MüASİr azərbaycan iQTİsadiyyatinin formalaşmasinin əsas məRHƏLƏLƏRİ Elşən Bağırzadə



Yüklə 64,83 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü64,83 Kb.
#26329


 

 

MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ 



MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ 

FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ

FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ

Elşən Bağırzadə

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru

Bakı - 201

Bakı - 201

6

6


 

 

MÜSTƏQİLLİYƏ QƏDƏRKİ DÖVR...



MÜSTƏQİLLİYƏ QƏDƏRKİ DÖVR...

• XIX əsrin sonu XX əsrin əvvəlləri:

– Qurudan çıxarılan Azərbaycan nefti və “Bakı 

kapitalizmi”nin formalaşması.

• Azərbaycan Xalq Cumhuriyyəti:

– Kapitalist münasibətlərinə əsaslanan milli 

iqtisadiyyatın formalaşdırılması təşəbbüsləri.

• Sovet Azərbaycanı:

– Dənizdə də neftin çıxarılmağa başlanması və 

iqtisadiyyatda neft sektorunun dominantlığı;

– Qeyri-neft sənayesində və aqrar sektorda müəyyən 

potensialın formalaşması;

– Aşağı səmərəliyə malik sosialist (və ya planlı) və 

müstəmləkə iqtisadiyyatı.




 

 

MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...



MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...

• “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” 



Konstitusiya Aktının qəbul edilməsi (25.05.1991).

• Konstitusiya Aktında iqtisadi müstəqilliyimizin aşağıdakı prinsiplər 



əsasında qurulacağı qeyd edilmişdir:

– Respublika ərazisinin hüdudları daxilində torpaq, yerin təki, daxili sular və 

ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi üzərində 

Azərbaycan Respublikasının mülkiyyəti;

– Xəzərin Azərbaycan Respublikası ərazisinə bitişik iqtisadi zonasının 

ehtiyatlarına, beynəlxalq hüquqla təsdiq edilmiş hüdudlara sahiblik, istifadə 

və sərəncam hüququ;

– Yaradılmış Ümumittifaq sərvətində payı olmaq;

– SSRİ-nin almaz və valyuta fondlarında, qızıl ehtiyatlarında öz payına 

sahiblik, Respublikanın xeyrinə bu paydan istifadə və ona sərəncam 

hüququ;

– Bütün mülkiyyət formalarının hüquq bərabərliyi və hüquqi müdafiəsi;



– Sahibkarlıq fəaliyyətinin sərbəstliyi;

– Tələb və təklifin bazar münasibətləri;

– İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi;

– Başqa dövlətlərlə iqtisadi ittifaqlara könüllü daxil olmaq və çıxmaq;

– Azərbaycan ərazisində xarici investisiyaların qorunması.  



 

 

MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...



MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...

• “Azərbaycan Respublikasının Dövlət 



müstəqilliyi haqqında” Konstitusiya 

aktının qəbul edilməsi (18.10.1991):

– Aktın qəbulu ilə Azərbaycan Respublikasının 

Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğu, 

demokratik, müstəqil, dünyəvi və unitar dövlət 

quruculuğuna başladığı dünyaya bəyan 

edilmişdir.

– Aktda dövlətin, iqtisadi və siyasi qurluşun əsasları 

müəyyən edilmiş və Azərbaycanın azad bazar 

iqtisadiyyatı yolunu tutduğu və eyni zamanda da 

sosial dövətin qurulmasını hədəflədiyi 

göstərilmişdir.



 

 

MÜSTƏQİLLİK DÖVRÜ...



MÜSTƏQİLLİK DÖVRÜ...

• Əsas mərhələlər:

– İqtisadi böhran və tənəzzül dövrü (1991-1995);

– İqtisadi stabilləşmə və bazar islahatları dövrü 

(1995-2003);

– Dinamik iqtisadi inkişaf dövrü (2003 və sonrası)




 

 

1991-1995-Cİ İLLƏR...



1991-1995-Cİ İLLƏR...

• İqtisadi vəziyyət:

– ÜDM istehsalının ildən ilə azalamsı;

– İşsizliyin ildən ilə artması;

– İşğal nəticəsində ölkənin 20% ərazisinin iqtisadi dövriyydən 

çıxması;


– Maliyyə-bank sisteminin iflic vəziyyətdə olması;

– Büdcə kəsrinin ifrat həddə çatması;

– Pul emissiyasının ifrat həddə çatması (əhali gəlirlərinin 45%-

ə);


– Kreditlərin yüksək həddə (ÜDM-nin 60%-ə) çatması;

– İnflyasiyanın 3-4 rəqəmli səviyyədə olması;

– Mərkəzi Bankın faiz dərəcəsinin 250%-ə çatması;

– Milli valyutanın hədsiz dəyərdən düşməsi;

– Xarici ticarət dövriyyəsinin 40%-dən çox azalması;

– Əhalinin real pul gəlirlərinin hədsiz aşağı düşməsi;




 

 

1991-1995-Cİ İLLƏR...



1991-1995-Cİ İLLƏR...


 

 

1991-1995-Cİ İLLƏR...



1991-1995-Cİ İLLƏR...

• İslahat təşəbbüsləri:

– “Mülkiyyət haqqında Qanunun qəbul edilməsi (09.11.1991) ilə ölkədə 

mülkiyyət formaları və mülükiyyət hüquqları təsbit edilmişdir.

– “Qiymət və tariflərin sərbəstləşdirilməsi haqqında” Prezident 

Fərmanının (02.01.1992) və “Qiymət və tariflərin sərbəstləşdirilməsi 

haqqında” Nazirlər Kabineti Qərarının qəbul edilməsi ilə bəzilərinin 

dövlət tərəfindən tənzimlənməsi nəzərədə tutulmaqla, digər bütün 

məhsul və xidmətlərin qiymətləri sərbəstləşdirilmişdir.  

– “Xarici investisiyaların qorunması haqqında” Qanunun qəbul edilməsi 

(15.01.1992) ilə ölkədə xarici investisiya qoyuluşlarının iqtisadi və 

hüquqi əsasları müəyyən edilmiş və xarici investorların hüquqlarının 

müdafiəsinə təminat verilmişdir.

– “Milli Bank haqqında” və “Banklar və bank fəaliyyəti haqqında” 

qanunların qəbul edilməsi (07.08.1992) ilə ölkədə ikipilləli bank 

sisteminə keçilmişdir.

– Manat milli valyuta olaraq dövriyyəyə buraxılmışdır (15.08.1992).

– “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi (12.12.1992) 

ilə azad sahibkarlıq fəaliyyətinin hüquqi əsasları formalaşdırılmışdır. 

Həmçinin “Azərbaycanda Sahibkarlığın İnkişafı(1993-1995)” adlı dövlət 

proqramı da qəbul edilmişdir.



 

 

1991-1995-Cİ İLLƏR...



1991-1995-Cİ İLLƏR...

– “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunun qəbul 

edilməsi (07.01.1992) ilə ölkədə özəlləşdirmə prosesinin hüquqi 

əsasları formalaşdırılmışdır.

– “AR-də Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Qanunun 

qəbul edilməsi (26.01.1993) ilə mənzillər özəlləşdirilməyə 

başlanmışdır.

– “Antiinhisar fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi 

(04.03.1993) ilə ölkə iqtisadiyyatında sağlam rəqabət mühitinin 

formalaşdırılmasının hüquqi əsasları təsbit edilmişdir.

– “Müəssisələr haqqında” (01.07.1994) və “Səhmdar cəmiyyəti 

haqqında” (12.07.1994) qanunların qəbul edilməsi ilə firmaların 

fəaliyyətinin təşkilti-hüquqi əsasları müəyyən edilmişdir.

– “Büdcə sistemi haqqında” Qanunun qəbul edilməsi (01.12.1992) 

ilə büdcə sisteminin tənzimlənməsinə çalışılmışdır.

– “Valyuta tənzimlənməsi haqqında” Qanunun qəbulu (21.10.1994) 

ölkədə valyutaların dövriyyəsi qaydaları müəyyən edilmişdir.



 

 

1991-1995-Cİ İLLƏR...



1991-1995-Cİ İLLƏR...

• “Əsrin müqaviləsi”nin imzalanması:

– 20 sentyabr 1994-cü ildə Azərbaycanın əsas 

neft yataqları olan Azəri-Günəşli-Çıraq 

yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 

11 məşhur neft şirkəti ilə imzaladığı “Hasilatın 

Pay Bölgüsü” sazişidir.

– Saziş Azərbaycanda ictimai-siyasi sabitliyin 

təmin olunması, ölkənin gələcək iqtisadi inkişafı 

və dünya iqtisadiyyatına inteqrasiyası 

baxımından fövqəladə əhəmiyyətə malik 

olmuşdur.




 

 

1995-2003-CÜ İLLƏR...



1995-2003-CÜ İLLƏR...

• İqtisadi vəziyyət:

– İqtisadiyyatda stabillik əldə edilmişdir;

– Bazar iqtisadiyyatına keçid istiqamətində geniş miqyaslı islahatlar həyata 

keçirilmişdir;

– Ölkənin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına 

çıxarılması istiqamətində böyük layihələr reallaşdırılmışdır;

– İqtisadiyyata xarici sərmayələrin cəlbi sahəsində mühüm nailiyyətlər əldə 

edilmişdir.

– 1995-2003-cü illər arasında ÜDM 90,1%, büdcə gəlirləri 3 dəfə, valyuta 

ehtiyatları 85 dəfə, sənaye istehsalı 25,2%, kənd təsərrüfatı istehsalı 

53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq əmək haqqı 5,6 dəfə 

artmış, iqtisadiyyata qoyulan investisiyalaırn həcmi isə 20 mlrd dolları 

keçmişdir.

– 1998-1999-cu illərdə ilk dəfə olaraq deflyasiya baş vermiş, 1999-cu ilin 

dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker 

dünya bazarına çıxarılmış, 2000-ci ildən xarici ticarətdə müsbət saldo 

ortaya çıxmışdır.




 

 

1995-2003-CÜ İLLƏR...



1995-2003-CÜ İLLƏR...


 

 

1995-2003-CÜ İLLƏR...



1995-2003-CÜ İLLƏR...

• İslahatlar:

– 1994-cü ilin sonlarında Beynəlxalq Valyuta Fondu ilə 

razılaşdırılan stabilləşdirmə proqramı 1995-ci ildən tətbiq 

edilməyə başlanılmışdır. Sərt pul-kredit siyasətinə əsaslanan 

proqramın icrası nəticəsində:

• iqtisadi geriləməyə son qoyulmuş, 

• inflyasiya cilovlanmış, 

• büdcə kəsiri minimuma endirilmiş,

• maliyyə-bank sistemi nizama salınmışdır.

– Dövlət əmlakının özəlləşdirilməsi mühüm dərəcədə (kiçik və 

orta) həyata keçirilmişdir. “1995-1998-ci illərdə dövlət 

mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı” 

(20.09.1995),”Dövlət əmlakının özəlləşdirilməsi II dövlət 

proqramı”(10.08.2000), “Dövlət əmlakının özəlləşdirilməsi 

haqqında” Qanun (16.05.2000) və “Dövlət müəssisələrinin 

(obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi 

haqqında” (09.02.1996) Prezident Fərmanı qəbul edilmişdir.




 

 

1995-2003-CÜ İLLƏR...



1995-2003-CÜ İLLƏR...

– Aqrar islahatlar həyata keçirilmişdir. “Aqrar islahatlar haqqında” və 

“Kolxoz və sovxozların islahatı haqqında” (18.03.1995), “Torpaq 

islahatı haqqında” (16.07.1996) və “Torpaq bazarı haqqında” 

(07.05.1999) qanunlar qəbul edilmişdir. Nəticədə 1695,1 min 

hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmış, 

kolxoz və sovxozların bazasında fermer təsərrüfatları yaradılmışdır.

– Azad sahibkarlıq mühitinin formalaşdırılması yönündə islahatlar 

həyata keçirilmişdir. “İnvestisiya fəaliyyəti haqqında” (13.01.1995), 

“Haqsız rəqabət haqqında” (02.06.1995), “Reklam haqqında” 

(03.10.1997), “Sosial sığorta haqqında” (18.02.1996), “Sığorta 

haqqında” (25.06.1999), “Qiymətli kağızlar haqqında” (14.07.1998), 

“Əmək miqrasiyası haqqında” (28.10.1999), “İmmiqrasiya haqqında” 

(12.03.1999), “Beynəlxalq arbitraj haqqında” (18.11.1999) qanunlar, 

“Gömrük məcəlləsi” (25.07.1997), “Vergilər məcəlləsi” (30.08.2000), 

“Valyuta tənzimləməsini sərbəstləşdirmək haqqında” (25.02.1995) və 

“AR-da xarici ticarətin daha da liberallaşdırılması 

haqqında”(24.06.1997) Fərmanlar qəbul edilmişdir.Bunlarla yanaşı

 

“Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı 



(1997-2000-ci illər)” da icra edilmişdir.


 

 

1995-2003-CÜ İLLƏR...



1995-2003-CÜ İLLƏR...

– “Milli Bank Haqqında” (10.06.1996) və “Banklar və Bank 

Fəaliyyəti Haqqında” (14.07.1996) yeni qanunların 

qəbulu ilə bank sistemi yenidən tənzimlənməyə 

başlanmışdır.

– Azərbaycan neftinin dünya bazarına çıxarılması 

marşurutları diversifikasiya edilmişdir. 1997-ci ildə Bakı-

Novorosiysk, 1999-cu ildə Bakı-Supsa neft ixrac 

kəmərləri istifadəyə verilmiş, 2002-ci ildə əsas ixrac neft 

kəməri olan Bakı-Tiflis-Ceyhan kəmərinin tikintisinə 

başlanılmışdır. 1999-cu ildə “Çıraq” yatağından çıxarılan 

neftin Supsa limanından ixraca başlaması ilə Azərbaycan 

nefti ilk dəfə olaraq Şimala yox, Qərbə doğru istiqamət 

götürmüşdür.

– Neft gəlirlərin idarə edilməsi məqsədilə 1999-cu ildə Neft 

Fondu yaradılmışdır.




 

 

2003 VƏ SONRASI…

• İqtisadi vəziyyət:

– İqtisadi artım sürətlə davam etmişdir.

– Qeyri-neft sektorunun orta illik artım tempi 11% olmuşdur.

– Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 

70%-dən çoxuna sahib olmuşdur.

– Ölkə Dünya Bankının təsnifatına əsasən “yuxarı orta 

gəlirli” ölkələr qrupuna daxil olmuşdur.

– Ölkə BMT İnsan İnkişafı Proqramının nəşr etdiyi İnsan 

İnkişafı İndeksində “yüksək insan inkişafı” olan ölkələr 

qrupuna daxil olmuşdur.

– Dünya İqtisadi Forumuna görə ölkə iqtisadiyyatı 

rəqabətqabiliyyətlilik göstərəcisi üzrə MDB-də ilk 

sıradadır.

– 2010-cu ildən keçid dövrü rəsmi olaraq başa çatmışdır.




 

 

2003 VƏ SONRASI…




 

 

2003 VƏ SONRASI…

• Həyata keçirilən iqtisadi siyasət tədbirləri:

– İkinci dövlət özəlləşdirmə proqramı həyata keçirilmişdir.

– Kiçik və orta sahibkarlığın inkişafı proqramları həyata keçirilmişdir.

– Sənayenin inkişafı proqramları həyata keçirilmişdir.

– Aqrar bölmənin inkişafı proqramları həyata keçirilmişdir.

– Turizmin inkişafı proqramları həyata keçirilmişdir.

– Yoxsulluqla mübarizə və davamlı iqtisadi inkişaf proqramları həyata 

keçirilmişdir.

– Regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirilmişdir.

– İnsan kapitalının inkişafı sahəsində dövlət proqramları həyata keçirilmişdir.

– İqtisadiyyatda şəffaflığın təmin edilməsi və korrupsiya ilə mübarizə 

proqramları həyata keçirilmişdir.

– Dövlət investisiya proqramları həyata keçirilmişdir.

– Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı proqramları qəbul edilmişdir.

– Neft və qaz gəlirlərinin uzunmüddətli idarə olunması strategiyası qəbul 

edilmişdir.

– Məşğulluq strategiyası qəbul edilmişdir.

– Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyət 

göstərir.



 

 

2003 VƏ SONRASI…

• Hazırda hökumət qarşısında dayanan əsas 

iqtisadi prioritetlər:

– Makroiqtisadi stabilliyin qorunması;

– İqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi;

– İqtisadi artımın keyfiyyətinin təmin edilməsi;

– İqtisadiyyatın diversifikasiya edilməsi;

– İnnovativ iqtisadiyyatın qurulması;

– Aqrar sektorun intensiv üsullara keçirilməsi;

– İqtisadiyyatın klasterləşdirilməsi;

– Enerji, ərzaq və ekoloji təhlükəsizliyin 

gücləndirilməsi.




 

 

2003 VƏ SONRASI…

• “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf 

Konsepsiyasında(29.12.2012) iqtisadi 

hədəflər:

– 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən 

inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaqdır.

– 2020-ci ildə adambaşına ÜDM 2 dəfə artaraq 13000 

dollar olacaqdır.

– 2020-ci ildə adambaşına qeyri-neft ixracı 1000 

dollar olacaqdır.

– 2020-ci ilədək qeyri-neft ÜDM-nin orta illik real artım 

tempi 7%-dən çox olacaqdır.

– 2020-ci ilədək əhali hər il orta hesabla 1,1% artaraq 

10,2 milyona çatacaqdır.



 

 

2003 VƏ SONRASI…

– Yüksək rəqabətqabiliyyətli iqtisadiyyat qurulması məqsədilə, 

• səmərəli dövlət tənzimlənməsinə və yetkin bazar 

münasibətlərinə əsaslanan iqtisadi model 

formalaşdırılacaq;

• iqtisadi struktur təkmilləşdiriləcək və qeyri-neft sektoru 

inkişaf etdiriləcək;

• elmi potensial və innovasiya fəaliyyətləri dəstəklənəcək.

–  Nəqliyyat, tranzit və logistika infrastrukturu 

təkmilləşdiriləcək;

– Bölgələrin tarazlı inkişafı təmin ediləcək;

– İKT-nin inkişafı və informasiya cəmiyyətinə keçid təmin 

ediləcək;

– İnsan kapitalı inkişafı etdiriləcək və səmərəli sosial müdafiə 

sistemi qurulacaqdır.




 

 

İSTİFADƏ OLUNAN MƏNBƏLƏR



İSTİFADƏ OLUNAN MƏNBƏLƏR

Aras O. N., Süleymanov E. (2010), “Azərbaycan iqtisadiyyatı”, Bakı: 



Şərq-Qərb. 

http://ebooks.azlibnet.az/book-qUreBt0n.html

“Azərbaycan” portalı. 



www.azerbaijan.az

Azərbaycanın statistik göstəriciləri. 



http://

www.stat.gov.az/menu/6/statistical_yearbooks/

“Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası. 



http://www.president.az/files/future_az.pdf

Bağırzade E. (2011), “Bağımsızlığının XX. Yılında Azerbaycan 



Cumhuriyeti Ekonomisi”, Hacettepe Üniversitesi Türkiyat Araştırmaları 

Dergisi, Güz (15), s. 277-312. 

http://elsenbagirzade.files.wordpress.com/2011/03/bagimsizliginin-20-yi

linda.pdf

Bağırzadə E. (2003), “Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın 



transformasiya olunmasının hüquqi əsasları”. 

http://elsenbagirzade.files.wordpress.com/2011/03/bazar-iqtisadiyyati-s



eraitinde-iqtisadiyyatin-transformasiya-olunmasinin-huquqi-esaslari.pdf

.

Document Outline

  • MÜASİR AZƏRBAYCAN İQTİSADİYYATININ FORMALAŞMASININ ƏSAS MƏRHƏLƏLƏRİ
  • MÜSTƏQİLLİYƏ QƏDƏRKİ DÖVR...
  • MÜSTƏQİLLİYİN ELAN EDİLMƏSİ...
  • Slide 4
  • MÜSTƏQİLLİK DÖVRÜ...
  • 1991-1995-Cİ İLLƏR...
  • Slide 7
  • Slide 8
  • Slide 9
  • Slide 10
  • 1995-2003-CÜ İLLƏR...
  • Slide 12
  • Slide 13
  • Slide 14
  • Slide 15
  • 2003 VƏ SONRASI…
  • Slide 17
  • Slide 18
  • Slide 19
  • Slide 20
  • Slide 21
  • İSTİFADƏ OLUNAN MƏNBƏLƏR

Yüklə 64,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə