Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

48 
 
edilməsini  tələb  edirdi.Lakin,onların  bu  çağırışı  sosialistlər  tərəfindən  qəbul 
edilmədi.1930-cu  ilin  avqustunda  yeddi  respublika  partiyası  San-Sebastyan 
paktını bağladı.Tezliklə,pakta sosialistlər də cəlb olundu.Ölkədə 12 üzvdən ibarət 
inqilabi  komitə  yaradıldı.Onlardan  üçü  sosialist  partiyasının  üzvü  idi.Beləliklə, 
1930-cu il dekabrın 12-dəhərbi çevrilişə qərar verildi.Ancaq,son dəqiqələrdə çev-
riliş təxirə salındı,inqilabi komitənin bir çox üzvləri həbs edildi. 
      İspaniyada burjua-demokratik inqilabı və onun nəticələri 
1931-ci il aprelin 12-də bələdiyyərə seçkilər  keçirildi.Seçkilərdə İspaniya-  
İspaniyanın iri  mərkəzləri Respublika  partiyasına  səs  verdi.Aprelin 14-də Kral  
XIII Alfons xa ricə qaçdı.Həmin gün İspaniya respublika elan edildi.Artıq,İspani- 
İspaniyada  inqilab  başlanmışdı.İnqilab  iki  mərhələdə keçdi:Burjua-demokratik 
(1931-1936) və Xalq-d mokratik (1936-1939) mərhələsi. 
 
Hakimiyyət  inqilabi komitənin əlinə keçdi və o,özünü  müvəqqəti  hökumət 
elan etdi.Hökumətin  tərkibinə keçmiş  monarxistlər,respublikaçılar,liberal burjua- 
ziyanın  rəhbərləri  və  üç  sosialist  daxil  oldular.Hökumətin  başçısı  isə  katolik 
N.Alkala  Samora  oldu.Onun  məqsədi  inqilabın  mühafizəkar  xarakterini  qoruyub 
saxlamaq idi. 
 
İspaniya aqrar ölkə qalırdı.Mülkədarlar məhsuldar torpaqların 67%-ni əllə-
rində saxlayırdı.Əndəlusda mülkədarların orta gəliri il ərzində 18 min peset oldu- 
ğu  halda,kəndlilərin  gəliri161  peset  idi.Kəndlərdə  hələ  də  feodal  qaydaları  qal- 
maqda davam edirdi.Kəndlilər mülkədarlar,kilsə və dövlət tərəfindən ağır istismar 
olunurdu.İspaniyada  milli  məsələnin  həlli  də  vacib  problemlərdən  idi.Ölkə  əra- 
zisində  dörd  millət-ispanlar,katalonlar,basklar  və  qalisiyalılar  yaşayırdı.Sonuncu 
üçü isə milli  muxtariyyət tələb edir,ölkə əhalisinin 15,6%-ni təşkil edən bu xalq- 
lar 6 mln. nəfər idi. 
 
Ölkədə  əsas  problemlərdən  biri  də  kilsənin  hökmranlığının  ləğv  edilməsi 
məsələsi oldu.Bu dövrdə kilsə məktəblərində 700 minədək şagird oxuyurdu.Döv- 
lət kilsəyə böyük subsidiyalar ayırmaqla kilsənin hakimiyyətini möhkəmləndirdi. 
 
Nəzərdən  keçirilən  dövrdə  İspaniya  iqtisadiyyatında  xarici  kapital-ingilis, 
fransız,kanada,amerikan,alman,italyan  və  belçika  kapitalının  nümayəndələri 


49 
 
hökmranlıq  edirdi.İngilislər  dəmir  yollarına,fransızlar  kimya  və  yüngül  sənaye 
sahələrinə,kanadalılar  su  elektrik  stansiyalarına,amerikanlar  isə  poçt  rabitə  sis- 
teminə  nəzarəti  əllərinə  keçirmişdilər.Ordu  və  donanma  iri  mülkədarların  və  ka- 
pitalistlərin əlində idi.Hər on əsgərə bir zabit düşürdü,polklarda isə 80 əsgər var- 
dı.Ordu  müasir  silahlarla  təchiz  edilməmişdi.Ölkədə  bir  sıra  burjua-demokratik 
dəyişiklikləri  həyata  keçirildi.Belə  ki,ümumi  səsvermə  ilə  kortestlər  yaradıl- 
dı,burjua-demokratik  konstitusiyası  qəbul  edildi,söz,mətbuat  və  yığıncaq  azad-
lığı  elan  olundu,dini  ordenlər  buraxıldı,aqrar  islahatların  keçirilməsi  üçün  dekret 
verildi.Lakin, hökumətin tədbirləri ucqarlarda həyata keçirilmədi.Belə ki, torpaq-
ların  böyük  hissəsi  mülkədarların  əlində  qaldı,orduda  mürtəce  hərbçilər  nəzarəti 
qoruyb  saxlayır,monarxistlər  dövlət  aparatında  tutduqları  postlarda  vəzifələrini 
icra edir,kilsə isə zəngin sərvətə malik idi. 
 
Konstitusiyanın qəbul edilməsindən sonra Alkala Samora prezident seçildi, 
baş  nazir  vəzifəsinə  isə  burjua-liberal,sol  respublika  partiyasının  lideri  Manuel 
Asanya seçildi.Ancaq,hökumətin siyasəti dəyişmədi.Almaniyada  faşistlərin  haki- 
miyyətə gəlməsi İspaniyada böyük həyəcanlara səbəb oldu.1933-cü ilin sonların-
da kortestlərə keçirilən seçkilərdə İspaniya faşizminin tərəfdarları qalib gəldilər. 
 
Seçkilərdən  sonra  mərkəzçilər  və  sağ  əksinqilabi  burjua  partiyaları  ha-
kimiyyətə  gəldi.Bu,İspaniya  burjua-demokratik  inqilabı  tarixində  “Qara  ikiillik 
adlanır”. 
Kortestlər  mövcud  rejimə  qarşı  çıxışlara  qarşı  ölüm  hökmünün  verilməsi 
haqqında qanun qəbul etdi.İqtisadi vəziyyət ağır olaraq qalmaqda idi.1934-cü ildə 
ölkədə  işsizlərin  sayı1,5  mln  nəfərə  çatırdı.Artıq,ölkənin  ayrı-ayrı  bölgələrində 
faşist təşkilatlarının sayı artırdı.1933-cü ildə keçmiş diktatorun oğlu Xose Antino 
Primo de Rivera alman faşist partiyasının ispan falanqasını yaratdı.Faşistlər milli 
azlıqların  muxtariyyət  uğrunda  hərəkatına  qarşı  çıxış  edir,korporativ  dövlətin 
yaradılmasını tələb etməklə ölkədə despotik rejimin yaradılmasına cəhd edirdilər. 
1934-cü  iloktyabrın 4-də  hökumətin  tərkibinə  üç  nazirin  daxil olması  haq-
qında qanun qəbul olundu.Bu,ölkədə etiraz hərəkatının güclənməsinə səbəb oldu. 
Bütün  bunlar  ona  gətirib  çıxardı  ki,1936-cı  ilin  yanvarında  İspaniya  Sosialist 


50 
 
Fəhlə  Partiyası,kommunistlər  və  sol  sosialistlərin  iştirakı  ilə  Xalq  Cəbhəsi  yara- 
dıldı.1936-cı il fevralın 16-da korteslərə keçirilmiş seçkilərdə Xalq Cəbhəsi qalib 
gəldi.Seçkilərdən sonra sol  respublikaçı Manuel  Asanya  hökumətin başçısı oldu, 
ölkə prezidenti vəzifəsinə seçildi.Baş nazir vəzifəsini Kasares Kiroqa tutdu. 
Tezliklə,ölkədə faşist partiyalarınqiyamı genişləndi.Bu qiyamı Almaniya  
və İtaliya dövlətləri  müdafiə etdilər.İngiltərə və  Fransa isə “neytrallıqlarını” elan 
etdilər.Çox  keçmədən  İspaniya  Mərakeşində  qiyam  başlandı.Belə  şəraitdə  hö-
kumət  istefa  verdi.Yeni  hökumət  kabinəsini  sol  respublikaçı  X,Xirol  təşkil  et-
di.Hökumət fəhlə təşkilatlarına silah verməyə məcbur oldu.Tezliklə, Madrid, Bar-
selona  və  Valensiyada  faşist  qiyamçıları  darmadağın  edildi.Yalnız,Şimal  və  Cə-
nub  ucqarlarda  faşistlər  qalib  gəldilər.Mərakeş  ordusu  alman  və  italiyan  faşist-
lərindən  böyük    miq  darda  silah-sursat  alaraq  özünün  hərbi  gücünü  artırdı.Digər 
tərəfdən  isə  alman  və  italiyan  faşistlərindən  böyük  yardım  alan  ispan  faşizmi 
Madrid  üzərinə  Şimal  və  Cənub  istiqamətində  hücuma  keçdi.Xose  Antonio  isə 
respublikaşıları  həbs  etməyə  başladı.General  Franko  isə  İspaniyada  faşistlərin 
nəzarəti altında olan ərazilərdə baş komandan elan edildi.Fransa rəhbərliyi xarici 
siyasətdə  müstəqil  olmadığı  üçün  respublikaçılara  kifayət  qədər  yardım  göstərə 
bilmədi.İspaniyada  siyasi  vəziyyət  Avropanın  əksər  dövlətlərinin  ciddi  narahat-
lığına  səbəb  oldu.Buna  görə  də  27  Avropa  dövləti  “qarışmamaq”haqqında  saziş 
bağladı. 
 
1936-cı  ilin  sentyabrında  İspaniya  Respublikasında  yeni  hökumət  təşkil 
olundu.Bu hökumətə İSFP-nın lideri Larqo Kabalyero başçılıq edirdi.Onun tərki- 
binə  sosialistlər,burjua-respublikaçıları  və  kommunistlər,habelə,çox  keçməmiş 
anarxosindikalistlər daxil idi.1936-cı ilin oktyabrında ilk sovet gəmiləri İspaniya-
ya  göndərildi.Qiyamçıların  böyük  üstünlüklərə  malik  olmasına  baxmayaraq, 
Madrid  altında  döyüş  qiyamçıların  məğlubiyyəti  ilə  başa  çatdı,Madrid  faşistlər 
tərəfindən  tutulmadı.Bunun  başlıca  səbəbi  ispanların  böyük  qəhrəmanlıq  gös-
tərməsi  idi.Çünki,ispanlar  başa düşürdülər  ki,  respublikanın taleyi Madridin əldə 
saxlanılmasından  asılıdır.Bu  dövrədək  İspaniyda  birsıra  islahatlar  həyata  keçi- 
rildi. Belə ki,Baskoniya muxtariyyət aldı,xalq milisi formasında ordu təşkil olun- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə