Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   2   3   4   5   6   7   8   9   ...   59

10 
 
qiymətləndirilmənin  əsas  kriteriyası  mövcud  resursların  turizm  sənayesinə  cəlb 
olunma imkanları ilə ölçülür. Həmcinin qiymətləndirilmənin inandırıcı olması və 
turizm  ehtiyyatlarının  differensiyası  nəzərə  alınır.  Turizm  sistemlərinin 
formalaşmasında istehlakçı seqmenti mövcud ehtiyyatlara olan tələbata əsaslanır. 
  Turizm  sənayesində  ayrı  –  ayrı  istehlakçı  qruplarının  tələbatı  müxtəlif 
olduğuna  görə  ehtiyyatların  da  vahid  məhsul  şəklinə  salınması  mümkün  deyil. 
Hər  bir  turizm  ehtiyyatlarından  istifadə  istehlakçı  seqmentinə  uyğun  olaraq 
individual  və  qrup  halında  cəmləşdirilir.  Burada  turizm  ehtiyyatinin  birgə 
istifadəsi  də  mümkündür.  Əksər  hallarda  turməhsulun  hazırlanmasında 
ehtiyyatlardan  kompleks  istifadə  olunması  nəzərə  alınır.  Bu  xüsusilə  turist 
marşurutlarının təşkilində istifadə olunur. 
  Təbii  turizm  ehtiyatlarına  –  təbiət  abidələri,  ekzotik  landşaft,  ərazinin 
yaşıllıq  (meşəlik)  dərəcəsi,  Milli  Parklar,  dağ  ekosistemləri,  baleneloji  və 
mikroiqlim  resursları  aiddir.  Antropogen  turizm  ehtiyatlarına  tarixi-memarlıq 
abidələri, mədəni-maarif müəssisələri, milli-irs nümunələri və s. aiddir. 
  Sosial  –  iqtisadi  turizm  resurslarına  ərazinin  iqtisadi  inkişafı,  əmək 
ehtiyatları, nəqliyyat imkanları, xidmət sahələrinin inkişafı və s. daxildir. 
  Turizm  ehtiyatlarının  yayılması  və  ərazi  üzrə  təminat  səviyyəsi  onun 
növündən asılı olaraq müxtəlifləşir. Təbii turizm resurslarınınyayılma xüsusiyyəti 
ə
razinin  coğrafi  xüsusiyyətindən,  dağ  ekosistemlərindən  və  təbiətdən  turizm 
məqsədilə istifadənin növündən asılıdır. Bu baxımdan təbii turizm ehtiyatlarının 
yayılması və ərazi üzrə təminat səviyyəsiaşağıdakı amillərdən asılıdır: 

  Təbii komponentlərdən sağlamlıq və istirahət məqsədilə istifadə olunması. 
burada  əsas  göstərici  ərazinin  ekzotik  landşaftı,  dağ  ekosistemlərində  istifadə 
imkanları,  yaşıllıq  normasının  istirahət  təşkili  üçün  əlverişli  olmasıdır.  Məsələn 
istirahət mərkəzlərində qeud olunan yaşıllıq norması 10-15 m

təşkil edir.  

  Təbiətdən  dərketmə  və  ekskursiya  məqsədilə  istifadə  olunması.  Burada 
ekzotik  landşaftın  olması,  Milli  Parkların  mövcudluğu,  təbiət  abidələrinin  bir-


11 
 
birinə  yaxın  yerləşməsi  daxildir.  Təbiətdə  sakit  istirahət  imkanları  ekskursiya 
məqsədindən asılı ola bilər. 

  Ekoturizm  məqsədilə  istifadə  də  ərazinin  meşəlik  dərcəsi,  ətraf  mühitin 
sağlamlığı,  Milli  Parklardan  istifadə  imkanları  daxil  edilir.  Bununla  yanaşı  dağ 
ekosistemləridən istifadə olunması da aiddir. 

  Təbii  turizm  ehtiyatlarından  idman  və  kənd  turizm  məqsədilə  istifadə.  Bu 
məqsədlə  təbii  turizm  ehtiyatlarının  daha  çox  cəməndiyi  dağ  kəndlərində  qeyd 
olunan turizm növünün inkişafı mümkündür. 
Təbii  turizm  ehtiyatlarının  ərazi  üzrə  təminat  səviyyəsində  ayrı-ayrı 
komponentlər üzrə qrşılıqlı əlaqəsi: 
 Ekzotik landşaft – təbiət abidələri – Milli Parklar; 
 Meşəlik dərəcəsi – təbiət abidələri – ekzotik landşaft; 
 Çımərlik – meşə - dağ ekosistemləri; 
Bu  əlaqələnirmə  mövcud  turizm  ehtiyatlarının  cəlbediciliyi,  mənzərə 
müxtəlifliyi  əsasında  müəyyənləşir.  Təbii  turizm  ehtiyatlarında  cəlbedicilik 
landşaftın  müxtəlifliyinin  zəngin  olmasına  görə  müəyyən  olunur  ki,  bu  da  qeyd 
ounan  komponentlərin  qarşılıqlı  əlaqələndirilməsi  turizm  tələbatına  təsir  etmiş 
olur. 
Antropogen  ehtiyatların  ərazi  üzrə  yayılması  və  təminatı  onun  istifadə 
xüsusiyyətindən  asılı  olaraq  dəyişir.  Ərazi  üzrə  təminat  səviyyəsində  nəzərə 
alınan amillər aşağıdakılardır: 
 Tarixi-memarlıq 
abidəsinin  orjinallığı,  bərpa  olunarkən  əvvəlki 
görkəminin saxlanılması; 
 Tarixi-memarlıq  abidələrinin  müəyyən  bir  ərazidə  yığcam  yerləşməsi  və 
digər turizm ehtiyatları ilə birgə istifadə imkanları; 
 Ərazidə olan antropogen ehtiyatlarının davamlığı və istifadə müddəti; 
 Milli  irsi  nümunələrin  və  etnoqrafik  abidələrin  müəyyən  bir  ərazidə 
yığcam yerləşməsi, beynəlxalq turizmdə istifadə imkanları. 


12 
 
Antropogen  turizm  ehtiyatları  ekskursiya  məqsədilə  daha  çox  istifadə 
olunduğuna  görə  onun  yayılma  xüsusiyyəti  turist  marşurutlarının  təşkilinə  təsir 
etmiş  olur.  Bu  baxımdan  antropogen  ehtiyatlarla  zəngin  olan  ərazilərdə  səyahət 
və  ekskursiyaların  təşkili  daha  effektiv  sayılır.  Antropogen  ehtiyatlarla  zəngin 
olan  qədim  mədəniyyətə  malik  ölkələrdə  turizm  sənayesindaə  əldə  olunan 
gəlirlərin əsas hissəsi bu sahədən gəlir. 
Antropogen  ehtiyatların  müxtəlifliyi  turizm  baxımdan  mənimsənilmə 
imkanların artırmış olur. Tarixi-arxitektur abidələrin zənginliyi turizm ekskursiya 
işinin  səmərəli  təşkili  ilə  yanaşı,  digər  sosial-iqtisadi  resurslardan  istifadəyə 
imkan verir. Bu da ərazi mənimsəniləsi ilə birbaşa bağlıdır. Belə ki, antropogen 
ehtiyatlarının  zənginliyi  və  onun  daha  qabarıq  təqdim  olunması  turizm 
sənayesinin inkişafına təkan vermiş olur. 


13 
 
 
CƏDVƏL. 1. REKREASİYA - TURİZM EHTİYATLARININ TƏSNİFATI.  
RTE 
Sosial – iqtisadi 
turizm ehtiyatları 
Təbii turizm ehtiyatları
 
Antropogen turizm 
ehtiyatları 
Dağ 
ekosistemləri 
Milli parklar 
Təbiət 
abidələri 
Nadir 
landşaft 
nümunələri 
Mikroiqlim 
ehtiyatları 
Balneoloji 
resurslar 
Çimərlik 
resursları 
Meşə 
resursları 
Tarixi – 
memarlıq 
abidələri
 
Arxeoloji 
abidələr
 
Milli irsi 
nümunələr 
Dini  abidələr 
Müasir 
memarlıq 
nümunələri 
Mədəniyyət 
ocaqları 
Ə
razinin 
coğrafi 
mövqeyi 
 
Nəqliyyat 
infrastrukturu 
Sosial 
infrastruktur 
Ə
mək 
ehtiyatları 
Insan 
fəaliyyəti ilə 
bağlı olan 
Maliyyə 
ehtiyatları 
Informasiya  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə