetmə priyomunun böyük əhəmiyyəti var. Belə ki, əlifba təlimi dövründə yazı dərsi iki həssəyə ayrılır: a. hərflərin yazılması, yəni yazı texnikası; b. hecaların, sözlərin, cümlələrin yazılması. Oxu dərslərində çap hərflərlə yazı növündən istifadə olunur. Bu, oxu dərsinin bir hissəsinin yazı dərsinə köçürülməsinə xidmət edir. Kəsmə əlifba ilə ( əl yazısı) iş prosesində şagirdlərin düzgün yazı qaydalarına nəzarət etmək mümkün olur. Müəllim hər bir şagirdin fəaliyyətini qiymətləndirə bilir. Çapetmə üzrə iş aşağıdakı qaydada təşkil olunur: 1. “Çapetmə” dəftərdə söz və cümlələrin yazılışını qabaqlayır, uşaqları savadlı yazıya hazırlayır. 2. “Çapetmə” təşkil olunarkən işin müəyyən qaydasına və ardıcıl - lığına riayət olunur. Şagirdlər hərflə tanış olduqdan sonra vərəqdə onun böyük və kiçik şəklini yazır, sonra düzünə və tərsinə hecaları, üçhərfli sözləri, 4-5 hərfli açıq və qapalı hecalı sözləri və nəhayət cümlə yazırlar. 3. “Çapetmə” səhvləri xəbərvermə üçün hazırlıq xidmətini görür. Dəftərdə yazıya başlamazdan əvvəl yazının əsas qaydası işlənir. Şagirdlər “çapetmə” zamanı əsas diqqətlərini heca, söz və cümlələrin düzgün yazılmasına yönəldirlər. 4. “Çapetmə” təlimin müəyyən mərhələsində zəruridir. Qrafik vərdişlər inkişaf etdikdən sonra şagirdlər eyni cəldliklə yazılı və çap şriftlərlə yaza bilərlər. Artıq əlifba təlimi başa çatdıqda birincilər təkcızıq dəftərdə kalliqrafik cəhətdən düzgün yazmağı və orfoqrafiya rejimini gözləməyi bacarırlar. 7 Yazı ilk növbədə orfoqrafik cəhətdən savadlı, sürətli proses olmalı, yazan fikrini rabitəli və eyni zamanda düzgün şəkildə ifadə etməyi bacarmalıdır. Yəni, hərflərin yazılması texnikası əslində savad, elm deyil, savadlanmaq və elm öyrənmək üçün bir vasitədir. Məlumdur ki, yazı prosesində birincilərin diqqəti qrafik cəhətə yönəldiyindən başqa sahələrə, xüsusilə sözlərin düzgün yazılmasına nəzarət edə bilmirlər. Sözün səs-hərf tərkibini təhlil etməyə səy göstərildikdə kalliqrafiya qaydaları gözlənilmir, yazının keyfiyyəti aşağı düşür. Savadlı adam yazarkən diqqətini mətni dolğun verməyə. Cümləni üslubi cəhətədən düzgün qurmağa, orfoqrafiya və duğu işarələri tələblərini gözləməyə yönəldir. Yazı zamanı hərf və söz yazısı o qədər avtomatlaşır ki, qaydalar üzərində düşünməyə ehtiyac qalmır. Orfoqrafik vərdişlərin möhkəmləndirilməsində ən vacib cəhət yazı materiallarının seçilməsidir. Orfoqrafik vərdişlərin mənimsənilməsi zamanı şagirdlər ayrı-ayrı sözlərin yazılışını şüurlu şəkildə mənimsədikləri üçün, öz yazılarının dürüstlüyünü də yoxlaya bilir və səhvlərin sayı minimuma enir. Yazı qaydalarının qanunauyğunluqlarını yaxşı bilən, bu sahədə möhkəm vərdişlərə malik olan şagirdlər orfoqramları müstəqil şəkildə heç bir səhvə yol vermədən işlədə bilirlər. Orfoqrafik təhlil şagirdləri öz yazlarına, işlətdikləri bütün orfoqramlara diqqətli yanaşmağı adət etdirir. Şagirdlər Azərbaycan dili yazı qaydalarını dəqiq öyrənirlər. Təhlil zamanı çalışmaq lazımdır ki, seçilmiş mətnin içərisində öyrədiləcək orfoqramlara aid çoxlu nümunələr olsun. Bu və ya digər söz təhlil edilərkən şagirdlər bu sözün nə üçün bu şəkildə yazılmasını izah edə bilməlidirlər. Həm fonetik təhlil, həm morfoloji təhlil bu işdə mühüm rol oynayır. 8 Yuxarıda deyilənləri nəzərə alaraq deyə bilərik ki, orfoqrafik yazı vərdişlərinin əsası ilk yazı təlimi zamanı qoyulur. 4. Hüsnxət dərslərində əyanilik. Hüsnxət dərslərində əyani vəsaitdən geniş istifadə olunmalıdır. Hüsn-xət dərslərində əyanilik aşağıdakılar vasitəsilə həyata keçirilir:
 Yazı taxtasında nümunəvi xəttin gözlənilməsi;
 Müəllimin şagirdin dəftərində nümunə verməsi;
 İş dəftərində yazı;
 Plakatlardan istifadə.
Bunların içərisində müəllimin yazı taxtasında nümunəsi birinci yeri tutur. Bu, bütün sinfin eyni vaxtda müşahidə aparmasına imkan verir. V.A.Saqlinə görə müəllimin yazı taxtasında ilkin nümunələri belə olmalıdır: Şəkillərdən göründüyü kimi nazik və şaquli xətlər bir-birindən eyni məsafədə yerləşməlidir. Bu çalışmanın yerinə yetirilməsindən əvvəl yazı taxtası əyani vəsaitə uyğun rənglənməlidir. Daha sonralar başqa cədvəldən istifadə etmək olar. 9 Cədvəldə müxtəlif növlü naxışlar, ovallar və yarımovallar verilmişdir. Şagird onların üzərində müşahidə apararaq baxış dairəsi ilə qavramağı öyrənməlidir. Şagirdlər onları əvvəl sağ, sonra sol tərəfə doğru səlis şəkildə çəkməyi, işi tam sərbəst və dəqiq, inamla yerinə yetirənədək təkrarlamalıdır. Çəp, düzxətli, üfüqi xətlər arasında məsafə dəqiq olmalıdır. Sonrakı nümunələr isə hərflərin yazılmasına yaxınlaşmaq imkanı verən şaquli və üfüqi vəziyyətdə, paralel xətlərin, yarımovalların, ovalların çəkilməsi, onların növbələşdirilməsindən ibarət olur. Müəllim hər dəfə sinfin diqqətini yazı taxtasına cəlb etdikdən sonra təbaşiri harada qoyub haraya tərəf apardığını, hərfin yazılışının harada başa çatdığını izah edir. Böyük hərflər dəftərdəkindən ən azı 10 dəfə böyük olmalıdır. Məktəblərdə hərflərin çap və yazılı şəkillərinin qarşılıqlı verildiyi əlifba cədvəllərindən istifadə olunur. Belə cədvəllərdə hərflərin çap şəkli daha qabarıq verildiyindən yazılı şəkli o qədər də diqqəti cəlb etmir. Ona görə də ayrıca əl yazısı cədvəlinin tərtib olunsa daha yaxşı olar. Günəş Ay Ulduz Bulud 10 Bundan başqa, şəkilli əlifbalardan istifadə olunması da səmərəli üsullardandır. Onları paylama materialı kimi də tərtib etmək olar. H h M m H h M m Həkim Müəllim Həkim Müəllim Belə əlifbada hərfin çap və əlyazısı, böyük və kiçik şəkli, qarşısında adı həmin hərflə başlayan əşya şəkli verilir. Kənd Ağac Çiçək 11 İ... Dov... Pə.... Pi... Av..... Traktor S... A ... K ........ Yel ... Q.. 12 T . . Tə . . . . Qı . . . Kalliqrafiya qaydalarına uyğun olmayan “nümunələrin” şagirdlərə təqdim olunması ziyankarlıqdan başqa bir şey deyil. Bu cədvəl və nümunələr şagirdlərdə yanlış təsəvvürlər yaradır və onların yazısına mənfi təsir göstərir.
Bir yazı dərsinin geniş icmalı və təhlili . Yazı dərsinin müxtəlif formaları var. Hərflərin yazılmasına həsr olunmuş dərslər onlardan biridir. Hərflərin yazılmasına həsr olunmuş dərsin quruluşu aşağıdakı kimidir:
1. Yazıya hazırlıq. Bu mərhələdə şagirdlərin partada düzgün əyləşmələri, dəftəri düzgün qoymaları, qələmi düzgün tutmaları yoxlanılır.
2. Keçmiş dərsin nəticələrinin elan olunması. Ən yaxşı işlər nümayiş etdirilir, xarakterik nöqsanlar göstərilir.
3. Giriş müsahibəsi. Dərsin mövzusu, məqsəd və vəzifələri elan olunur. Şagirdlərdə çalışmaya maraq və onun yerinə yetirilməsinə həvəs oyadılır.
4. Səsin sözdən ayrılması. Yeni səsin sözdən ayrılması üçün səs 13 tələffüz olunur, sözün səs quruluşu təhlil edilir, yeni səs tələffüz olunur. Kəsmə əlifba ilə həmin səsin yazılı şəklini ifadə edən hərfin böyüyü və kiçiyinin çap şəkli, sonra əl yazısı şəkli göstərilir.
5. Hərfin elementlərə ayrılması və elementin yazı taxtasında müəllim tərəfindən göstərilməsi.
6. Hərfin müəllim tərəfindən yazılması.
7. Partada əyləşmə, dəftəri qoyma, qələmi tutma qaydalarının təkrarı, bilək və barmaqların hərəkəti üzrə məşqlər.
8. Hərfin yazılışının möhkəmləndirilməsi. Dərsin bu mərhələsində hərfin yazılışı oxşar hərfin yazılışı ilə müqayisə edilir. Məsələn: S-Ş, BR, T-F, X-C və s.
9. Hərfin şagirdlər tərəfindən yazılması.
10.Tərkibində yeni hərfin olduğu sözlərin yazılması.
11. Yazının nəticələrinin müzakirəsi.

Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə