Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə


-ci illərdə Avstriyanın daxili və beynəlxalq vəziyyətı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

54 
 
20-ci illərdə Avstriyanın daxili və beynəlxalq vəziyyətı
          
1922-ci ilin mayında ölkədə güclü əl yaradıldı.Belə ki,yeni hökumət kabi-  
netini  İqnati  Zeypel  təşkil  etdi.O,1922-ci  il  may-1924-cü  il  noyabr  və  1926-cı  il 
oktyabr-1929-cu  il  aprel  dövründə  hökumətə  başçılıq  etmişdir.Avstriya  1922-ci 
ilin oktyabrında ABŞ-ın yardım planına qoşuldu və Cenevrə protokolunu imzala-
dı.  Bununla ölkədə iqtisadi sabitliyə  nail olmaq  mümkün  oldu.Lakin,20-ci  illərin 
ortalarında  başlanmış  yüksəliş  yenidən  aşağı  düşdü.Bu,Sosial-Demokrat  Partiya-
sının  nüfuzuna  ciddi  təsir  göstərdi.1922-ci  il  parlament  seşkilərində  sosial-de-
mokratlar41% səs əldə etdilər.Buna  görə  də 1923-1926-cı  illərdə  faşizmin sosial 
dayaqları möhkəmləndi və faşist təbliğatına geniş meydan açıldı.  
 
1927-ci  ilin  əvvəllərindən  başlayaraq  faşistlər  terror  fəaliyyətini  genişlən-
dirdilər.Belə  ki,həmin  ilin  yanvarın  30-da  kiçik  əyalət  şəhəri  Şattendorfda  nü-
mayişlər başlandı.Faşistlər  nümayişçilərə  atəş açdılar. Bir  fəhlə  və 8  yaşlı oğlan 
öldürüldü.Bir neçə insan isə yaralandı.İyulun 14-də burjua məhkəməsi faşist qəs-
dinə  bəraət  verdi.İyulun  15-də  Vyanada  etiraz  hərəkatı  başlandı.İyulun  17-də  24 
saatlıq  tətil  elan  edildi,  iyulun  18-də  isə  tətil  dayandırıldı.Bu  hadisələrdən  sonra 
burjuaziya hakimiyyətini qoruyub saxladı.1928-ci ilin aprelində Zeypel hökuməti 
istefa verdi.Onu Streruvitsi əvəz etməsinə baxmayaraq,sentyabrda Şober hökumət 
başçısı  oldu.Ölkədə  yeni  konstitusiya  1929-cu  ilin  dekabrında  qüvvəyə  mindi. 
Seçki hüququ 20 yaşdan 21 yaşa qaldırıldı, prezidentin hüquqları genişləndirildi, 
ölkədə faşist korporativ tipli dövlətin yaradılmasına başlanıldı.Parlamentdə üçün-
cü palata- Məşvətçi Şura formalaşdırıldı. 
 
1929-cu il dünya iqtisadi böhranı Avstriya iqtisadiyyatına da təsir göstərdi. 
Ölkədə ictimai-siyasi ziddiyyətlər kəskinləşdi,beynəlxalq münasibətlərdə dövlətin 
rolu zəiflədi. 
Avstriya XX yüzilliyin 30-cu illərində 
Avstriyanın  xarici  ticarəti  1931-ci  ildə  2,1  mlrd  şillinqədək  azaldı.Həmin 
ilin mayında hakimiyyətə E.Dolfus keçdi.O,Xristian-Sosial Partiyasının sağ lideri 
idi.1933-cü  ilmartn  15-də  Dolfus  dövlət  çevrilişinə  cəhd  göstərdi.O,parlamenti 


55 
 
buraxdı,söz,mətbuat,yığıncaq və demokratik azadlıqları ləğv etdi.Mayın 26-da isə 
Kommunist  Partiyasını  bağladı.Dolfus,həmçinin,1933-cü  ilin  iyununda  Milli-So-
sial   Partiyanı qadağan etdi,Xristan-Sosial Partiyası,katolik təşkilatları  və  Heyn-
ver Vətən Cəbhəsində birləşdilər. 
1934-cü  ilin  mayın  1-də  yeni  konstitusiya  qəbul  edildi.Bu,konstitusiyaya 
görə  Avstriyada  faşist  korporativ  dövləti  yaradıldı,fəhlələr  tamamilə  hüquqsuz 
vəziyyətə düşdülər.Həmin ilin iyulunda Hitler Avstriyanı işğal etməyə cəhd edir. 
Hitlerçilər  Dolfusu  öldürməyə  nail  olur.Lakin,bu  Avstriyanı  işğal  etməyə  imkan 
vermir.Yeni hökumətə Kurt Şuşniq başçılıq edir.1936-cı ilin iyulunda Avstriya və 
Almaniya hökumətləri arasında “Dostluq münasibətləri haqqında” saziş bağlanır. 
Bu müqavilə Avstriyada alman agentlərinin sayını artırır. 
1937-ci ilin sonunda alman-faşist mətbuatı Avstriyanın Almaniyaya birləş- 
dirilməsi  uğrunda  hərəkatı  geniş  şəkildə  yayır.Avstriya  nasistləri  “Bir  xalq,bir 
ölkə bir fürer” şüarı altında çısış edirdilər.Şuşninq hökuməti Milli-Sosialist Parti-
yasının fəaliyyətini dayandırdı və onun rəhbərləri həbs edildi. 
1938-ci il fevralın 12-də Şuşninq bütün milli sosialistlərin azad edilməsi və 
Zeyts-İnkvartın  ictimai  qaydalar  və  ictimai  təhlükəsizlik  naziri  təyin  edilməsi 
haqqında əmr aldı,Şuşninq bu əmrləri icra etdi. 
 
Eyni zamanda Şuşninq  xalq kütlələrinin bilavasitə təsiri altında  martın  13-
nə plebissit təyin etdi.Hitler tələb etdi ki,alman qoşunlarının Avstriyaya daxil ol-
masınadək Şuşninq istefa versin.Martın 11-də axşam Şuşninq radio ilə çıxış edə-
rək  xalqa  bəyan  etdi  ki,O,istefa  verir,ordu  və  xalq  alman  qoşunlarına  müqvimət 
göstərməsin.Yeni Avstriya  kansleri nasist Zeyts-İnkvart təyin edildi. 
Martın 12-də Hitler ordusu heç bir müqavimət göstərmədən Avstriyaya da-
xil oldu.1938-ci il martın 13-də Zeyts-İnkvart hökuməti yeni qanun qəbul etdi.Bu 
qanuna görə Avstriya “alman dövləti” elan edildi.Beləliklə,Avstriyanın Almaniya 
tərəfindən “anşlüs” ü başa çatdı. 
 
 
  


56 
 
Macarıstan 1918-1939-cu illərdə 
 
 
Birinci dünya müharibəsindən sonrakı ilk illərdə 
 Macarıstanın sosial-iqtisadi və siyasi vəziyyəti 
 
Birinci dünya müharibəsindən sonra Avstriya-Macarıstan imperiyasının da- 
ğılması  nəticəsindəyaranmış  dövlətlərdən  biri  də  Macarıstan  idi.1918-ci  ilin  okt- 
yabrında Macarıstanda etiraz hərəkatı kulminasiya həddinə çatdı.Oktyabrın 25-də 
Budapeştdə  bir  sıra  burjua  partiyalarının  və  Sosial-Demokrat  Partiyasının  nüma- 
yəndələri  Macarıstan  Milli  Şürası  yaratdılar,ki,onun  başçısı  Mixail  Karol  oldu. 
Oktyabrın 30-da Budapeştdə hərəkat başlandı.Kral Karolu baş nazir təyin etdi. 
Oktyabrın 31-də  Karol koalisiyalı hökumət təşkil etdi ki,bu hökumət Xalq 
Hökuməti adlandı.Noyabrın 16-da Macarıstan respublika elan edildi.1919-cu  ilin 
yanvarında  Macarıstan  Respublikasının  prezidenti  vəzifəsinə  Mixail  Karol  seçil-
di.Hökumət bir sıra dəyişikliklər  həyata keçirdi.Belə ki,ümumi seçki  hüququ,söz 
azadlığı,mətbuat və yığncaq azadlığı,habelə 8 saatlıq iş günü elan edildi. 
 
1919-cu  ilin  əvvəllərində  ölkədə  yeni  inqilabi  həyəcanlar  başlandı.Martın 
20-də Fransa hərbi missiyasının başçısı Budapeştdə macar hökumətindən tələb et-
di ki,Macarıstan ordusu Şərqi Macarıstan və Ukraynadan çıxarılsın,həmin torpaq-
ları rumın  və Çexoslovakiya qoşunları tutacaqdır.Martın 21-də Viks  istefa  verdi. 
Həmin  gün  Macarıstan  Sovet  Respublikası  elan  edilir.Şandor  Qarbai  hökumət 
başçısı,Bela Kun isə Xalq Xarici İşlər Komissarı təyin olunur.Çox keçmədən Ma-
carıstan  Sovet  Respublikası  üzərinə  Antanta  qoşunları  hücuma  başladı.Cənubi 
Macarıstandan Fransa qoşunları,Şərqdən rumın ordusu,Şimaldan isə Çexoslovaki-
ya  ordusu  hücuma  başladı.1919-cu  il  iyulun  20-də  başlanmış  hücum  əməliyyatı 
Qırmızı  Or duya  müvəffəqiyyət  gətirmədi.Avqustun 1-də Sovet  rəhbərliyi təslim 
oldu  və  beləliklə,Macarıstanda  Sovet  Respublikası  133  gün  müddətində  yaşadı. 
Noyabrın 16-da Budapeştdə M.Xortinin diktaturası quruldu. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə