Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005



Yüklə 302,66 Kb.
səhifə104/111
tarix12.05.2022
ölçüsü302,66 Kb.
#86837
1   ...   100   101   102   103   104   105   106   107   ...   111
Ana-dilinin-tədrisi-metodikası-ISM-2-kurs

8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I, II, III, IV siniflər üçün

İBTİDAİ SİNİFLƏRDƏ NİTQ İNKİŞAFI ÜZRƏ İŞİN BAŞLICA İSTİQAMƏTLƏRİ. I sinfə qəbul edilmiş uşaqların nitqi üzərində müşahidə apararkən müşahidə edirik ki, ailədən məktəbə gələn uşaqlarla uşaq bağçasından məktəbə gələn uşaqların nitqi arasında böyük fərq olur. Buna görə də məktəbdə uşağın nitqi üzərində planlı iş aparılmalıdır. Uşağın nitqinin inkişaf etdirilməsi dedikdə. Dili mənimsəməkdə ona kiömək göstərmək, bu məqsədlə nitq orqanlarını məşq etdirmək, dilin leksik və qrammatik işarələrinin başa düşülməsini asanlaşdırmaq, morfem, söz, söz birləşməsi və cümlə kimi dil işarələrinin nitqdə işlədilmə ənənəsini asanlaşdırmaq nəzərdə tutulur. Uşaqların nitqinin inkişafı üzrə işi düzgün təşkil etmək üçün müəllim dilçilik elminin nailiyyətlərinə istinad etməlidir. Şifahi nitqə bir sıra tələblər verilir: zənginlik, məzmunluluq, məntiqi ardıcıllıq, düzgünlük, aydınlıq, dəqiqilik, ifadəlilik, təmizlik. Uşaqlarda şifahi nitqi formalaşdırmaq üçün onun forma və məzmununun vəhdəti əsas götürülür. Şagirdlərin nitqinin düzgün inkişaf etdirilməsi üçün ümumi didaktik tələblər gözlənilməlidir. Yəni, nitq inkişafı üzrə işi xüsusi dərslər və məşğələlərlə məhdudlaşdırmaq olmaz. Nitq inkişafı üzrə iş digər fənlərin tədrisi prosesində , sinifdənxaric məşğələlərdə də təşkil edilməlidir. Nitq inkişafı üzrə iş kompleks şəkildə aparılmalıdır. Bu prosesdə mümkün qədər müxtəlif, rəngarəng üsul, vasitə və priyomlardan istifadə olunmalıdır. Nitq inkişafı anlayışı öz həcmi və məzmunu etibarilə çox geniş anlayışdır. Bu, bir sıra sahələri əhatə edir: 1. Nitqin səs mədəniyyəti üzərində işin təşkili. 2. Ədəbi tələffüz üzrə işin təşkili. 3. Lüğət ehtiyatının zənginləşdirilməsi. 4. Cümlə qurmaq vərdişinin inkişafı. 5. Rabitəli nitq vərdişlərinin inkişafı. Nitq inkişafı prosesində bu sahələrin biri digərini tamamlayır, birbiri ilə əlaqələnir. I Nitqin səs mədəniyyəti üzərində işin təşkili Nitq səs mədəniyyətinə onun tərkib hissəsi olan:

 səs tələffüzü, orfoepiya, diksiya;

 intonasiya, sürət;

 nitqin ünsiyyət mədəniyyəti elementləri;



 nitqi eşitmə qabiliyyəti və artikulyasiya aparatının inkişaf etdirilməsi daxildir. Uşaqların əksəriyyətinin nitqin səs mədəniyyəti nöqsanlı olur.Buna görə də bu, müəllimdən ciddi iş tələb edir. Müəllim ilk gündən şagirdlərin fonematik eşitmə qabiliyyətini inkişaf etdirməli, onların ana dilinin bütün səslərini düzgün eşitmələri, səslənməsinə görə yaxın olan səs və sözləri fərqləndirmələrini müəyyənləşdirməlidir. Şagirdlər müxtəlif tərkibli sözlərdə səslərin sayını, ardıcıllığını müəyyənləşdirməyi bacarmalıdırlar. Uşaqların r-s, b-p, d-t, s-ş, v-f, c-ç səslərinin qarışdırdıqlarını nəzərə alaraq səslənməsinə görə oxşar səslər təələffüz etdirilir və fərqlənən səsi tapmaq tələb olunur. Nitq səslərinin aydın tələffüzü onları əmələ gətirən artikulyasiya orqanlarının vəziyyətindən, hərəkətindən də asılıdır. Məktəbəqədər dövrdə artikulyasiya aparatında baş verən pozuntular sonralar da davam edə bilər. Buna görə də şagirdin tələffüz edə bilmədiyi səsi müxtəlif nitq materialında möhkəmləndirmək zəruridir. Dilin çevikliyini inkişaf etdirmək, dodaqların çevikliyini təmin etmək, alt çənəni müəyyən vəziyyətdə saxlamaq üzrə məşqlər, tənəffüsün düzgünlüyü üçün təmrinlər və s. bu kimi işləri diqqətlə və ardıcıl həyata keçirməl vacibdir. Nitq səs mədəniyyətinə şagirdlərin yaxşı diksiyaya yiyələnmələrini də tələb edir. Müəllimin nümunəvi nitqi bunun üçün əsas şərtdir. II Ədəbi tələffüz üzrə işin təşkili Ədəbi dilin saflığı onun tələffüz normalarına necə əməl olunmasından çox asılıdır. Tələffüzün aydınlığı fikrin dəqiq çatdırılmasını və eşidilənlərin aydın başa düşülməsini təmin edir. Ümumiyyətlə tələffüz dedikdə, dilimizin ümumi normalarına uyğun danışmaq nəzərdə tutulur. Ədəbi tələffüz ədəbi dilin normalarını gözləməklə danışmaqdır. Bu, orfoepik normalarla tənzimlənir. Düzgün tələffüz normalarını bir və ya bir neçə dərsdə öyrənmək mümkün deyil. Bu uzun bir prosesdir və bütün təlim illəri ərzində aparılmalıdır. Adətən şagirdlər kitabda necə yazılıbsa, o cür də oxumağa çalışırlar. Məsələn, (baxça) əvəzinə bağça, (taxda) əvəzinə taxta, (əsgər) əvəzinə əskər və s. deyə tələffüz edirlər. Yalnız müəllimin uzun və ardıcıl göstərişləri nəticəsində şagirdlər qiraət və tələffüzdə buraxdıqları bu nöqsanları düzəldə bilərlər. Bəzən müəllimlərin özü sözləri orfoepik qaydada yox, orfoqrafik qaydada tələffüz edirlər. Nəticədə, sinifdə müəllim və şagirdlər süni bir dildə, sinifdənkənar şəraitdə isə öz dialektlərində və ya ədəbi tələffüz normalarına uyğun şəkildə danışmağa başlayırlar. Dilimizdə sözlərin bir qisminin tələffüzü ilə yazılışı eynidir. Məsələn, səhər, ata, bacı, bal və s. Bir qisim sözün yazılışı ilə tələffüzü isə fərqlənir: məllim, dosluğ, ayilə, sakqal və s. Bu sözləri tələffüzə əsasən yazan şagirdlər səhvə yol verirlər. Buna görə də ana dili dərslərində orfoepiyanın əsəsları I sinifdən praktik şəkildə öyrədilməlidir. Bundan başqa, qrammatika da dilin digər sahələri üzrə işin təşkilinə xidmət edir. Qrammatik qaydaların öyrədilməsi sözlərin düzgün yazılışı işini asanlaşdırır. Qrammatik qaydanı mənimsəyən şagird onu yüzlərlə sözə tətbiq edə bilir. Əvvəlcə şifahi nitqimizdə çox işlənən və tələffüzü nisbətən asan olan sözlərdən başlamaq lazımdır. Daha sonra isə çətin sözlərə keçilməli və hər dəfə əvvəl öyrənilənlər təkrarlanmalıdır. Kiçikyaşlı məktəblilərə aşağıdakı normaların öyrədilməsi vacibdir:  Saitlərin tələffüzünə dair qaydalar;

 Qoşasaitli sözlərin tələffüzünə dair qaydalar;

 Samitlərin tələffüzünə dair qaydalar;

 Bəzi qrammatik formaların tələffüzünə dair qaydalar; III Lüğət üzrə iş Lüğət üzrə iş nitq inkişafı üzrə iş sistemində mərkəzi yer tutur. Məlumdau ki, söz dilin başlıca vahididir. Söz üzərində iş düzgün təşkil olunmazsa, uşaqların lügəti zənginləşdirilməzsə, uşaqların nitq ünsiyyəti və təfəkkürü də inkişaf edə bilməz. Altıyaşlılar məktəbə qədər az sözlə öz ehtiyaclarını ödəyə bildikləri halda, məktəb dövründə fikrini ifadə etmək üçün daha çox və mürəkkəb dil vahidlərindən istifadə etməli olurlar. Məktəbdə sistemli iş. Uşaqlarla məqsədyönlü ünsiyyət onların lügətinə güclü təsir göstərir. Lüğət üzrə işdə əsas məsələ sözün mənasını izah etmək və şagirdin lüğət fondunu zənginləşdirməkdir. Azərbaycan dili dərslərində söz yaradıcılığı üzrə aparılan praktik işlər üçün sözdüzəldici şəkilçilərin praktik imkanlarını müəyyənləşdirməklə başlamaq lazımdır. Məsələn, üzümçü, üzgüçü, məktəbli, suçu və s. bu kimi düzəltmə sözlərdə söz kökünün ifadə etdiyi mənalar şagirdlərə tanışdır. Bu zaman şagirdlərə aşağıdakı tipli çalışmalar vermək məqsədəmüvafiqdir. Çalışma 1. Uyğun gələn sifətlərdən istifadə etməklə mətni zənginləşdirin. Çalışma 2. Aşağıdakı isimlərdən sifət düzəldib cümlədə işlədin. Qürur, səliqə, sevinc, fərəh və s. Çalışma 3. Verilmiş isim və sifətlərdən birləşmələr düzəldib yazın. Çalışma 4. Hər bir sifətə uyğun isim tapıb yazın. Azərbaycan dilində müxtəlif mənaları ifadə edən, lakin formaca eyni olan söz və şəkilçilərə rast gəlməl mümkündür. Bu şəkilçilərin qoşulduğu düzəltmə sözlərə aid nümunələr verilməklə onların fərqi göstərilir və izah olunur. Belə sözlərin öyrədilməsindən sonra şagirdlərin fəal lüğətinə daxil olmuş sözlərin öyrədilməsi müsbət nəticələr verir. Lüğət ehtiyatını zənginləşdirmək məqsədilə sözün mənasını mənimsətməyin vacib yollarından biri sözlə əyaniliyin bigə tətbiqidir. Hər hansı əşya və ya hadisə haqqında məlumat verilərkən onun özünün şəklini və ya sxemini çəkmək, təsvirini vermək, ekskursiyalar təşkil etməklə əyani şəkildə göstərmək öyrədilən anlayışın daha tez mənimsənilməsinə kömək edir. Məsələn, sözün mənasını izah etməyin yollarından biri də növü cinsə daxil etməklə sözləri qarşılaşdırmaqdır: alma-meyvə, kələm-tərəvəz, palıd-ağac, futbol-idman və s. Lüğət ehtiyatını zənginləşdirmək yollarından danışarkən mürəkkəb sözləri komponentlərinə ayırmaqla izah etməyi nəzərdən qaçırmaq olmaz. Təhlil zamanı şagirdlər əmin olurlar ki, mürəkkəb sözün bütövlükdə ifadə etdiyi məna komponentlərin ayrı-ayrılıqda ifadə etdikləri mənalara tamamilə uyğun gəlmir: itburnu, dəvədabanı, ayıpəncəsi, şirindil və s. Lüğət üzrə iş prosesində sözlər seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

 sözün öyrənilən materialın ideya məzmunu ilə əlaqəsi;

 şagirdlərin nitq inkişafının səviyyəsi;

 şagirdlərin hazırlığı və ümumi inkişaf səviyyəsi;

 sözün çoxmənalılığı;

 sözün həqiqi və məcazi mənası;

 sözün çoxişləkliliyi;

 sözün morfolojim quruluşu;

 sözün izah və thliletmə imkanları;

 sözün orfoqrafik cəhəti;

 sözün öz sözümüz və ya alınma olması;

 sözün termin olub-olmaması;

 bir dərsdə çoxlu sözün izahına yol verilməməsi.

Müəllim şagirdlərin nitqinin dəqiqliyini inkişaf etdirmək üçün şagirdlərin fəal lüğətində olan söz ehtiyatının mənasının başa düşülməsini, fikrin ifadəliliyini artırmaq üçün dəqiq dil vahidlərini seçə bilmək bacarığını artırmalıdır. Çoxmənalı, məcazi mənalı sözlər üzərində iş aparılarkən buna xüsusilə fikir vermək lazımdır. Müəllim şagirdlərin lüğətinin fəallaşdırılması, lüğətinin təmizliyi istiqamətində də iş aparmalı, ədəbi tələffüz normalarının pozulduğu söz və ifadələri nitqində işlənməsinə yol verməməlidir. Lüğət üzrə iş qrammatikanın tədrisi prosesində də nəzərə alınmalıdır. Belə ki, şagirdlərin dilimizin qrammatik formalarının şüurlu dərk etmələri, onların lüğət ehtiyatının zənginləşməsi üçün, yəni yeni dil vahidlərini şüurlu mənimsəmələri üçün geniş imkanlar açır. Lüğət üzrə iş prosesində lüğət-məntiqi çalışmalar, lüğət-qrammatik çalışmalar, lüğər-orfoqrafok çalışmalar mühüm yer tutur. IV Cümlə üzərində iş Cümlə üzərində iş nitq inkişafının əsas məsələlərindəndir. Cümlə haqqında praktik bacarıq və vərdişlər uşağın dil açdığı dövrdən yaranmağa başlayır. Təlimin başlanğıcında şagirdlər müəllimin suallarına cümlələrlə cavab verir, ona sual verməyi bacarırlar.Əslində cümlə qurmaq bacarığı zəngin lüğət ehtiyatı tələb edir. Digər tərəfdən, artıq savad təliminə hazırlıq mərhələsində şagirdlər, nitqi cümlələrə ayırmağı, cümlədə sözlərin sayını, ardıcıllığını müəyyənləşdirə bilirlər. Bu zaman cümlə sxemlərindən istifadə olunur. Cümlə üzrə işin müxtəlif yolları vardır:

 suallara cavab;

 cümləyə sual vermək;

 cümlədə buraxılmış sözü yerinə qoymaqla onu tamamlamaq;

 sözü başqası ilı əvəz edib cümləniyazmaq;

 cümlədə qrammatik formanı başqası ilə əvəz etmək;

 oxunmuş mətndən obrazlı söz və ifadələri seçib yazmaq;

 vürilmiş çoxmənalı, omonim, sinonim və antonimləri cümlədə işlətmək;

 cümləni genişləndirmək;

 dağınıq verilmiş sözlərdən cümlə qurmaq;

 bu və ya digər mövzuya aid cümlə qurmaq;

 söz birləşməsi tərtib etmək;

 oxunmuş mətndən məzmunla bağlı cümlələri seçmək;

 verilmiş sintaktik model əsasında cümlə qurmaq;

 mənanı saxlamaqla cümləni başqa formada ifadə etmək;

 cümlədə məntiqi vurğunun yerini dəyişməklə mənanı dəyişdirmək;



 iki-üç cümləni bir sadə və ya mürəkkəb cümlədə birləşdirmək. Cümlənin tərkibi üzrə ilkin çalışmalardan başlayaraq yuxarıda sadalanan qaydalar əsasında aparılan çalışmalar şagirdlərə cümlə haqqında praktik bacarıq və vərdişlər aşılayır. Yuxarı siniflərə keçdikcə, şagirdlər cümlə üzvləri, baş üzvlər, ikinci dərəcəli üzvlər kimi anlayışlarla, mövzularla tanış olduqca onların cümlə haqqındakı təsəvvürləri daha da artır. Daha sonra onlar cümlənin məqsəd və intonasiyaya görə növlərini, onların nitqdə rolunu öyrənirlər. V Rabitəli nitq vərdişlərinin inkişafı. Dilin bütün sahələri ilə bağlı olan belə çalışmalar şagirdlərin nitqini və təfəkkürünü inkişaf etdirir, onları öz fikirlərini rabitəli ifadə etməyə hazırlayır. Rabitəli nitq dedikdə, şagirdlərin xarici aləmi düzgün qavramaları, onu qrammatik və üslubi cəhətdən savadlı ifadə etmələri nəzərdə tutulur. Bunun üçün şagirdlərin lüğət və cümlə üzrə iş prosesində qazandıqları vərdişlərdən istifadə olunur. Rabitəli nitqin birinci mərhələsini ifadə, ikinci mərhələsini isə inşa yazılar təşkil edir. İfadə yazıya hazırlığı yalnız mətndəki mənası tanış olmayan bir neçə sözün mənasının izah edilməsi ilə məhdudlaşdırmaq olmaz. Mətndəki belə sözlər, bəzi ifadələr əvvəlcədən müəyyənləşdirilməli, dil dərslərində həmin sözlərin mənasının və yazılışının izahı, cümlədə işlədilməsi üzrə iş getməlidir. İfadənin mətni əvvəlcədən planlaşdırılmalıdır. Yazılı inşa üzrə vərdişlərin yaranması üçün çoxlu məşğələlər aparmaq lazımdır. Yazılı inşa şifahi inşanın sadəcə qrafik surəti deyil. Bunun üçün yazılı rabitəli nitqin inkişafı üzrə aparılan dərslər böyük rol oynayır. Şagird inşa üzərində işləyərkən öz nitqini müşahidə etməyi öyrənir. Bu da ona yazdıqları üzərində fikirləşmək, ifadələrini təkmilləşdirmək və onu daha da yaxşılaşdırmaq imkanı verir. Yazılı nitqin məntiqi və üslubi vərdişlər üzrə aparılan işləri orfoqrafik vərdişlər üzərindəki işlə paralel aparılmalıdır. Şagird ifadə və inşa yazdıqda özü bildiyi kimi yazır, öz sözlərini və söz birləşmələrini mətnə daxil edir.


Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə