105
Sosial işin təşəkkülünün elmi mərhələsi, onun təkamülünün bir çox
faktorları ilə, ilk növbədə,
XX əsrin əvvəlləri
üçün əksər ölkələrdə
keyfiyyətcə dəyişmiş ictimai münasibətlər və əlaqələr sistemi ilə bağlı
idi. Bəs sosial kömək paradiqmasının dəyişməsinə səbəb olan, bu
keyfiyyət dəyişiklikləri nədən ibarət idi? Bunları aşağıdakı qaydada
təqdim edək:
Ümumi yaşayış normaları və prinsipləri ilə bağlı olan bütöv
toplumun parçalanması;
Urbanizasiya və sənayeləşmə;
İnsanın cəlb olunduğu sosial əlaqələr sisteminin genişlənməsi və
sayının artması.
Qeyd olunanlar, sosial işin təkamülünə nəzərə çarpacaq dərəcədə
təsir göstərmiş tarixi səbəblərdir.
XX
əsrin əvvəlləri üçün, sosial iş nəzəriyyə və praktikasının
formalaşmasına, onun təkamülünə mühüm təsir göstərən faktorlar
sırasından aşağıdakıları qeyd edirlər:
1.
Makro
2.
Mezo
3.
Mikro
Təkamülün makrofaktoruna bunlar aiddir:
əsrin əvvəllərində baş vermiş sənaye inqilabı;
insan hüquqları və onların müdafiəsi sahəsində sosial
siyasətin dəyişməsi;
xəstələr və qocalar üçün sosial sığorta sisteminin təşkili.
Təkamülün mezofaktorlarına bunlar aiddir:
müştəriyə maddi köməkdən, onun öz problemlərini müstəqil
surətdə həll edə bilməsi qabiliyyətinə doğru dəyişdirilməsi –
müştərilərin təlimi;
sosial işçilərin praktiki maraqlarının dəyişməsi,
sinfi
maraqlardan, müştərinin şəxsiyyəti və onun maraqları
istiqamətinə keçid.
Təkamülün mikrofaktorlarına bunlar aiddir:
106
Sosial işçilərin diqqətinin ―hadisələrlə iş‖ üzərində
cəmləşdirilməsi;
Praktikada, hadisənin öyrənilməsi ilə bağlı psixoanalitik
üsulların tətbiqinin əsaslandırılması;
Fərdi iş metodlarının və texnikalarının formalaşması, yaxud
sosial işçinin fəaliyyətinin, müştərinin istək və arzuları
əsasında qurulması.
Sosial işin nəzəri dərk edilməsi ilə əlaqəli ilkin addımlar, dünyanın
bir çox ölkələrində feministlər – Almaniyada Alisa Solomon,
Fransada
Mariya Qaxeri, İngiltərədə Yelizaveta Fray, ABŞ-da Ceyn Adams
tərəfindən atılmışdır.
Sosial işin elmi surətdə öyrənilməsinin yüksəliş dövrü kimi
XIX
əsrin II yarısı XX əsrin əvvəllərini, xüsusilə də 1915-1919-cu illəri və
həmin illərdə Meri Riçmondun müəlliflyi ilə çıxan ―Elmi sosial iş‖
əsərini qeyd etmək olar. Məhz
Meri Riçmond ilk dəfə olaraq, sosial
işçilər tərəfindən aparılan sosial işin keyfiyyətinin qiymətləndirilməsi
məqsədi ilə geniş sxemlər toplusu təklif etmiş, sosial problemlərin
diaqnozlaşdırılması yollarını göstərmişdir.
Onun baxışları tibbi üsulların, eləcə də psixologiyanın biheviorist
məktəbinin və Z.Freydin psixoanalizi əsasında formalaşmışdır. Sosial
işin nəzəriyyəsi sahəsində Meri Riçmondun ilk kitabı ―Kasıblarla
dostcasına görüş: xeyriyyə təşkilatlarında işləyənlər üçün təlimat‖
adlanırdı. Ehtiyacı
olanlara kömək və dəstək, bir subyektin digərinə
qarşı nümayiş etdirdiyi dostluq aksiyası kimi nəzərdən keçirilir. Lakin
təsir, təkcə ehtiyacı olan insana doğru yönəlməklə qalmayıb, həmçinin,
kasıbçılıq və dilənçilik şəraitində yaşayan insanlara qarşı mənfi
münasibət bəsləyən sosial mühitin dəyişdirilməsini də əhatə etməlidir.
Dostları ilə paylaş: