Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

63 
 
edirdilər.Buna  baxmayaraq,Pilsudski  “Sanasion”  diktaturanı  gücləndirdi.Belə  ki, 
1930-cu ilin sentyabrında keçmiş baş nazir V.Vitos həbs edildi və Brest qalası- na 
atıldı.Həmin  ilin  noyabrında  növbəti  seym  seçkiləri  “Brest  seçkisi”  adını  aldı. 
Xalq kütlələri mövcud rejimə qarşı mübarizəni gücləndirməkdə davam edirdi.Pil- 
sudski rejimi isə faşit  ölkələri ilə ittifaqı möhkəmləndirdi.  
Polşa İkinci dünya müharibəsi ərəfəsində                    
 
1935-ci  ilin  aprelində  yeni  konstitusiya  qəbul  olundu  ki,bu  kostitusiyaya 
görə prezidentə böyük səlahiyyətlər  verildi.May ayında  isə ölkənin  faktiki dikta-
toru Pilsudski vəfat etdi.
 
1926-1935-ci  illərdə  Polşanın  xarici siyasəti antisovet  xarakteri daşımaqda 
idi.Polşada hesab edirdilər ki, ölkənin iki düşməni - Sovet İttifaqı  və  Almaniya-
dır.Ancaq,Sovet  İttifaqı  başlıca  düşmən  hesab  edilirdi.Yalnız,1932-ci  ildə  SSRİ-
nin  beynəlxalq  mövqeyi  dəyişdikdən  sonra  Polşa  və  SSRİ  arasında  ”hücum  et-
məmək haqqında müqavilə” bağlandı.1934-cü ildə isə Berlində Polşa və Almani-
ya  arasında  ”Güc  işlədilməməsinə  dair  bəyannamə”  imzalandı.Ancaq,bunlara 
baxmayaraq, münasibətlər gərgin olaraq qalırdı.
 
1938-ci  ilin  oktyabrında  Almaniya  Qdansk  və  Şərqi  Prussiya  torpaqlarını 
tələb  etdi.1939-cu  ilin  aprelində  Böyük  Britaniya  hökuməti  Polşanın  müstəqil-
liyinə təminat verdi.Eyni zamanda Hitler Almaniya-Polşa bəyannaməsindn imtina 
edir.Əslində,Polşa  müttəfiqsiz  qalır.Belə  ki,İngiltərə  və  Fransa  “Münhen  sazişi” 
nə  əsasən  bitərəf  dövlətə  çevrilmiş,Hitler  Almaniyası  və  Sovet  İttafaqı  isə  Pol-
şanın düşmənləri elan olunmuşdu. 
 
   
 
 
 Çexoslovakiya 1918-1939-cu illərdə
 
         Birinci dünya müharibəsindən sonra Çexoslovakiyanın  
                              sosial-iqtisadi və siyasi vəziyyəti 
Birinci  dünya  müharibəsi  illərində  Çexoslovakiya  torpaqlarının  resursları 
avstro-macar ordusuna xidmət edirdi.Avstriya-Macarıstan imperiyasının dağılma-
sı nəticəsində yaranmış dövlətlərdən biri də Çexoslovakiya Respublikası idi.Onun 


64 
 
ərazisi  140,4  min  km
2
,əhalisi  isə  13,6  mln  nəfərə  çatırdı.Onlardan  7  mln.  çex, 
2mln.slovak,3mln. alman,700 mini macar,500 mini isə ukraynalı idi.
 
           Çexoslovakiya  Respublikasının  prezidenti  vəzifəsini  isə  Tomaş  Masarik 
tutdu.İlk  hökumət  kabinetini  monarxist  K.Kramarj  təşkil  etdi.Hökumət  aşağı 
təbəqələrin bir sıra tələblərini yerinə yetirdi.Belə ki,seçki hüququ genişləndirildi,8 
saatlıq  iş  günü  tətbiq  edildi.1919-cu  il  iyunun  16-da  Slovakiya  Sovet  Respub 
likası  yaradıldı.1920-ci  ilin  fevralında konstitusiya  qəbul edildi  və ölkədə sosial-
iqtisadi  dəyişikliklər  həyata  keçirildi.Ölkənin  ali  qanunverici  orqanı  iki  palatalı 
Milli  Məclis  oldu.Prezidentin  səlahiyyət  müddəti  7  il  müəyyənləşdirildi.V.Tusar 
hökumət başçısı vəzifəsini icra etməyə başladı. 
                     Çexoslovakiya kapitalizmin nisbi sabitləşməsi və  
        dünya iqtisadi böhranı illərində 
1924-cü  ilin  əvvəllərində  başlanan  iqtisadi  yüksəliş  1926-cı  ildə  özünü 
daha  aydın  surətdə  göstərdi.  Çexoslovakiya  Mərkəzi  və  Şərqi  Avropada  sürətlə 
inkişaf  edən dövlətə  çevrildi. Ölkə  iqtisadiyyatında xarici kapital-fransız,ingilis 
və  amerikan  kapitalı  hökmranlıq  edirdi.Çex  fəhlələrinin  əmək  haqqı  xarici  öl- 
kələrin fəhlələrinin əmək haqlarından aşağı idi.
 
          1929-cu  ildə başlanmış dünya  iqtisadi böhranı Çexoslovakiya təsərrüfatına 
ciddi təsir göstərdi.1930-cu ildə başlanan böhran 1933-cü ilin yazında daha da də-
rinləşdi.Böhran  illərində  sərhəd  bölgələri,xüsusilə,ağır  vəziyyətlə  qarşılaşdı.İqti- 
sadi  böhran  inqilabi  situasiyanı  dərinləşdirdi.Almanlar,macarlar,slovaklar  və 
ukraynalılar  Çexoslovakiya  Respublikasına  qarşı  mübarizəni  gücləndirdilər.  Bu, 
Kommunist Partiyasının fəaliyyətini genişləndirdi. 
Çexoslovakiya İkinci dünya müharibəsi ərəfəsində
 
1934-cü  ilin  sonlarında  partiya  faşizmə  qarşı  mübarizəni  bütün  istiqamət- 
lərdə möhkəmləndirdi.1935-ci ilin  mayında keçirilmiş növbəti parlament seçkilə- 
rində  faşist  partiyaları  böyük  üstünlük  qazandılar.Həmin  ilin  dekabrında 
keçirilmiş  prezident  seçkilərində  Eduard  Beneş  prezident  seçildi  ki,O,Masarikə 
yaxın nümayəndələrdən biri idi. 


65 
 
          1933-1935-ci illərdə ölkədə müxtəlif məsələlərə dair fikir ayrılıqları yaran- 
dı.Belə  ki,  demokratik  azadlıqların  ləğv  edilməsi,Almaniya  ilə  əməkdaşlığın  ge- 
nişləndirilməsi və burjua-demokratik quruluşun saxlanılması aparıcı məsələlərdən 
idi.1934-cü  ilin  iyununda  Avropanın  sonuncu  dövlətlərindən  biri  kimi  Çexos- 
lovakiya SSRİ ilə diplomatik münasibətlər qurdu.1935-ci il mayın 16-da SSRİ və 
Çexoslovakiya arasında sovet-fransız müqaviləsi nümunəsində saziş bağlandı.An-
caq,Fransada  Çexoslovakiyanın  xarici  siyasətində  baş  verən  dəyişikliyə  reaksiya 
verilmədi.Çexiya  burjuaziyzsı,faşist  partiyaları  müqaviləyə  qarşı  çıxış  etdilər  və 
Almaniya ilə münasibətlərin möhkəmləndirilməsi xəttini müdafiə etdilər.Ölkənin 
xarici  siyasətini  öz  əlində  saxlayan  Aqrar  Partiya  SSRİ  ilə  əməkdaşlığa  qarşı  çı- 
xır,faşist dövlətləri-Almaniya və İtaliya ilə əlaqələrin inkişaf etdirilməsini məqbul 
hesab edirdi. 
          1935-ci ildə ölkədə antifaşist mübarizənin önündə Kommunist Partiyası du-
rurdu.Partiya bütün demokratik qüvvələrin antifaşist Xalq Cəbhəsini yarada bildi. 
Xalq Cəbhəsinin proqramında göstərilirdi ki,əsas sənaye sahələri  milliləşdiriməli, 
fəhlələrin istehsal üzərində nəzarəti,iri maliyyə,aqrar və sənaye kapitalının hökm- 
ranlığı  ləğv  edilməlidir.Xalq  Cəbhəsi  həyat  səviyyəsinin  yüksəldilməsi  uğrunda 
mübarizə  aparırdı.Eyni  zamanda  antifaşist  çıxışları  gücləndirir  və  İspaniya  res-
publikaçılarını  müdafiə  edirdi.Ölkə  prezidenti  Beneş  isə  faşizmlə  əməkdaşlıq- 
yolları    axtarırdı.1936-cı  ilin  sonu-1937-ci  ilin  əvvəllərində  Beneş  Hitlerin  emis 
sarı  ilə  gizli  danışıqlara  başladı  və  bununla  sovet-çex  müqaviləsindən  imtina 
etdi.Tezliklə,Almaniya  ilə  “hücum  etməmək  haqqında”  müqavilə  imzalandı  və 
Çexoslovakiyanın təhlükəsizliyi “təmin edildi”. 
          Avstriyanın işğalından sonra Hitler Çexoslovakiyanın işğal planını hazırla- 
dı.Bu  istiqamətdə   ona   Henleynin   Faşist   Partiyası   kömək etdi.Belə ki,1938-ci  
ilin  aprelində  Henleyn  sərhədyanı  torpaqlarda  yaşayan  əhalinin  muxtariyyətinə 
dair  direktiv  tərtib  etdi.Tezliklə,alman  və    polyak  qoşunları  Çexoslovakiya  sər-
hədlərinə  doğru  irəlilədilər.Ancaq,ölkədə  xalq  hərəkatı  gücləndi  və  1938-ci  il 
mayın  21-də  Çexoslovakiya  hökuməti  səfərbərlik  elan  edir.Hitler  və  onun  agen- 
turası ölkə ərazisindən çıxarılır.1938-ci  il  sentyabrın  21-də Qoci  hökuməti  İngil- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə