Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

60 
 
 
Polşa 1918-1939-cu illərdə
 
                   Birinci dünya müharibəsinin Polşa üçün                                      
                              sosial-iqtisadi və siyasi nəticələri     
Birinci  dünya  müharibəsi  Polşa  dövlətinə  və  xalqına  böyük  zərbə  vurdu. 
1915-ci ildə ölkə ərazisinin bir hissəsi rus qoşunları, digər qismi  isə  alman ordu-
su tərəfindən işğal edildi.1918-ci ildə Polşa və Litva Sosial-Demokrat Partiyası və 
Polşa  Sosialist  Partiyası  yaradıldı.Bu,siyasi  partiyalar  Polşanın  müstəqil  dövlət-
çiliyinə çalışır,ölkə sərhədlərinin bərpasını tələb edirdilər. 
1918-ci il noyabrın 6-dan 7-nə keçən gecə Lublində sağ sosialist İ.Daşinin 
rəhbərliyi altında hökumət təşkil olundu.Noyabrın 10-da isə Varşavada alman iş- 
ğalçılarının təsiri altında Regent Şurası yaradıldı.Şura hakimiyyət Pilsudskiyə ve-
rildi.Pilsudskinin  tələbi  ilə  Daşin  hökuməti  hakimiyyətdən  əl  çəkdi.Pilsudskiyə 
yaxın sağ sosialist E.Moraçevski hökumət təşkil etdi.Fəhlələr bir sıra demokratik 
azadlıqlar qazandılar.Bu,fəhlələri xeyli ruhlandırdı.1918-ci il dekabrın 16-da Var- 
şavada  Kommunist  Partiyası  yaradıldı.1919-cu  ilin  yanvarında  Pilsudski  İ.Pade- 
revskini  hökumət  başçısı  təyin edərək Polşanın  müstəqilliyi  uğrunda  mübarizəyə 
başladı.O,Polşanın  ABŞ,  İngiltərə,  Fransa  və  İtaliya  tərəfindən  tanınmasına  ça-
lışırdı.1919-cu  ilin  yanvarın  sonlarında  Milli  Seymə  seçkilər  keçirildi.Seçkilərdə 
sağ partiyalar qələbə qazandılar və bir sıra demokratik tədbirlər həyata keçirildi. 
1918-ci  ilin  sonu-1919-cu  ilin  I  yarısında  Polşanın  qərb  sərhədlərinin  bər-
pası  prosesi  başlandı.Polşa  Qdanskdan  başqa  Baltik  dənizi  hövzəsinin  bir  his-
səsini  ələ  keçirə  bildi.Yuxarı  Sileziyada  böyük  dövlətlərin  nəzarəti  qaldı.1919-
1921-ci illərdə aparılan mübarizə nəticəsində Yuxarı Sileziyanın bir hissəsi Polşa-
ya verildi,digər hissəsi isə Almaniyaya çatdı. 
Polşanın  şərq  istiqamətində  xarici  siyasət  xətti  mühüm  əhəmiyyət  daşı- 
yırdı.Belə ki,Polşa mülkədarları Ukrayna,Belorusiya və Litva torpaqlarını ələ ke-
çirməyə  çalışırdılar.Artıq,1918-ci  ilin  noyabrında  Polşa  ordusu  Lvovu  işğal  etdi, 
1919-cu ilin ortalarında isə bütün Şərqi Qalisiya zəbt edildi.1920-ci ilin aprelində  
Pilsudski ordusu Sovet Ukraynasına qarşı hücuma başladı.Mayın 7-də Polşa qo-  


61 
 
qoşunları  Kiyevi  tutdular.1920-ci  ilin  iyununda  Qızıl  Ordu  Varşavaya  doğru 
hücuma keçdi.Antantanın yardımı nəticəsində Polşa ordusu Varşava yaxınlığında 
qalib  gəldi.1920-ci  ilin  oktyabrında  Polşa  ordusu  Vilnusu  işğal  etdi,1922-ci  ildə 
isə rəsmi olaraq onu Polşaya birləşdirdi. 
Polşa-sovet müharibəsi isə  sülh  müqaviləsi  ilə başa çatdı.1921-ci  il  mar-
tın  18-də  Riqada  bağlanmış  müqaviləyə  görə  Qərbi  Ukrayna  və  Belorusiya  tor-
paqları  Polşaya  birləşdirildi,Sovet  Ukraynası  və  Belorusiyanın  müstəqilliyi  isə 
Polşa tərəfindən tanındı.1921-1922-ci illərdə Polşanın sahəsi 388 min km
2
,əhalisi 
isə  27  mln  nəfər  oldu.Milli  azlıqlar-ukraynalılar,beloruslar,almanlar,litovlar  və 
yəhudilər 40%  təşkil edirdi. 
1921-ci  ildə  ölkə  əhalisinin  75%-i  kənd  təsərüfatında  işləyirdi.Əhalinin 
11%-i  isə sənaye  və  nəqliyyatda çalışırdı.Sənaye sahələri arasında  daş-kömür  və 
toxuculuq sənayesi inkişaf edirdi.Polşa iqtisadiyyatı hələ də xarici monopolist ka-
pitaldan-fransız,ingilis,amerikan  və  alman  kapitalından  asılı  vəziyyətdə  idi.Öl-
kədə həyat şəraiti ağır olaraq qalırdı. Həyat səviyyəsinə görə Polşa Avropada so-
nuncu  yeri  tuturdu.Torpaqların  45%-i  mülkədarların  əlində  idi.1919-1921-ci  il-
lərdə  torpaq  islahatı  nəticəsində  250  min  ha.  torpaq  sahəsi  kəndlilərə  verildi.  Bu 
dövrdə torpaqların böyük hissəsi katolik kilsəsinin hökmranlığı altında idi. 
1921-ci  ilin  martında  burjua-demaktraktik  konstitusyası  qəbul  olundu.Qa- 
nunverici  hakimiyyət  ikipalatalı  parlamentə  məxsus  idi.Yuxarı  palata  senat,aşağı 
palata isə seym adlanırdı.Hökümət parlament qarşısında məsuliyyət daşıyırdı.  
Polşada çoxpartıyalı sistem saxlanılırdı.Onlardan ən böyüyü milli demokra- 
tiya (Endek) partiyası  idi ki,bu patiya  iri burjuasiya  və  mülkədarları öz ətrafında 
birləşdirmişdi.1922-ci il parlament seçkilərində endeklər və digər xiristian-demo- 
ktratlar birləşərək “Milli birlik xiristian ittifaqı” yaratdılar.Endeklər böyük üstün- 
lük qazansalar da prezdent  vəzifəsinə öz  namizədlərini keçirə bilmədilər.1922-ci 
ilin dekabrında Polşada  ilk prezdent Q.Narutoviç seçildi.Ancaq,o seçkilərdən  bir 
neçə gün sonra öldürüldü.Yeni prezdent S. Voytsexovski seçildi.Hökumət başçısı  
isə Pilsudskinin düşməni general V.Skorski oldu. 


62 
 
1923-ci  ilin  yazında  Pilsudskiyə  qarşı  Vitosun  başçılığı  altında  hökümət 
təşkil  olundu.Pisudski  Baş  qərargah  rəisi  vəzifəsindən  istefa  verdi.Ancaq,  Pol-
şada  siyasi  vəziyyət  kəskin  olaraq  qalırdı.1923-cü  ilin  dekabr  ayında  yeni  hö-
kümət kabineti yaradıldı.Onun başçısı V. Qarabski idi ki,o,sağ burjua dairələrinin 
mənafeyini müdafiə edirdi. 
                         
   Polşa kapitalizmin nisbi sabitləşməsi və  
                                  dünya iqtisadi böhranı illərində 
 
1924-1925-ci  illərdə  Polşanın beynəlxalq  vəziyyəti  mürəkkəb olaraq qalır-
dı.Alman militizminin güclənməsi Polşanın Şərqi Avropada mövqeyinə təsir gös-
tərmişdi.1925-ci  ildə  keçirilmiş  Lokarno  konfransında  Almaniya-Polşa  sərhədlə-
rinə  təminat  verilməmişdi.Digər  tərəfdən  ölkədə  yeni  iqtisadi  böhran  başlanmış 
və 1925-ci ilin noyabrında Qarabski höküməti istefa verməyə məcbur olmuşdu. 
1926-cı  il  mayın 10-da V.Vitos koalision  hökümət təşkil etdi.O,bəyan etdi 
ki,hökümət  “güclü  əllər”  siyasətini  davam  etdirəcək.Mayın  12-də  Pilsudski  Var-
şavaya  hücum  etdi.Üç  günlük  döyüşlərdən  sonra  Pilsudski  paytaxtı  mühasirəyə 
aldı.Prezident Voytsexovski və Vitos hökuməti istefa verdi.Mayın 15-də K.Bartel 
hökumət  təşkil  etdi,prezident  vəzifəsini  İ.Mostsiskiy,hərbi  nazir  postunu  isə  Pil-
sudski tutdu.Polşada baş vermiş çevrilişlə iri mülkədarların və maliyyə kapitalının 
hökmranlığı quruldu. 
1926-1929-cu  illərdə  iqtisadi  vəziyyət  sabitləşdi,  xarici  kapitalın  təsiri  isə 
qalmaqda  davam  edirdi.1929-cu  ildə  sənaye  məhsullarının  istehsalının  həcmi 
1913-cü  il səviyyəsinin  86%-ni  təşkil edirdi.Ölkədə “Sanasion rejim”  in  yaradıl- 
ması faktiki olaraq burjua-demokratik azadlıqların ləğv edilməsi demək idi.1928-
ci ilin martında “Sanasion rejim” dövründə ilk dəfə olaraq seymə seçkilər keçiril-
di.Seçkilərdən sonra “Sanasion rejim” lə seym arasında uzun müddətli konfliktlər  
başlandı. 
1929-cu ildə başlanan dünya  iqtisadi  böhranı Polşa iqtisadiyyatına da təsir    
göstərdi.Böhran illərində 500-600  min həddində işsiz vardı. Xristian-demokratlar 
“mərkəzçilər”adı  altında  seym  və  xalqın  hüquqlarının  müdafiəsi  şüarı  ilə  çıxış 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə