85
çatdırılmsıdır (məcburi ödəmə-
lər və s.). Müavinətin məbləği
əvvəlki əmək haqqı və həyat
səviyyəsi ilə əlaqədar deyil.
Şəxsin
müavinət almaq hüququ
ehtiyaclılıq
dərəcəsi
nəzərə
alınmayaraq ödənişlərin alınma-
sı haqqında qeydlərə əsaslandı-
rılır.
Sosial yardım insanların rifah
səviyyəsini öyrənilməsinin nə-
sələri üzrə göstərilir və nisbətən
yüksəldilməsinə yönəldilir.
Sosial sığortadan fərqli olaraq
müavinətlərin
hesablanması
zamanı
qanunla
müəyyən
edilmiş sərbəstlik vardır.
Ödənişlərin və haqqların
səviy-
Yəsi bəzən konkret şəxslə (dul
qadın, əlil və b.) və ya onun
əmək
haqqı
ilə
birbaşa
əlaqəlidir.
İstehsalatda bədbəxt hadisələr-
Dən sığorta sistemi dövlətin
mümkün iştirakı
ilə tam olaraq
işəgötürən tərəfindən maliyyə-
ləşdirilir.
Sosial müdafiənin sosial sığorta və sosial yardıma bölünməsi ilk
növbədə sosial riskin nəzərə alınması (nəzərə alınmaması) üsulu ilə və
maliyyələşdirilməsi mənbələrində olan fərqlərlə əsaslandırılır: sosial
sığorta zamanı – bu, işəgötürənlərin və zəhmətkeşlərin sığorta
ödənişləri; sosial yardım zamanı – vergiqoyma nəticəsində alınan
büdcədən ayırmalardır.
Sosial sığorta – zərərin ödənilməsinin kollektiv birliyi əsasında
iqtisadi
cəhətdən fəal əhalinin işin, əmək qabiliyyətinin və gəlirlərin
itirilməsi ilə bağlı müxtəlif risklərdən sosial müdafiə formasıdır.
Sosial sığortanın bazar iqtisadiyyattında təşkili aşağıdakı
prinsiplərə əsaslanır: sosial sığortanın məcburiliyinin və könüllüyünün
uyğunlaşması; dövlətin, işəgötürənlərin
və muzdlu işçilərin sosial
86
əməkdaşlığı; şəxsi gəlirin və əmək qabiliyyətinin itirilməsinin
kompensasiyası; büdcədənkənar məqsədli fondların formalaşması və
istifadə edilməsi; dövlət tənzimlənməsinin və sığorta fəaliyyətinin bazar
özünütənzimləməsi
ilə
uyğunlaşması; sosial sığortanın
əsas
subyektlərinin – sığorta edənlərin, sığortaçıların və sığorta edilmiş
vətəndaların qarşılıqlı əlaqəsi; iqtisadi səmərəliliyin
və sosial ədalətin
balansı; vətəndaşların sığortalanmasında ictimai birlik və fərdi
məsuliyyət; sosial risklərin profilaktikası və reabilitasiyası.
Sosial sığortanın ən vacib iqtisadi funksiyası əmək resurslarının
inkişafı üçün lazım olan şəraitin yaradılmasından ibarətdir. Bununla
bərabər, sosial sığorta – dövlətlərin sosil sferada siyasətinin ayrılmaz
hissəsidir. Bu baxımdan sosial sığorta sistemi – cəmiyyətdə sosial
ədalətin təmin edilməsinin, sosial sabitliyin yaradılması və qorunmasının
ilkin şərtlərindən biridir.