Müasir dövrdə qərb ölkələrində multikulturalizmin vəziyyəti


Qərb ölkələrində dözümsüzlüyün, ksenofobiyanın və ayrıseçkiliyin geniş yayılmış formaları



Yüklə 20,81 Kb.
səhifə3/3
tarix13.01.2022
ölçüsü20,81 Kb.
#82838
1   2   3
Müasir dövrdə qərb ölkələrində multikulturalizmin vəziyyəti

Qərb ölkələrində dözümsüzlüyün, ksenofobiyanın və ayrıseçkiliyin geniş yayılmış formaları

İslamofobiya

Müasir dövrdə etnik–mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində Qərb ölkələrinin üzləşdiyi əsas problemlərdən biri islamofobiyanın bu ölkələrdə baş qaldırmasıdır. İslamofobiya dözümsüzlüyün, ksenofobiyanın və ayrıseçkiliyin geniş yayılmış formalarından biridir. Qərb ölkələrində islamofobiyanın yayılması orada multikulturalizmin iflasa uğramasının əsas göstəricilərindən biridir.

İslamofobiya məfhumu iki sözün birləşməsindən formalaşmışdır- İslam və fobiya (qorxu). Bu məfhumun etimologiyasına uyğun olaraq islamofobiya İslam dininə, müsəlmanlara, müsəlman dövlətlərinə və ümumiyyətlə bu dinlə bağlı olan hər bir sosial hadisəyə münasibətdə qorxuya və qorxudan irəli gələn, onun məntiqi nəticəsi olan nifrətə, o cümlədən ayrı-seçkiliyə, təqibə əsaslanır.

İslamofobiya məfhumu ədəbiyyata 1970-ci illərdə daxil olsa da, yalnız 80-ci və xüsusilə də 90-cı illərdə bu termin geniş şəkildə istifadə edilməyə başladı.

İslamofobiya İslam dininin yüksək mənəvi dəyərlərə malik olan bir din kimi dünyada geniş yayılmasından, müsəlmanların sayının sürətlə atrmasından narahat olan müəyyən qrup insanlar tərəfindən süni şəkildə irəli sürülmüşdür. Orta əsrlər dövründə müşahidə olunan səlib yürüşləri islamofobiyanın ilk təzahür formalarından idi.

İslamofobiyanın tarixinin növbəti mərhələsi İntibah dövründən sonra, xüsusilə Yeni dövrdə özünü büruzə verdi. Bu mərhələdə əvvəlki mərhələdən fərqli olaraq islamofobiyanın yayılması müsəlman ölkələrinin dünyada mövqelərinin zəifləməsi şəraitində baş verirdi. Avropa dövlətlərinin elmitexnoloji, təhsil, iqtisadi və hərbi sahələrdə irəliləməsi, müsəlman aləmində isə bu sahələrdə geriliyin artması İslama qarşı yeni hücumların başlanması üçün əlverişli şərait yaratdı.

Tarixi hadisələrin sonrakı gedişatı, daha konkret desək, 11 sentyabr 2001-ci il hadisələri, radikal islamçılar tərəfindən dünyanın bir sıra ölkələrində törədilən terror aktları, son dövrdə isə Yaxın Şərq və Afrika ölkələrində baş verən hərbi münaqişələr nəticəsində bu ölkələrdən Avropa İttifaqı ölkələrinə qaçqınların kütləvi şəkildə gəlmələri Hantinqtonun anti-islam, islamofob baxışlarının geniş yayılması üçün əlverişli şərait yaratmış, Qərb ölkələrində islamofobiya meyllərini daha da gücləndirmişdir.

Son dövrdə Avropa İttifaqı ölkələrində islamofobiya dözümsüzlüyün, ksenofobiyanın və ayrı-seçkiliyin digər formaları kimi təkcə radikal sağçı qrupların arasında deyil, adi insanlar arasında da yayılmaqdadır. Bunun əsas göstəricilərindən biri bu ölkələrdə ultra sağçı partiyalara verilən səslərin artmasıdır. Nəticədə bu partiyaların Avropa İttifaqı ölkələrinin siyasi sistemində mövqeləri möhkəmlənir. Məsələn, 2014-cü ildə keçirilən Avropa Parlamentinə seçkilər zamanı Fransa tarixində ilk dəfə olaraq Marin Le Penin rəhbərlik etdiyi “Milli cəbhə” partiyası ən çox səs toplayan partiya oldu.

Avropada islamofobiyanı təbliğ edən bəzi qruplar tərəfindən müsəlmanların Avropa İttifaqı ölkələrinə kütləvi axınının nəticələrinin proqnozlaşdırılmasına dair “Avrabia” (Eurabia- iki sözün - Avropa və Ərəbistan- birləşməsi. –Red.) adlı yeni bir termin siyasi leksikona daxil edilmişdir. Bu termini ilk dəfə 2000-ci illərin əvvəlində Bat Yeor işlətmişdir.

Avrabia nəzəriyyəsi Avropanın gələcək inkişaf ssenarisini təqdim edir. Bu nəzəriyyəyə əsasən, Avropa yaxın gələcəkdə islamlaşacaqdır. Avropaya müsəlmanların axını və onlar arasında doğum səviyyəsinin yüksək olması XXI əsrin sonlarında burada müsəlmanların çoxluq təşkil etmələri ilə nəticələnəcəkdir. Müsəlmanlar Avropada hökmranlıq edəcəklər. İslamlaşan Avropa tədricən öz mədəni dəyərlərini itirəcəkdir. Onun ABŞ və İsraillə mövcud əlaqələrini zəifləyəcəkdir.

Beləliklə, islamofobiya müasir dövrdə Qərb ölkələrinin üzləşdiyi əsas problemlərdən biridir. İslamofobiya dözümsüzlüyün, ayrı-seçkiliyin bir forması kimi Qərb ölkələrinin təbliğ və müdafiə etdikləri demokratik dəyərlərə, insanın hüquq və azadlıqlarına ziddir. İslamofobiya cəmiyyətdə inteqrasiya proseslərinə qarşı yönəlmişdir. İslamofobiyanın cəmiyyətdə yayılması etnik-dini zəmində baş verən münaqişələrə səbəb olur. Bu isə öz növbəsində ölkənin sosial-iqtisadi inkişafına ciddi şəkildə mane olur. Bundan başqa islamofobiya nifrət əsasında törədilən cinayətlərin digər növləri kimi adi cinayətlərlə müqayisədə cəmiyyətə daha çox ziyan gətirir. Çünki islamofobiya əsasında törədilən cinayətdən bilavasitə zərər çəkən şəxslə yanaşı bu qrupa daxil olanlar, yəni müsəlmanlar dolayısı yolla olsa da zərər çəkirlər.

Antisemitizm

Yəhudi xalqının nümayəndələrinə qarşı nifrəti bildirmək üçün “antisemitizm” ifadəsi ilk dəfə 1879-cu ildə istifadə olunmuşdur.

Xristianlar özlərini iudaizmin mənsublarından fərqləndirmək üçün yəhudiləri İsa Məsihin qətlində günahlandırdılar. Bununla yanaşı, xristian ilahiyyatında antisemit məqamlar yer almağa və inkişaf etməyə başladı. Bir çox xristian din xadimləri və ilahiyyatçılarının ritorikasında daim yəhudilərin ünvanına kəskin ifadələr səslənirdi.

Yəhudiləri talan və qarət edənlər öz əməllərinə dini və nəcib qəhrəmanlıq donu geydirirdilər. Səlib yürüşləri bunun əyani sübutudur.

Orta əsrlər Avropasında antisemitizm konkret xristian ölkəsində yerli əhalidən heç də pis yaşamayan, bəzən isə daha yaxşı yaşamağa cəsarətləri çatan köməksiz yadlara qarşı insan nifrətinin ifadəsi idi. XIII əsrdə IV Lateran məclisinin qərarına əsasən, Roma Katolik Kilsəsi yəhudilərdən xüsusi tanıtma nişanı olan paltarlar geyinməyə tələb etdi. XVI əsrdən başlayaraq bir çox Avropa dövlətlərində gettolar (italyan dilində “yeni tökmə emalatxanası” mənasına gəlir.- Red.), yəni bütün yəhudilərin məcburi şəkildə məskunlaşdırıldığı xüsusi məhəllələr yaradıldı. Bu məhəllələr əsl təcridetmə zonası idi.

XVIII əsrin sonlarınadək yəhudilər Rusiya imperiyasının cüzi hissəsini təşkil edirdilər. Reç Pospolitanın parçalanması və yüz minlərlə yəhudinin yaşadığı ərazilərin Rusiya imperiyasının tərkibinə qatılması ilə vəziyyət kəskin şəkildə dəyişdi.

Rus çarizmi süqut etdikdən sonra keçmiş imperiyanın ərazisində qanlı vətəndaş müharibəsi baş verdi. Sinfi və milli qarşıdurma vaxtı ən çox əziyyət çəkənlərdən biri də yəhudi əhalisi oldu. Xüsusən ağqvardiyaçılar, Ukraynadakı müxtəlif quldur dəstələri və ataman Simon Vasilyeviç Petlüranın başçılığı ilə Ukrayna mərkəzi radasının tərəfdarları yəhudilərə qarşı amansız qətliam törətdilər. Vətəndaş müharibəsi dövründə 100 mindən 200 minədək yəhudi qanlı aksiyaların qurbanı oldu. Beləliklə, antisemitizm müvəqqəti olaraq Qərbi Avropadan Şərqi Avropaya keçdi.

XIX əsrdə Avropada yeni dövlətlərin yaranması ilə əlaqədar millətçi hərəkatlar böyük rəğbət qazandı. Bu zaman yəhudilərə dini mənsubiyyətlərinə görə deyil, yalnız və yalnız yəhudi xalqına aid olduqları üçün nifrət etməyə başladılar. Məhz bu vaxt “köhnə qitə”də irqçiliyin ilk cücərtiləri meydana gəldi. Millətçi nəzəriyyələri elmi fərziyyələr vasitəsi ilə izah etmə başladılar.

Lakin əsl antisemit isteriya Birinci dünya müharibəsindən sonra başladı. Bu müharibədə Almaniya məğlub olmuşdu. Onun iqtisadiyyatı çökmüşdü. Ona görə də bu ölkədə “hər şeydə” günahkar olanları axtarmağa başladılar. Bu şəraitdə radikallar rəğbət qazandılar. Hitler bu radikallardan biri idi. Məhz o, “arxadan vurulan bıçaq zərbəsi” nəzəriyyəsini inkişaf etdirdi. Yəhudilərin “satqınçılığı” və Almaniyanın məğlubiyyətində onların “günahkar” olduğu ideyası böyük rəğbət qazandı. Xüsusən əhalinin kasıb təbəqələri bu ideyanın təsiri altına düşdülər. Nasistlərin hakimiyyəti dövründə bütün bəlalarda yəhudiləri günahlandırmaq adi hala çevrildi. Talanlar törədildi, bütün yəhudilər gettolara salındı, onları yenidən “David ulduzu” şəklində olan fərqlənmə nişanını daşımağa məcbur etdilər.

İkinci dünya müharibəsi dövründə isə yəhudiləri məqsədyönlü şəkildə məhv etməyə başladılar. Nasistlər tərəfindən işğal olunmuş ərazilərdə, xüsusən Polşada ölüm düşərgələri yaradıldı. Burada insanları güllələyir, diridiri yandırır, qaz kameralarında siklon “B” qazı ilə boğurdular.



Müasir dövrdə antisemitizm həm bir sıra Avropa ölkələrində, həm də Ermənistanda geniş vüsət alır. Məsələn, Ermənistanda nüfuzlu erməni politoloqu professor İqor Muradyan 1988-ci ildə “Ermənistanın səsi” qəzetində dərc olunan məqaləsində açıq şəkildə nasist ideologiyasının tərəfini tutur. Bu politoloqun məqaləsindən belə çıxır ki, yəhudi-erməni qarşıdurması semit və arilər arasında baş vermiş münaqişənin davamıdır. O, məqaləsində yəhudiləri qondarma erməni soyqırımında günahlandırmaq kimi standart ittihamlarla kifayətlənmir və daha dərinə gedir, cəfəng iddia ilə çıxış edərək Qarabağ münaqişəsinin arxasında yəhudi xalqı və İsrail dövlətinin dayandığını deyir.
Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə