Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə


Macarıstan XX yüzilliyin 20-ci illərində



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

57 
 
Macarıstan XX yüzilliyin 20-ci illərində 
1921-ci ildə keçmiş macar kralı Karl Habsburq macar taxt-tacını ələ keçir-  
məyə  cəhd  etdi.Lakin,bir  tərəfdən  Kiçik  Antanta,digər  tərəfdən  isə  Xorti  Karlın 
bu  iddialarını  həyata  keçirməyə  mane  oldu.1921-ci  ilin  noyabrında  Şura  Habs-
burqların  hüquqlarını  macar  monarxına  verdi  və  beləliklə,Xorti  diktaturası  möh-
kəmləndirildi. 
Xorti,tezliklə,baş nazir postuna qraf İştvan Betleni təyin etdi.Betlen bir ne-
çə siyasi partiyanı bikrləşdirərək Birlik Partiyası yaratdı.1922-ci ildə ümumi seçki 
hüququ  ləğv  edildi.Fəhlələrin  istismarı  isə  genişləndirildi.Onlar  gün  ərzində  10-
12 saat işləyirdi.Real əmək haqqına görə Macarıstan Avropada sonuncu yerdə idi. 
Xorti diktaturasını möhkəmləndirən başlıca qüvvələrdən biri də katolik kil-
səsi  idi.Kilsə  böyük  topaq  sahələrinə  malik  olmaqla  ibtidai  və  orta  məlktəblərə 
nəzarəti həyata keçirirdi. 
Betlen hökuməti aqrar islahatlar həyata keçirdi.Həmin dövrdəMacarıstanda 
230 min kəndli torpağa malik idi.Aqrar islahat kəndlərdə kulak təsərrüfatını möh- 
kəmləndirdi.1924-cü ildə Macarıstan Millətlər Cəmiyyəti tərəfindən 250 mln qızıl 
kron məbləğində yardım aldı.Bu yardımların hesabına sənaye sahələrinin yüksəli- 
şini təmin etmək mümkün oldu.Xorti diktaturasının xarici siyasəti Trianon müqa-
viləsinin şərtlərinə yenidən baxılmasına əsaslanırdı. 
1925-ci  ilin  aprelində  ölkədə  faşist  diktaturasının  möhkəmləndiyi  şəraitdə 
yeni  inqilabi  partiya  yaradılmışdı.Bu  partiya Macarıstan-Sosialist  Fəhlə Partiyası 
adlanırdı.Partiya  Sosial-Demokrat  Partiyasının  sol  müxalifətçi  nümayəndələrin-
dən formalaşmışdı.MSFP-in proqramında konstitusion hüquq və azadlıqların bər-
pa  edilməsi,yaşayış  minimumunun  müəyyəşləşdirilməsi,8  saatlıq  iş  gününün  tət-
biqi  və digər  məsələlər aparıcı  yer  tuturdu.Tezliklə, partiyayerlərdə öz  hakimiy-
yətini möhkəmləndirdi. 
1925-ci ilin sentyabr ayında faşist hakimiyyəti Kommunist Partiyası və  
MSFR-nın  rəhbərliyinı  həbs  etdi  və  uzun  müddətli  məhkəmə  prosesi  başlandı. 
On-ların  bəziləri  azadlıqdan  məhrum  edildi,bəziləri  isə  bəraət  aldı.Bununla  belə 


58 
 
polis  təqibləri  bir  neçə  ay  davam  etdi.Nəhayət,MSFR  1928-ci  ildə  özünün  leqal 
fəaliy-yətini dayandırdı. 
1929-ci  ildə  başlanmış  dünya  iqtisadi  böhranı  Macarıstan  iqtisadiyyatına 
ciddi zərbə vurdu.Böhran dövründə ölkədə on  minlərlə kəndli təsərrüfatı dağıldı. 
İqtisadi böhran sinfi mübarizəni də kəskinləşdirdi.Xalq kütlələri faşist diktaturası-
na qarşı çıxış edir,onun devrilməsi  uğrunda  mübarizə aparırdılar.1930-cu  il sent-
yabrın  1-də  Budapeştdə  dünya  iqtisadi  böhranı  dövründə  ən  böyük  hərəkat  baş 
verdi. Bu, nümayişlərdə kommunistlər və sol sosial-demokratlar təşkilatı məsələ-
ləri  öz  üzərinə  götürmüşdü.150  min  nəfərin  iştirak  etdiyi  nümayiş  böyük  hadisə 
idi.Nümayişçilərin başlıca tələbi “Çörək və iş”,“İşçilərə kömək” şüarı adı altında 
onları  daha  da  birləşməyə  səfərbər  etdi.Faşist  hökümətinin  polis  və  jandarmı 
nümayişçilərə atəş açdı.Toqquşmalarda çoxlu sayda ölən və yaralalanlar oldu.Bu 
nümayişlər  ölkənin  digər  şəhərlərində  də  geniş  əks-səda  yaratdı.Sentyabrın  1-də 
qəbul  edilmiş  manifesti  250  minədək  insan  imzaladı.Tezliklə,  hərakat  kəndləri 
əhatə etməyə başladı. Kəndlilər vergiləri ödəməkdən imtina etdi. Hərəkat ölkənin 
hakim  dairələrinə  ciddi  təsir  göstərdi.Belə  ki,1930-cu  ildə  hökümətdə  təmsil 
olunan  Birlik  Partiyasından  təsərrüfatçıların  bir  hissəsi  ayrılaraq  Kiçik  Kəndli 
Təsərüfatı Partiyası adlı  yeni siyasi partiya yaratdı.Bu,partiya kəndlilərdən alınan 
vergilərin aşağı salınmasını tələb edirdi.  
 
Kiçik Kəndli Təsərüfatı Partiyasında solçu nümayəndələr birləşməsinə bax- 
mayaraq,rəhbəredici rol burjua-kulak elementlərinə məxsus idi. 
Macarıstan  XX yüzilliyin 30-cu illərində 
1931-ci ilin avqustunda Betlen höküməti 10 ildən artıq hakimiyyətdə qal-
 
dıqdan sonra istefa  verdi.Yeni  hökümət kabinetini D. Karol təşkil etdi.O,böhran- 
dan çıxmaq üçün bir sıra addımlar atmağa başladı.Belə ki,sosial xərclər  minimu- 
ma endirildi.Bu tədbirlər ölkədə yeni-yeni nümayişlərin başlanmasına səbəb oldu. 
Buna  görə  də  Karol  höküməti  polis  terrorunu  gücləndirdi.1932-ci  ilin  iyulunda 
polis  Kommunist  Partiyasının  rəhbərlərini,o  cümlədən  İmre  Şallai  və  Şandor 
Fyurştanı  həbs  etdi.Faşistlərin  Almaniyada  hakimiyyətə  gəlməsi  Macarıstanda 


59 
 
faşistləri gücləndirdi.1932-ci ilin sentyabrında general Qembeş Karol hökümətini 
əvəz etdi. 
Qembeş  hakim  partiyaları  Milli  Birlik  Partiyası  adı  altında  birləşdirməyə 
çalışdı. Partiya 1939-cu ildən Macarıstan Həyat Partiyası adlandı.Qembeş,həmçi- 
nin,Sosial-Demokrat  Partiyasını  və  həmkarlar  təşkilatlarını  bağlamağa  təşəbbüs 
göstərdi.Ancaq,bu  real  nəticələr  vermədi.1934-cü  ildə  yeni  faşist  partiyası  yara- 
dıldı.Bu  təşkilata  Hitler  Almaniyası  ilə  bilavasitə  əlaqəsi  olan  mayor  Salasi  rəh- 
bərlik edirdi. 
 
Bu  dövrdə  milli  mətbuat  Trianon  müqaviləsinə  yenidən  baxılmasını  vacib 
hesab edirdi.Tələb olunurdu ki, müqaviləyə əsasən Macarıstanın itirdiyi torpaqlar 
geri qaytarılsın.Həmin dövrdə Macarıstanın hərbi sənayesi və ordu sisteminin  ye- 
nidən qurulmasına başlanıldı.1936-cı ilin oktyabrında Qembeşin vəfatından sonra 
Kolmon  Daram  yeni  hökumət  kabineti  təşkil  etdi.1938-ci  ildən  etibarən  ölkədə 
hərbi proqram həyat keçirildi.Bu sahəyə 1 mlrd.penq vəsait ayrıldı. 
 
Nəzərdən keçirilən dövrdə Macarıstanda faşist Almaniyasının təsirinə qarşı 
mübarizə  gücləndi.Kominternin  VII  konqresində  Macarıstan  kommunistləri  Va-
hid Xalq Cəbhəsi yaratdılar.Onlar həmkarlar təşkilatları,Sosial-Demokrat Partiya-
sı  və  antifaşist  təşkilatları  ilə  əlaqələri  genişləndirdilər.Macarıstan  Kommunist 
Partiyası  Xorti  diktaturasına  qarşı  mübarizəni  daha  da  gücləndirdi.Belə  ki,vətən-
daş  müharibəsi  dövründə  İspaniyaya  qarşı  italiyan-alman  müadxiləsi  pislənildi. 
Beynəlmiləl  briqadanın  tərkibində  macar  batalyonları  da  vuruşurdu.Məhşur  ma-
car yazıçısı Matezalka  beynəlmiləl 12-ci briqadanın komandanıkimi döyüşdə hə-
lak oldu. 
 
Artıq,həmin dövrdə M.Xorti Hitler və Mussolininin Avropada və dünyanın  
başqa yerlərində apardıqları təcavüzkar  hərəkətləri  müdafiə edirdi.Bunun ən  mü- 
hüm  nəticələrindən  biri  1938-il  noyabrın  2-də  Vyana  arbitrajı  tərəfindən  Maca- 
rıstana  Slovakiyanın  cənub  rayonlarının  və  Zakarpat  Ukraynasının  verilməsi  idi 
ki,bu regionlarda 1 mln-dan artıq əhali yaşayırdı.1939-cu ilin martında isə Maca- 
rıstan  Zakarpat  Ukraynasını  işğal  etdi.Eyni  zamanda  Çexoslovakiya  Respublika- 
kasının süqutunda da xüsusi rol oynadı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə