Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1


  Təbiət     abidələri    xüsusiyyətlərinə    görə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   2   3   4   5   6   7   8   9   10   ...   59

20 
 
3. 
Təbiət     abidələri    xüsusiyyətlərinə    görə    aşağıdakılara   bölünür : 
1.  Geoloji,    geomorfoloji    abidələr.    Bu  tip    abidələr        relyeflə      birbaşa    
ə
laqəli    olub,    qədim    dağlardan  və    qalıq    relyef    formalarından    ibarət      olur.      
Belə    təbiət    abidələri    dünyanın    əksər    ölkələrində    yayılıb.    Azərbaycanda      
buna      misal    olaraq      Naxçıvanda    İlandağ,    Sarıdağ,        Nəhəcər,      Qazaxda   
Göyəzən,    Aveydağ,    Xızıda  Dübrar,  Beşbarmağı  göstərmək  olar.  Həmçinin, 
Abşerondakı  Məhəmmədli  və  Digah  kəndlərin  yaxınlığında  metan  qazının 
alovlanması,  Binəqədidəki    Bitium  gölü,  Astaradakı  yanar  bulağı  qeyd  etmək 
olar. 
 2.  Hidroloji  abidələr.  Şəlalələr,  hündür  dağ  gölləri,  kanyonvari  dərələr  
daxildir.  Mucuq, Yeddi gözəl və s. Göllərdən – Göygöl, Batabat, Nohur və s. 
 3.  Flora  və  fauna  abidələr.  Belə  abidələrin  relikt    və  endemik  bitkilərin 
yayıldığı ərazilər, nadir landşaft abidələri daxildir.  
  Landşaft    ekzotikliyi  ilə  seçilən    ərazilərin    təsnifatında    qeyd      olunan 
xüsusiyyətlərlə      yanaşı      onların      bir      ərazidə      yayılmasından      asılı  olaraq 
formalaşan   bölgələrdə  təbiət  abidəsi  kimi  verilə   bilər.  Belə ki,  hidroloji 
abidələrlə  fauna    abidələri    müəyyən    bir      ərazidə      kompleks        cəmlənməsi    
ayrıca təbiət  abidəsi kimi verilir. Məsələn:  Quba  rayonunda  70-dən  çox təbiət  
abidəsi  vardır ki,  bunların  da  əsas  hissəsi  digər    komponentlərlə qarşılıqlı 
ə
laqədə formalaşıb; Təngaltı, Qızılqaya, Pirbənövşə. 
Təbiət  abidələrinin  yayıldığı  ərazilər    Balkan  yarımadasında,    Karpat    və  
Alp    dağlarında      rast      gəlir.      Təbiət      abidələrinin        landşaft        ekzotikliyi      
baxımdan      qiymətləndirilməsində    nəzərə      alınan      amilləri    aşağıdakı      kimi 
qruplaşdırırlar: 
1. Mövcud  təbiət  abidələrinin yayıldığı  bölgələrin   ekoloji şəraiti  və digər 
komponentlərlə birlikdə istifadə etmək imkanları. 
2.  Təbiət    abidəsinin    digər  ətraf  mühit    komplekslərindən    fərqlənmə 
dərəcəsinə görə qruplaşdırılması. 
 


21 
 
Burada    ətraf    mühiti    ekoloji    turizm    baxımından    istifadəsində  təbiət 
abidələri  mənimsənilməsi    imkanları    mövcud    təbiət  abidəsinin      yerləşmə    
şə
raiti nəzərə  alınır. Məsələn: Quba rayonunda mövcud  olan  Xaltan, Cimi, Xaşı  
mineral   suları  mövcud  rekreasiya   turizm  ehtiyatlarından  kənarda yerləşməsi  
landşaft   ekzotikliyi   baxımdan  qiymətini  aşağı   salır.  Təbiət   abidələri    digər    
antropogen  komplekslərlə    istifadəsi  zamanı    onun  dəyişdirilməsinin  minimuma 
endirilməsi də daxildir.  
Landşaft  ekzotikliyi  ilə  seçilən  ərazilərin    turizm  baxımından-istirahət,      
turizm, dərketmə, qısamüddətli istirahət yerləri kimi istifadə olunur. 
Təbiət  abidələri  və     landşaft      ekzotikliyi      ilə      seçilən      ölkələrə      ABŞ,   
Meksika, Fransa,   İtaliya,   Ərəb   ölkələri,   Balkan   ölkələrini   və s.   misal   
göstərmək    olar.  Turistlərin    ən  çox    səfər    etdiyi    təbiət        abidələrinə      Qrand 
Kanyon,  Niaqara  şəlaləsi,  Luara  çayı  sahilləri,  Serbiya  və  xorvatiyadakı  təbii 
mağaralar,  İtaliyada    sönmüş  vulkan  konusları,    Çində    dərin      dərələri      və    s.    
qeyd etmək olar. 
Təbiət abidələrinin  və   landşaft   ekzotikliyi   ilə      seçilən    ərazilərin      
çoxunun  Milli  Parkların  və  təbii    rezervatların    ərazisində    yerləşdiyinə        görə 
onlardan turizm məqsədilə istifadə olunması yüksək səviyyədədir. 
Təbiət  abidələrinin    turizm  məqsədilə  istifadə    olunmasının  aşağıdakı 
istiqamətlərini qeyd etmək olar: 
- Dərketmə  məqsədilə  istifadə  olunması.  Təbiət    abidələrinin  və  landşaft 
ekzotikliyi ilə seçilən ərazilərin dərketmə  turlarında  istifadə olunması daha çox   
yayılmışdır.  Dərketmə  məqsədilə  təbiət  abidələrindən  istifadə  üçün  həmin 
abidələrə  ekskursiya  təşkil  olunur.  Həmçinin  turizm  bölgələrində  təbiət 
abidələrinin olması bölgəyə istirahətə gələnlərin səyahətlərinin təşkilinə də imkan 
verir.  Dərketmə  turlarında  təbiət  abidələrinin  unikallığı,  ətraf  landşaftla  geniş 
təmasda  olması  onun  əhəmiyyətini  artırmaqla  ondan  istifadə  edənlərin  sayını 
artırmış olur. 
 


22 
 
- İdman      turizmi    məqsədilə    təbiət        abidələrindən    istifadə    olunması. 
Təbiət abidələrinə təşkil olunan   turların  birbaşa  fiziki   rekreasion fəaliyyətlə 
bağlı olması idman urlarının təşkili  üçün   əlverişli  şərait yaradır.   Belə  idman   
turları   alpinizm,    su   idman   növlərindən, dayvinqdən və s. ibarət olur.  Əksər  
hallarda  təbiət    abidələrindən idman turlarından istifadə  ərazinin coğrafi şəraiti 
ilə bağlı olur. Belə ki,  idman  turlarının   təbiət   abidələri   ilə    əlaqləndirilməsi    
onun  yerləşdiyi  coğrafi  şəraitdən,  digər  turizm  ehtiyatları    ilə  birgə  istifadə 
imkanlarından  asılı  olur.    Misal    üçün  qeyd    edək  ki,    təbiət      abidəsi  landşaft 
ekzotikliyi    ilə    seçilən    ərazidə    yerləşməsi,    Milli    Parklarda  olması  ondan 
kompleks turizm məqsədilə  istifadəyə  şərait  yaradır. Məsələn: ABŞ – da Qrand 
– Kanyon.   
- Təbiət  abidələrindən və landşaft ekzotikliyi  ilə  seçilən ərazilərdən ekoloji    
maarifləndirmə,  ekoturizm  məqsədilə  istifadə.  Təbiət  abidələrindən  ekoturizm 
məqsədilə  istifadə olunması daha çox Milli Parklarda  mümkün  olur. Belə  ki,  
təbiət  abidələri  Milli  Parklarda olduqda ondan istifadə edənlərin  sayı  artır  ki,  
bu  da  ekoturizmin təşkilində istifadə olunmasına  imkan  verir.  Bununla  yanaşı,  
Milli  Parklarda  olan    təbiət    abidələrinin  qorunması  və  öz  orijinallığının 
saxlanması   ondan istifadə edənlərin  sayını   artırmış  olur. Milli Parklarda təbiət 
abidələrindən    ekoloji    maarifləndirmə  məqsədilə  istifadə  olunmasına    imkan 
verir.  Bu  məqsədlə   Milli  Parka  gələn turistlərin müxtəlif  yaş seqmentlərini  
ə
hatə etməsi ekoloji maarifləndirmə üçün əlverişli  şərait  yaradır. Məktəblilərin 
belə turlarda iştirakında  Milli Parklardakı təbiət  abidələrinin əvəzsiz rolu vardır. 
Belə  ki,  məktəblilər  ətraf  ərazilərlə    və    təbiətin  möcüzələri  ilə  birbaşa  təmasda 
olurlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə