Müasir dövrdə qərb ölkələrində multikulturalizmin vəziyyəti


Qərb ölkələrində etnik–mədəni müxtəlifliyə immiqrasiya prosesinin təsiri



Yüklə 20,81 Kb.
səhifə2/3
tarix13.01.2022
ölçüsü20,81 Kb.
#82838
1   2   3
Müasir dövrdə qərb ölkələrində multikulturalizmin vəziyyəti

Qərb ölkələrində etnik–mədəni müxtəlifliyə immiqrasiya prosesinin təsiri.

Bu gün miqrasiya proseslərini sürətləndirən əsas səbəblər müharibə və münaqişələr, siyasi rejimlər, mövcud sosial-iqtisadi vəziyyət, təbii fəlakətlərdir. XIX əsrin ən böyük miqrasiya axınları Qərbin hegemon və imperialist dövlətlərinin müstəmləkəçilik siyasəti nəticəsində baş vermişdir. Bu gün Qərbdə yayılan antimiqrant əhval-ruhiyyəsi göstərir ki, xüsusilə II Dünya müharibəsindən sonrakı dövrdə Qərbə axın edən miqrantların özləri ilə birlikdə gətirdikləri ideologiya, etnik-mədəni dəyərlər, ümumiyyətlə mədəniyyət pənah gətirdikləri ölkələrdə əsasən qəbul edilmir. Buna görə də bir sıra Qərb dövlətləri assimilyasiya siyasətini yürüdür.

2017-ci ilin statistikasına görə, Avropa İttifaqına (Aİ) üzv dövlətlərdə ümumilikdə 22 milyon qeyri-üzv dövlətlərin vətəndaşları məskunlaşıb. Ən çox immiqrant qəbul edən ölkələr Almaniya (9,2 mln), Böyük Britaniya (6,1 mln), İtaliya (5 mln), Fransa (4,6 mln) və İspaniyadır (4,4 mln). İmmiqrantlar daha çox Hindistan, Pakistan, Türkiyə, Mərakeş, Əlcəzair, Tunis, Çin və s. ölkələrdəndir.

Müasir dövrdə Avropada etnik-mədəni müxtəlifliyin idarə edilməsini şərtləndirən əsas amil immiqrantlardır. Belə ki, bir sıra Avropa ölkələri immiqrantlarla bağlı sərt assimilyasiya siyasəti həyata keçirir. Buna ən bariz nümunə kimi, Fransanı göstərə bilərik.

Bir çox immiqrant qəbul edən liberal ölkələr dini müxtəlifliklə bağlı məsələdə orta mövqe tutmağa üstünlük verir. Bunun iki səbəbi var: birincisi, dünyəvi dövlət nöqteyi-nəzərindən yanaşdıqda dövlət dinin işinə qarışmır və bu məsələdə neytral mövqe tutur; ikinci səbəb isə ondan ibarətdir ki, kiməsə dil ilə bağlı tələb qoymaq mümkündür. Yəni insan bir neçə dildə danışa bilər. Ancaq dini baxımdan bu mümkün deyil. Bir sözlə, immiqrant qəbul edən Qərb dövlətləri dini plüralizmlə bağlı daha yumşaq siyasət aparmağa üstünlük verir.

Qərbi Avropada etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində nümunəvi siyasət yürüdən ölkələrə misal kimi isə İsveç və Hollandiyanı göstərmək olar.

Etnik-mədəni müxtəlifliyin idarəedilməsində fərqli siyasətin aparılması nəticəsində gəlmələrin həmin ölkələrə münasibəti də eyni deyil. Fransada aparılan sərt assimilyasiya siyasəti immiqrantları özlərini yadelli kimi hiss etməyə, onlarda yerli mədəniyyətə qarşı immunitetini gücləndirməyə, eyni zamanda ksenofobiya, islamofobiya, irqi və dini ayrı-seçkilik meyillərinin güclənməsinə rəvac verir. Lakin İsveç və Hollandiyada immiqrantların hüquqlarının tam təmin edilməsi və cəmiyyətə inteqrasiya olunmaları nəticəsində onların ümumi sosial, iqtisadi və siyasi inkişafa öz töhfələrinin verilməsi üçün əlverişli şərait yaradır.


Yüklə 20,81 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə