Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

51 
 
du, orduda siyasi komissarlıq  yaradıldı.Bütün bunlar  xalq kütlələrinin  respublika 
hökumətini  müdafiə  etməsinə  səbəb  oldu.İngiltərə  və  Fransa  dövlətləri  isə  ən- 
ənəvi  “qarışmamaq”  siyasətini  davam  etdirdi,ABŞ  İspaniyaya  silah  göndəril-
məsinə  embarqo  qoydu.Bu,ölkədə  respublika  əleyhdarlarını  gücləndirdi.1937-ci 
ilin  mayın  3-dən  6-dək  Barselonada  hərbi  qiyam  baş  verdi.Eyni  zamanda  qiyam 
Kataloniyada  da  geniş  vüsət  aldı.Ancaq,bunlar  xalq  kütlələri  tərəfindən  müdafiə 
edilmədi.Bu  hadisələrdən  sonra  Larqo  Kabalyero  istefa  verdi.Yeni  hökuməti  isə 
sosialist Xuan Neqrin təşkil etdi. 
 
X.Neqrin hökuməti ölkə üçün vacib olan bir sıra islahatlar həyat keçirməsi-
nə baxmayaraq,alman və italyan qoşunlarının artması Frankonun hərbi qüvvəsini 
daha  da  gücləndirdi.Doğrudur,respublika  ordusu  bir  neçə  döyüşdə  o,  cümlədən 
1937-ci ilin  martında baş vermiş Qvardalaxar altında döyüşdə qalib gəldi.Ancaq, 
bu respublika ordusunun tam qələbəsi demək deyildi. 
 
1938-ci ilin aprelində müdaxiləçilər və qiyamçılar respublika ərazisinin iki 
hissəsini  ələ  keçirdilər.Kataloniya  ölkənin  Mərkəzi  və  Cənub  regionlarından  ay-
rıldı.1938-ci  ilin  sonu-1939-cu  ilin  əvvəllərində  isə  Kataloniya  işğal  olundu.Yüz 
minlərlə ispan Fransaya qaçdı.Bu,respublika üçün ağır zərbə idi.Respublika höku-
mətinin  nəzarəti  altında  140  min  km

torpaq  və  bu  torpaqlarda  yaşayan  9  mln. 
əhali  vardı.İri şəhərlər-Madrid, Valensiya,  Mursu  və digərləri  respublika tabeliyi 
saxlayırdı. 
 
Ancaq,Madrid şəhərini  müdafiə edən polkovnik  Kasado  və baş nazir Neq-
rin kifayət qədər güclü  müqavimət göstərmədi.1939-cu ilin martın 5-də respubli-
ka rəhbərliyi təslim haqqında danışıqlara başladı.Ölkədə etiraz hərəkatı başlanma-
sına  baxmayaraq,1939-cu  il  martın  28-də  respublika  ərazisi  frankistlərə  təslim 
edildi. İspaniya milli-azadlıq hərəkatının nəticəsində respublikada əhəmiyyətli də-
yişikliklər  baş  verdi.Kəndlilər  5,5  mln.ha  torpaq  sahəsi  əldə  etdi,iqtisadiyyatın 
planlaşdırılması həyata keçirildi.Kilsə dövlətdən ayrıldı . 
 
Milli məsələ də dostluq və əməkdaşlıq çərçivəsində həll edildi.Eyni zaman-
da həmin dövrdə ölkədə mədəni inqilab baş vermiş,10 mindən yuxarı yeni məktəb 
açılmış,500 min nəfər insan təhsil almişdı. 


52 
 
 
Həçinin,qadınlar  kişilərlə  bərabər  hüquqlar  alaraq  xalq  təsərrüfatının  ayrı-
ayrı  sahələrində  fəaliyyət  göstərdilər.Xose  Dias  yazırdı  ki,xalq  respublikası  döv-
ründə iri kapitalistlər,mülkədarlar dövlət aparatından uzaqlaşdırılmış,ölkədə xalq  
ordusu yaradılmışdı. 
Respublikanın məğlubiyyətinın başlıca səbəbi isə Franko tərəfindən 100  
mindən  italyan,alman  əsgər  və  zabitin  vuruşması  idi.Almaniya  frankoçulara  415 
mln.marka,İtaliya  isə  14  mlrd.vermişdi.Məğlubiyyətin  digər  səbəbi  İngiltərə, 
Fransa və ABŞ-ın İspaniya  respublikaçılarına yardım etməməsi idi.Bunlarala ya-
naşı  respublikanın  təslim  olmasının  daxili  səbəbləri  də  vardı.Belə  ki,burjua-res-
publika  partiyaları  sosial-siyasi  dəyişiklikləri  istəmir,qiyamçılarla  əməkdaşlıq 
yolları  axtarırdılar.Onlar  xalq  inqilabından  qorxurdular.Sosialist  partiyası  mü-
barizə  proqramını  sonadəkhəyatakeçirəbilmədi,partiyadaxili  ziddiyyətlər  kəskin 
xarakter aldı. 
Doğrudur,Sovet İttifaqı İspaniya Respublikasına silah-sürsat,mütəxəsis ba-
xımından  kifayət  qədər  yardım  göstərdi.1936-cı  ilin  oktyabrından  müharibənin 
sonunadək  2  mindən  çox  sovet  vətəndaşı  İspaniyada  xidmət  göstərdi.Onların 
arasında  mexaniklər,mühəndislər,həkimlər  və  tərcüməçilər  vardı.Müharibə  döv-
ründə  İspaniyada  800  sovet  təyyarəçisi,350  tankist,220  məsləhətçi  fəaliyyət  gös-
tərdi. 
Ümumiyyətlə,müharibə  İspaniyaya  ağır  zərbə  vurdu.Belə  ki,1  mln.insan 
həlak oldu,ölkə sosial-iqtisadi baxımdan kəskin böhranla qarşılaşdı.Buna görə də 
Sovet  İttifaqının  yardımları  və  ispanların  vətənpərvərliyinə  baxmayaraq,  res-
publika  məğlub  oldu.Hakimiyyətə  gələn  Franko  bütün  siyasi  partiyaları  qadağan 
etdi,respublikanın qanunvericilik qaydaları ləğv olundu.O,böyük səlahiyyətlər əl-
də  etdi.Belə  ki,Franko  dövlətin  və  hökumətin  başçısı  olmaqla  silahlı  qüvvələrin 
baş  komandanı  vəzifəsini  icra  etməyə  başladı.Franko,həmçinin,generalissimus 
rütbəsi  aldı.O,ilk  günlərdən  etibarən  maliyyə  oliqarxiyasının  hökmranlığını  güc-
ləndirdi, mülkədarların yüksək rütbəli zabitlərin səlahiyyətləri artırıldı. 
 


53 
 
Avstriya1918-1939-cu illərdə 
Avstriya-Macarıstan imperiyasının dağılması və  
Avstriyanın respublika elan edilməsi 
 Birinci  dünya  müharibəsi  Avstriya-Macarıstan  imperiyasına  ciddi  zərbə 
vurdu.Belə  ki,imperiya  4  mln.nəfər  itki  verdi.1918-ci  il  noyabrın  3-də  Habsburq 
monarxiyasının təslim haqqında aktı imzalaması ilə imperiya dağıldı və onun ye-
rində müstəqil dövlətlər meydana gəldi. 
1918-ci il noyabrın 12-də isə Avstriya respublika elan edildi.Dekabrın orta- 
larında sənaye fəhlələri üçün 8 saatlıq iş günü haqqında qanun verildi.1919-cu ilin 
fevralında  isə  Milli  Məclisə  seçkilər  keçirildi.Sosial-demokrat  partiyası  1,2  mln. 
səs əldə edrək 72 deputat mandatı qazandı.İkinci yeri Xristian-Sosial partiyası tut-
du.Milli  Məclisin  sədri  sosial-demokrat  Karl  Zeyts  seçildi.1919-cu  ilin  martında  
Karl Renner yenə koalision kabinet formalaşdırdı.Aprel ayında Milli Məclis dvor-
yan titullarını və rütbələrini ləğv etdi.Ancaq,sosial islahatlar məhdud xarakter da-
şıyırdı.1920-ci ilin iyununda Renner hökuməti istefa verdi.Yeni hökumət kabine-
tini Xristian-Sosial partiyasının liderlərindən olan Mayr təşkil etdi.Oktyabrın 1-də 
Avstriya  Respublikasının  konstitusiyası  qəbul  edildi.Konstitusiyaya  görə  ölkə 
federativ dövlət elan edilir və torpaqlara bölünürdü. 
Konstitusiya Avstriya parlamentini ikipalatalı parlament elan etdi.Aşağı pa- 
lataya 20 yaşından yuxarı vətəndaşlar seçilə bilərdi.Yuxarı palataya (federal şura) 
torpaqların  landtaqlarının  nümayəndələrindən  seçilməli  idi.Konstitusiya  burjua-
demokratik  azadlıqlar  verdi,ancaq,kilsə  dövlətdən  ayrılmadı.1920-ci  il  oktyabrın 
12-də  Milli  Şuraya  seçkilər  keçirildi.Seçkilərdə  Xristian-Sosial  Partiyası  böyük 
üstünlük  qazandı.Oktyabr  seçkilərindən  sonra  Sosial-Demokrat  Partiyası  federal 
hökumətin  tərkibindən  çıxdı.1920-ci  ilin  dekabrında  M.Xayniş  prezident  seçildi. 
Uzun müddət ölkənin siyasi həyatında Xristian-Sosial Partiyası aparıcı rol oynadı. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə