Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   2   3   4   5   6   7   8   9   ...   59

17 
 
yüksək  olsa    da  burada        digər  rekreasion  resurslardan  birgə  istifadə  etməklə 
kurort sağlamlıq  mərkəzlərinin təşkili geniş yayılıb. 
Digər  tərəfdən    Abşeronda      günortaya      qədər        və      günortadan      sonra     
yay      istirahət     mövsümündə  mövsümündə  helioterapiya   müalicələri    üçün  
ə
lverişli    şərait  olsa  da  Şəki-Zaqatala    bölgəsinin    Marxal,  Durca,  İlisu  istirahət 
mərkəzlərində komfort  temperatur  hədləri 18-20
0
-yə qədər yüksələ bilir.  
Havada  oksigenin  çoxluğu,  ətraf  mühitin  dəyişməsinin  zəif      olması 
insanların    sağlamlığı      və      istirahəti      üçün      əlverişli      şərait        yaradır.      Bu    
baxımdan  iqlim    komfortluğunun  müəyyən  edilməsində    havada        olan   
oksigenin miqdarının yüksək olmasının  nəzərə alınması vacibdir. 
İ
qlimin    komfort  hədlərinin      müəyyənləşdirilməsində  əsas  göstəricilərdən 
biri  də  əhalinin  şaquli  qurşaqlıq    üzrə        məskunlaşması      ilə  bağlıdır.  Belə  ki, 
dağətəyi  və  dağlıq  ərazilərdə   məskunlaşanlar   günəş radiyasiyasının az olduğu 
ə
razilərdə yayılan əhali üçün istirahətinin  təşkili iqlim komfortluluğu baxımından 
dənizsahili  bölgələrə,  yarıquraq  ərazilərə  istiqamətlənmiş  olur.  Məsələn:  
Avropanın      Aralıq    dənizi      sahillərində,    xüsusilə      Yunanıstan,    İtaliya,  
İ
spaniya,      Fransa  ərazilərində      mövsüm      dövründə  istirahət  edən  xarici 
turistlərin  əksəriyyətini  Avropanın  daxili  və şimalından   gələnlər   təşkil  edir.  
ABŞ-da  yerli   turizm     hərəkatında   Kaliforniya və Florida sahillərinə gələnlər  
ümumi  daxili  turizm      hərəkatının  48%-ni    təşkil  edir.  Bu    göstəricilər  onu  
deməyə  imkan    verir      ki,  istirahət  mövsümündə  əhalini  dənizsahili-yarıquraq 
ə
razilərə meyl etməsi üstünlük təşkil edir. 
Komfort  zonası  coğrafi  enlikdən,  yaşayış  məntəqəsinin    hündürlüyündən, 
insanın  həyat  tərzindən,  iş  xüsusiyyətlərindən,  yaşından,  orqanizmin      isti  və   
soyuğa  davamlılığından   asılıdır.   Buna   görə    də   komfort     temperatur    
hədlərinin müəyyənləşdirilməsində vahid fikir formalaşmamışdır.   
İ
qlim  komfortluğuna  təsir  edən  amillərdən  biri  də  ərazinin  rütubətlənmə    
dərəcəsidir. İnsanların həyat fəaliyyəti üçün normal  rütubətlənmə  50-60% təşkil  
edir. Bu  rütubətlənmə  göstəricisinin    təkrar  olunması isə  turizm  və istirahət 


18 
 
baxımdan  daha  çox  mənimsənilən  ərazilərdə  özünü  göstərir.  Belə  ki,  Xəzər  
sahillərində    qeyd    olunan    rütubətlənmə    mövsüm    dövründə      coğrafi 
mövqeyindən  asılı  olaraq    50-70%,    Qara  dənizin    Bolqarıstan    və  Ukrayna 
sahillərində 65%, Aralıq dənizi sahillərində 60% -ə qədərdir. 
Yuxarıda    qeyd    olunanlarla    yanaşı    iqlim  komfortluğunda    yay    və    qış 
turizm  mövsümləri  də  ayrılır.  Yay    mövsümü    üçün    əsas    göstəricilər    kütləvi 
isturahətin  təşkili  ilə  yanaşı,  çimərliklərdən    istifadə    müddəti,    iqlimlə  müalicə 
imkanları   nəzərə   alınır.  Bu   baxımdan   yay   istirahət    mövsümü    üçün 
müəyyənləşdirilən  iqlim      komfortluğunun    əsas    göstəricilərinə      aşağıdakılar 
aiddir:                                                                                                                                                 
 Orta  aylıq  temperatur  18-23
0
C, orta  sutkalıq  temperatur  20
0
C, sutkalıq 
amplituda 12-15
0
C – dən çox olmamalıdır. 
 Rütubətlənmə  göstəriciləri  40-60%,  o  cümlədən  dumanlı  və  rütubətli 
havaların təkrarlanmasının mövsüm dövründə 20-30% - dən çox olmaması. 
 Küləyin  sürətinin  3-5  m/san.  Çatması,  5m/san-dən  çox  olan  soyuq 
küləklərin təkrarlanmasının 20% - dən çox olmaması. 
 Çimərliklərdə   dəniz  suyunun   temperaturunun   20-24
0
C   təşkil etməsi 
və 17
0
C – dən az olan temperaturun olmaması. 
 
Qış  turizm  mövsümü    idman  tədbirləri    və  xizəklə  gəzinti  ilə  bağlıdır.  
Burada  qış  turizmi  üçün  müəyyən  edilən    iqlim  göstəriciləri      aşağıdakı  kimi 
dəyişir: 
- Qış  mövsümündə  qarın  qalınlığının  30 sm  az  olmaması;                                                
- Orta aylıq   temperaturun  -5-dən  - 15
0
C-yə   qədər     dəyişməsi. Həmçini   
qeyd olunan  temperaturun   mövsüm  dövrünün 50% - dən çoxunu əhatə etməsi; 
- Güclü  soyuq    küləklərin      təkrarlanmasının    azlığı.  Xüsusilə    soyuq 
küləklərin sürətinin 10-15 m/san – dən az olması; 
İ
qlimşünaslar      isti      və    soyuq    diskomfort    şərait    də    ayırılar.      İsti 
diskomfort    şərait    yuxarıda  qeyd  olunmuş  iqlim      elementlərindən          yüksək  
olması   ilə  müəyyənləşir.  Burada temperatur    komfort   şəraitindən  7-10
0
C  


19 
 
yüksək      olması,          komfort      hədlərinə    mane  olan  külək  və  rütubətlənmənin 
çoxluğu ilə müəyyənləşir.  
Soyuq  diskomfortda  isə  komfort      temperatur      hədlərinin    5-8
0
C  aşağı 
olması    ilə    müəyyənləşir.    Soyuq    diskomfort      şərait      yay      aylarında 
temperaturun    aşağı    düşməsi      ilə    yanaşı    rütubətlənmənin    artması    ilə  də 
müəyyənləşə bilər.   
İ
qlim  komfortluğunun davametmə müddətinin  mövsümlər   üzrə dəyişməsi 
də  ondan  turizm və istirahət  baxımından  istifadənin   hədlərini müəyyən  etmiş   
olur. Bu   baxımdan     onun    davametmə      müddətinin       öyrənilməsi turizm 
ehtiyatlarının  qiymətləndirilməsi  baxımından  əhəmiyyətli  sayılır.  Buna  görə  də 
kurortoloqlar iqlim komfortluğundan  mövsümlər   üzrə istifadə hədlərinin tətbiq 
olunmasını təklif etmişlər: 
- Yay      və   qış   turizm    mövsümünün  minimum      150  günə çatması.  Burada  
90  gün  yay  mövsümü,  60  gün  qış  mövsümü  ayrılır.  Belə  ərazilərin  turizm 
baxımından mənimsənilməsi orta əlverişli sayılır. 
- Turizm        və        istirahət        mövsümlərində        iqlim        komfortluğunun  180   
günə çatması. Belə ərazilər   turizm   baxımından   əlverişli sayılır. 
- Turizm və istirahət mövsümündə iqlim   komfortluğu  maksimum  210-240  
günə  çatması.  Belə  hava  şəraitində  ilboyu  istirahət  və  turizmin  təşkili 
mümkündür. 
Ümumiyyətlə    dünyanın  əksər    iqlim    rayonlarında      komfort      hədlərin 
təkrarlanması  və  ondan  istifadə  müddəti    müxtəlifdir.  Bu  baxımdan  insanların 
istirahəti  və  sağlamlığı  üçün  ən  əlverişli  iqlim    şəraiti  yarıquraq  xüsusiyyətlərə 
malik olan Aralıq dənizi iqlim rayonudur. 
Dünyanın  məhşur  iqlim  kurortları  və  istirahət    mərkəzləri  Aralıq,  Karib 
dənizi sahilləri, həmçinin  Kaliforniya,  Florida sahilləri,  Avstraliya,   Afrikanın 
cənub-qərbi,  Braziliya,  Cənubi  və  Cənub-Şərqi      Asiyanın    dəniz        sahilləridir. 
Qeyd  olunan  ərazilərdə iqlim   komfortluğu  ilə  yanaşı,  landşaft  ekzotikliyi ilə 
ə
hatə olunması onun turizm və rekreasiya əhəmiyyətini artırmış olur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə