Mü əllif Ata kişiyev Bəxtiyar Sərhəd oğlu (hüquqşünas, elmi dərəcəsi və elmi adı yoxdur) Redaktor



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/97
tarix20.02.2018
ölçüsü2,8 Kb.
#27196
1   ...   58   59   60   61   62   63   64   65   ...   97

 
196 
ittifaqı, birliyi (misal: əmək K.-sı, Beynəlxalq həmkarlar K.-
sı).  
KONFRANS 
(son latın conferentia, latın confero – bir yerə 
yığıram sözündən) – hər hansı bir məsələni müzakirə etmək 
üçün Hökum
ət  orqanlarının,  siyasi  partiy  və  blokların, 
ictimai, elmi v
ə  s. təşkilatların  nümayəndələrinin  yığıncağı, 
müşavirəsi;  mətbuat K.-ı  fərdi  şəxsin və  ya dövlət  orqanın, 
partiyanın,  digər ictimai birilyin nümayəndəsinin həmin 
nümay
əndəsi  olduğu  orqanın,  təşkilatın  fəaliyyəti barəsində, 
kütl
əvi informasiya vasitələrinə  (KİV)  geniş  şəkildə  müsa-
hib
ə verməsi.  
KONQRES 
(latın congressus – görüş, yığıncaq) – 1) dövlət, 
ərazi, təşkilat, birlik(lər) rəhbərlərininin və yaxud səlahiyyətli 
nümay
əndəlrinin müəyyən məqsədlərdən ötrü adətən  geniş 
hey
ətli yığıncağı, toplantısı, həmçinin beynəlxalq konfransın 
bir növü (sülh t
ərəfdarlarının dünya K.-i, elmi K., və s.); 2) 
ABŞ  və  bir  sıra  Latın  Amerikası  ölkələrinin (Boliviya, 
Braziliya, Venesuela, Kolumbiya, Meksika, Honduras v
ə s.) 
Ali  Qanunverici  orqanın  və  ya (əgər ikipalatalı  sistemdirsə) 
aşağı palatasının adı. Fransada Parlamentin hər iki palatasının 
birg
ə iclası K. adlanır; 3) Bir sıra dövlətlərdə, xalqlarda siyasi 
partiyaların, milli təşkilatların adı.  
KONSERVATİZM (fransız conservatisme, latın conservare 
–  qoruyub saxlamaq, mühafiz
ə  etmək)  -  (mühafizəkarlıq)  - 
geniş  mənada; cəmiyyətin siyasi, elmi, incəsənət və  s. 
h
əyatında köhnəlik tərəfdarlığı, köhnəpərəstlik, köhnə qayda-
qanuna meyillik, onları müdafiə etmə, dəyişilməzliyin tərəf-
darlığı,  bütün  yeniliyə  və, hətta  proqresə  (tərəqqiyə) zidd 
olma. Siyasi K. -  tarixi boyunca 
əsriyə  gəlmiş  və  millətə, 
din
ə, nigaha, ailəyə, təhsil və tərbiyəyə, mülkiyyətə münasi-
b
ətdə  həkk  olunmuş  dövlətvə  ictimai həyat  formasının,  ilk 
növb
ədə  mənəvi-hüquqi təməllərin qorunub-saxlanmasına 
yön
əlmiş  ideologiya  və  praktika. K.-i  irticaçılıqdan 


 
197 
(obskurantizmd
ən) fərqləndirmək labütdür, əgər K. -tərəq-
qinin nailiyy
ətlərini qəbul edirsə, ondan istifadə  edirsə
irticaçılıq – mütərəqqilik ilə mübarizə aparır, əvvəlki mərhə-
l
əyə  yönəldir.  Müasir  şəraitdə  texnokratiya üçün K. səciy-
y
əvidir. Əgər K. demokratiyanı tərənnüm edirsə, eyni zaman-
da o (K.), h
əddən ziyadə liberallığın əleyhinədir.  
KONSESSİYA (latın concessio – icazə, güzəşt) – dövlətə və 
yaxud dövl
ət daxilində Bələdiyyəyə məxsus olan torpaqların, 
(yer  altı)  təbii sərvətlərin və  digər təsərrüfat obyektlərin 
istifad
ə, istismar, quruculuq işləri və s. etməkdən ötrü müəy-
y
ən şərtlərlə yerli və ya xarici şəxslərə və ya iqtisadi qurum-
lara verilm
əsi  haqqında  müqavilə. K.-nın  ümdə  məqsədi 
s
ərmayədarları cəlb etməkdən ibarətdir.  
KONSTİTUSİON MONARXİYA ( ərəb analoqu məşrutə – 
Parlamentli monarxiya) – (m
əhdud monarxiya) – bəzi dövlət-
l
ərdə  (xalqlarda) mürəkkəb siyasi-hüquqi  inkişaf  prosesi 
n
əticəsində,  tarixi  monarxik  institutu  saxlanılmaqla,  lakin 
m
əhdudlaşdırılmaqla  yanaşı,  demokratik  dəyərləri, dövlətin 
idar
əçiliyində  xalqın  iştirakını  bu  və  ya digər səviyyədə 
t
ərənnüm edən  Konstitusiyanın  da  paralel  mövcudluğunu 
şərtləndirən mürəkkəb siyasi-hüquqi rejim. K.M.-nın iki növü 
vardır: dualistik M. – yəni burada Monarx İcra hakimiyyəti öz 
əllərində  cəmləşdirir,  Hökuməti buraxmaq və  s.  geniş 
hüquqlara malikdir v
ə; Parlamentli M. - yəni burada qanun-
vericilik  funksiyası  Parlamentdə,  icra  funksiyası  isə  Höku-
m
ətdə cəmləşir, Monarxın hakimiyyəti isə formal (simvolik) 
xarakteri daşıyır. Bəzi mənbələrdə buna “seremonial Monar-
xiya” deyilir y
əni onun (Monarxın) fəaliyyəti rəsmi mərasim-
l
ərə, ziyafətlərə, təntənəli  yığıncaqlara  başçılıq  etmədən 
ibar
ətdir. K. M. nümunələrini  Böyük  Britaniya,  İsveç,  İspa-
niya, Niderland, Yaponiya v
ə  s. dövlətlərin  timsalında  mü-
şaiyət etmək olar.  
KONSTİTUSİONALİZM  –  1) Hakimiyyət bölgüsü və 


 
198 
onların  Konstitusiya  ilə  məhdudlaşdırılması  əsasında,  eləcə 
d
ə  insan hüquq və  azadlıqların  təminatı  əsasında  dövlət  ilə 
v
ətəndaş cəmiyyətinin qarşılıqlı münasibətlərini müəyyənləş-
dir
ən siyasi-hüquqi nəzəriyyə; 2) dövlət, cəmiyyət və hər bir 
v
ətəndaş tərəfindən Konstitusiyaya sadiq qalması; Konstitusi-
ya il
ə  məhdudlaşdırılan  idarəçilik; Konstiutusiyaya və 
Konstitusiya t
ərəfindən  daha  geniş  ictimai-siyasi münasibət-
l
əri tənzimləməklə – ictimai-siyasi mühitə gen və bol şəkildə 
siray
ət etməsi;  3)  Konstitusiyalı  monarxiyanı  ən  yaxşı  idarə 
üsulu hesab ed
ən elmi və praktiki cərəyan.  
KONSTİTUSİYA  (latın  constitutio  -  quruluş,  müəyyən et-
m
ək) - dövlətin Əsas Qanunu, dövlətin ictimai, siyasi və iqti-
sadi quruluşunu, idarəetmə formasını və dövlət quruluşu for-
masını, şəхsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə 
hakimiyy
ət  orqanlarının  təşkili  qaydasını  və  konsepsiyasını, 
ədalət məhkəməsinin təşkilini və əsas prinsiplərini, seçki hü-
ququ 
əsaslarını özündə təsbit edir. Eyni zamanda, K., dövlətin 
siyasi, sosial-
iqtisadi inkişafı istiqamətlərini müəyyənləşdirir, 
dövl
ət və  vətəndaş  münasibətlərinin hüquqi əsaslarını  təsbit 
edir, v
ətəndaşı  sosial-iqtisadi, siyasi və  digər hüquqlarla 
t
əmin edir. K. – qanunvericiliyin bazisi (əsası, özülü) rolunda 
çıхış  edir  və  heç  bir  qanunvericilik  aktı  K.-ya zidd gedə 
bilm
əz, qəbul olunan bütün aktlar K.-ya uyğun  olmalıdır, 
onun icrası və ya ona riayət edilməsi K. hüququ subyektləri 
t
ərəfindən məcburidir! K. хalq tərəfindən qəbul edilir və onun 
d
əyişdirilməsinin, düzəliş  və  əlavə  edilməsinin  хüsusi 
mür
əkkəb prosedur qaydaları vardır. 
KONSTİTUSİYA HÜQUQU - insanların əsas hüquqlarının 
v
ə  azadlıqlarının  mühafizəsinə  yönəlmiş  və  bu məqsədlə 
dövl
ətin məcburi qüvvəsi ilə təmin еdilmiş, dövlət hakimiy-
y
ətinin müəyyən sistеmini təşkil еtmiş, хalqın ümumməcburi 
irad
əsini ifadə еdən hüquq normaları məcmuəsidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə