Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

72 
 
dırılmasını tələb edirdilər.İqtisadi yüksəlişə baxmayaraq, ölkədə aşağı təbəqələrin 
vəziyyəti olduqca mürəkkəb idi. 
 
 
     Argentina XX yüzilliyin 20-30-cu illərində  
1921-ci  ildə  Argentinada  iqtisadi  böhran  başlayır.1920-ci  ildə  ixracat  1 
mlrd. peso olduğu halda,1921-ci ildə bu rəqəm 671 mln.peso təşkil edirdi.İroqeyn 
hökuməti  1922-ci  ilədək  geniş  xalq  kütlələrinin  təzyiqi  altında  bir  sıra  burjua-
demokratik  tədbirlər,o  cümlədən  8  saatlıq  iş  günü,  əmək  haqqı  minimumu,qadın 
və  uşaqların  əməyinin  qorunması  və  s.  həyata  keçirdi.Lakin,hərbi  dairələrin 
dövlət çevrilişi cəhdi hələ də davam etməkdə idi. 
1922-ci  ilin  seçkilərində  İroqeynin  əleyhdarlarından  olan  Marsel  Alvear 
prezident  seçildi.General  Aqustino  Xusto  isə  hökumət  başçısı  oldu.Tezliklə,İro- 
qeynin verdiyi qanunlar ləğv edildi və Argentinada hakimiyyət hərbçilərin əlində 
birləşdi.Orduda təchizat gücləndirildi,ölkənin müdafiə qüdrəti artırıldı. 
Kapitalizmin  nisbi  sabitləşməsi  dövrünün başlanması  ilə Argentina iqti-
sadiyyatında  da  müəyyən  yüksəliş  baş  verdi.Peso  sabitləşdi,kooperativlər  böyük 
maliyyə  yardımı  aldılar.Ölkənin  xarici  siyasətinin  əsas  istiqamətləri  də  mü- 
əyyənləşdirildi,ABŞ  dövləti  ilə  münasibətlər  yenidən  quruldu.1925-ci  ildə  isə 
Argentina  və  SSRİ  arasında  diplomatik  münasibətlər  yaradıldı.Bütün  bunlar 
1926-1927-ci illərdə sosial-iqtisadi həyatda nisbi sabitliyi qoruyub saxladı. 
       1928-ci  ildə  keçirilmiş  prezident  seçkilərində  76  yaşlı  İroqeyn  prezident  se-
çildi.Onun rəqibi İroqeyndən 2 dəfə az səs səs qazandı.İroqeynin ilk tədbiri  milli 
neft sənayesi yaratmaq oldu.Hələ 1907-ci ildə Argentinada Rokfellerin “Standart 
Oyl  kompani”  şirkəti  neft  çıxarılmasına  dair  konsessiya  almışdı.1929-cu  ilin  av- 
qustunda  “Yasimentos  petroliferos  fizkales”  dövlət  kompaniyası  neft  çıxarılması 
və emalı üzərində nəzarəti öz əlinə aldı,1930-cu ilin fevralında isə neft sənayesi- 
nin milliləşdirilməsi haqqında qanun qəbul edildi.  
1929-cu  ildə  dünya  iqtisadi  böhranı  Argentina  iqtisadiyyatına  da  təsir 
göstərdi.Belə  ki,Argentinanın  ixracatı  1929-cu  ildə  1  mlrd.peso  olduğu  halda, 
1933-cu  ildə  bu  rəqəm  285  mln.peso  olmuşdu.1932-ci  ildə  ölkədə  334  min  işsiz 
vardı.Buna  görə  də  Argentinanın  ayrı-ayrı  şəhərlərində  mövcud  rejimə  qarşı 


73 
 
etiraz  hərəkatı  güclənir.Ölkənin  iri  mülkədarlarından  biri  Xose  Uribur  çevrilişə 
rəhbərlik  edirdi.1930-cu  ilin  sentyabrın  əvvəllərində  Buenos-Ayresdə  antihöku- 
mət  nümayişləri    keçirilir.Sentyabrın  6-da  İroqeyn  tərəfindən  bütün  hakimiyyət 
səlahiyətlərinin  vitse-prezident  Martinesə  verilməsinə  baxmayaraq,qiyamçılar 
Buenos-Ayresi  tutdular.Hərbi  xunta  general  Uriburu  müvəqqəti  prezident  elan 
etdi.Yeni hökumət konqresi buraxdı.Siyasi partiyaların fəaliyyəti məhdudlaşdırıl- 
dı.1931-ci  ilin  noyabrında  yeni  prezident  seçkiləri  keçirildi.Uribur  tərəfindən 
yaradılmış Milli Demokratik Partiyanın rəhbərlərindən biri Aqustino Xusto prezi- 
dent seçildi və 1932-ci ilin fevralında prezident vəzifəsini icra etməyə başladı.O, 
parlament rejimini ləğv etməsə də onun rolu olmadı. 
1935-ci ilin sentyabrında Argentina prezidenti Xusto Braziliya prezidenti 
Varqas  və  Uruqvay  prezidenti  Terra  “antikommunist  paktı”  bağladı.Buna  cavab 
olaraq  sosialistlər,radikallar  və  kommunistlər  vahid  cəbhədə  çıxış  edəcəklərini 
bildirdilər.Tezliklə,Kommunist  Partiyasının  fəaliyyəti  qadağan  edildi,senzura 
gücləndirildi.Demokratik  qüvvələr  Xalq  Cəbhəsi    yaratsalar  da,  çox    keçmədən  
radikallar  və sosialistlər ondan  ayrıldılar.1937-ci  ilin sonlarında  yeni  prezident 
seçkiləri  keçirildi.Bu  seçkilərdə  mühafizəkarların  nümayəndəsi  Roberto  Ortis 
prezident seçildi.O,konstitusiya rejimini bərpa etməyə məcbur oldu. 
İkinci dünya  müharibəsinin başlanmasına  yaxın  hökumət  faşizmə  meyl et- 
məklə,ABŞ-ın ölkəyə nüfuzuna qarşı çıxış edirdi. 
 
Braziliya 1918-1939-cu illərdə Birinci dünya müharibəsinin 
                           Braziliya üçün siyasi və iqtisadi nəticələri 
Braziliya Birinci dünya müharibəsinə 1917-ci ilin oktyabrında qoşuldu.La- 
kin,onun müharibədə iştirakı məhdud xarakter daşıyırdı.Birinci dünya müharibəsi 
Braziliyada  kapitalizmin  möhkəmlənməsinə  mane  oldu.1918-ci  ilin  noyabrında 
Rio-de  Janeyro  şəhərində  ümumi  tətil  başlandı.Tətildə  metallistlər,  toxucular  və 
digər  sənaye  sahələrinin  fəhlələri  iştirak  edirdilər.Onlar  8  saatlıq  iş  günü,əmək 
haqlarının  artırılması,həmçinin,Sovet  Rusiyasının  müdafiəsi  uğrunda  mübarizə 


74 
 
apardılar.Prezident Epitasiu Pessoa (1919-1922) bir sıra güzəştlərə getməyə məc- 
bur oldu.Belə ki,8 saatlıq  iş  günü tətbiq edildi,əmək  haqları artırıldı.Lakin,1921-
1922-ci  illərdə  Braziliya  iqtisadi  böhranla  qarşılaşdı.20-ci  illərin  əvvəllərində 
ölkədə  “tenentistlər”hərəkatı  başlandı.Bu  hərəkat  gənc  zabitlər  və  serjantları  öz 
ətrafında birləşdirmişdi(tenenti-leytenant) deməkdir.Tenentistlər burjua-mülkədar 
hökmranlığına  qarşı  çıxış  edir,Braziliya  Respublikasının  müstəqilliyi  uğrunda 
mübarizə aparırdılar.1922-ci ilin iyulun 5-də Rio-de Janeyroda hərbi kadet məktə- 
binin  hərəkatı  başlandı.Lakin,paytaxt  qarnizonu  hərəkat  iştirakçılarını  müdafiə 
etmədi.Leytenant Antonio Skera Kampos 17 zabitlə birlikdə mühasirəyə alındı və 
müqaviməti davam etdirə bilmədi.Bununla belə 5 iyul hərəkatı Braziliya ordusu- 
na böyük təsir göstərdi.Prezident Arturo da Silva  Bernardes (1922-1926) burjua-
mülkədar  qaydalarını  möhkəmləndirdi,ölkədə  diktatura  rejimi  yaradıldı.Konsti- 
tusion azadlıqlar faktiki olaraq ləğv edildi. 
   
 
 
Braziliya XX yüzilliyin 20-30-cu illərdə  
İqtisadiyyatın  müxtəlif  sahələrində  başlanan  yüksəliş  milli  burjuaziyanın 
inkişafına təkan  verdi  və  kapitalizm  nisbi  sabitləşmə dövrünə daxil oldu.Ancaq, 
Braziliya  burjuaziyasının  mövqeyinə  ABŞ  və  İngiltərə  hakim  dairələri  təsir  gös- 
tərir,  onun  möhkəmlənməsinə  mane  olurdu.Belə  şəraitdə  ölkədə  diktatura  rejimi 
hakimiyyətdə  idi.1924-cü  il  iyulun  5-də  general  İsidoro  Lapes  və  mayor  Migel 
Kostanın rəhbərliyi altında San-Paulda hərəkat başlandı.Hökumət hərəkat iştirak- 
çılarına  qarşı  20  min  nəfərdən  ibarət  ordu  hissəsi  göndərdi.San-Paul  hadisəsi 
digər  ştatlara  da  təsir  göstərdi.Oktyabr  ayında  Braziliyanın  cənub  ucqarlarında  
hərəkat başlandı. Bu hərəkata 26 yaşlı kapitan Luis Karlos Prestes başçılıq edirdi. 
Hərəkat  məğlubedilməz kolonlar adını aldı.Hərəkata  baş komandan Migel  Kosta 
təyin  edildi.Qərargah  rəisi  isə  Prestes  oldu.Onların  hər  ikisi  general  rütbəsi  aldı. 
Məğlubedilməz  kolonların  yürüşü  1927-ci  ilin  fevralına  qədər  davam  etdi  və  25 
min km.  məsafə qət edildi.Hələ 1926-cı ilin sonlarında prezident vəzifəsinə seçi- 
lən Vaşinqton Luis ölkədə siyasi partiyaların azad fəaliyyətinə şərait yaratdı.Pres- 
tes isə Kommunist Partiyası sıralarına daxil oldu və Kominternin VII konqresində 
icraiyyə komitəsinin tərkibinə seçildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə