Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

39 
 
torpaq  latifundiyaçılara  məxsus  idi.Sənaye  zəif  inkişaf  etmiş  və  fəhlə  sinfi  çox 
deyildi. 
 
Müharibənin nəticəsində İtaliya xalqı 200 min nəfər itirdi,1,5 mln nəfər isə 
yaralandı.Müharibə  İtaliyaya  65  mln-a  başa  gəldi.İtaliyanın  daxili  və  beynəlxalq 
vəziyyəti hələ də mürəkkəb olaraq qalırdı.Belə ki,1920-ci ilin ikinci yarısında İta- 
liyada iqtisadi böhran başlandı.10 minlərlə müəssisə və ticarətçi iflasa uğradı,100 
min  fəhlə  küçələrə  atıldı.Digər  tərəfdən  isə  İtaliya  beynəlxalq  aləmdə  bir  sıra 
ciddi  uğursuzluqlara  düçar  oldu.Paris  sülh  konfransında  ölkənin  hakim  dairələri 
iddialarını  həyata  keçirə  bilmədilər.Belə  ki,onlar  nə  Dalmsiyaya,nə  Valona  və 
İzmirə, nə də digər ərazilərə sahib ola bilmədilər.1919-cu ilin mayında İtaliyanın 
İzmiri işğal etmək cəhdi heç bir nəticə vermədi.Fimun işğal edilməsi cəhdi nəticə- 
siz qaldı.Ha- belə, İtaliya imperialistləri Albaniyadan da çıxdılar. 
 
İtaliya  dvoryan-burjua  blokunun  beynəlxalq  arenada  müvəffəqiyyətsizliyi 
ölkənin  daxili  vəziyyətinə  ciddi  təsir  göstərdi.Belə  ki,hakim  dairələrin  siyasətin- 
dən  təkcə  fəhlələr  və  kəndlilər  deyil,həmçinin,xırda  və  orta  burjuaziyanın  geniş 
dairələri  narazı  qaldılar.1919-cu  ilin  əvvəllərində  etiraz  hərəkatı  gücləndi.Hərə- 
katın mərkəzi Milan,Turin,Genuya və Şimali İtaliyanın digər şəhərləri idi.Fəhlə- 
lələr 8 saatlıq iş günü və əmək haqlarının artırılmasını tələb edirdilər.1919-cu il 
hərəkatında  1,7  mln.fəhlə  iştirak  edirdi.Həmin  dövrdə  sosialist  partiyasının  sıra- 
ları da artmağa başladı.Belə ki,1914-cü ildə partiyanın 49 min üzvü olduğu halda, 
1920-ci  ildə  üzvlərin  sayı  216  minə  çatmışdı.Ümumi  Əmək  Federasiyasında  isə 
1913-cü ildə 327 min üzv vardısa,1920-ci ildə bu rəqəm 2,3mln nəfər olmuşdu. 
 
Köhnə siyasi partiyalar xalq kütlələri arasında  böyük nüfuz qazansalar da, 
müharibədən  sonrakı  dövrdə  onların  siyasi  təsiri  tamamilə  heçə  enmişdi.Buna 
görə də burjuaziya yeni siyasi partiyalar yaratmağa təşəbbüs göstərdi.1919-cu ilin 
yanvarıında  Katolik  Xalq  Partiyası  yaradıldı.İnqilabi  hərəkatlara  qarşı  mübarizə 
aparan siyasi partiyalar arasında  Faşist  Partiyası böyük  nüfuza  malik  idi.Belə ki, 
1919-cu  ilin  martında  avantürist  Benito  Mussolini  “döyüşçü  qrup”  yaratmışdı. 
Onun yaratdığı bu təşkilat sonralar Faşist Fartiyasının əsasını təşkil etdi.Tezliklə, 
faşist təşkilatı sənayeçilərdən, bankirlərdən və mülkədarlardan güclü maliyyə yar- 


40 
 
dımı  aldı.Faşistlər,həmçinin,  sosial  demoqogiya  ilə  çıxış  edirdilər.Belə  ki,onlar 
istehsalat üzərində fəhlə nəzarətinin qoyulması və kəndlilərin torpaqla təmin edil- 
məsini  tələbini  irəli  sürürdülər.Eyni  zamanda  faşistlər  milli  hissləri  qızışdırır  və 
beləliklə,“Böyük İtaliya” yaradılmasını istəyirdilər. 
 
1919-cu  ilin  iyununda  Orlando  hökuməti  istefa  verdi.Yeni  hökuməti  sol 
burjua lideri Françesko Nitti formalaşdırdı.O,8 saatlıq iş günü,müharibə dövründə 
fərarilik  etmiş  əsgərlərə  amnistiya  elan  etdi,kəndlilərin  torpaqla  təmin  edilməsi 
üçünkomissiya  yaratdı.Ancaq,bu  tədbirlərkağız  üzərində  qaldı.1919-cu  iliin  no-  
yabrında    İtaliyada  parlament  seçkiləri  keçirildi.Seçkilərdə  sosialist  partiyası  1,8 
mln.səs qazanarq 156 deputat yeri əldə etdi.Katolik Xalq Partiyasına 1,2 mln. səs 
verildi  ki,bu,  parlamentdə  100  mandat  demək  idi.Faşistlər  seçkilərdə  iştirak  
etsələr də heç bir mandat qazana bilmədilər. 
 
1920-ci  ildə  İtaliyada  fəhlə  və  kəndlilərin  böyük çıxışları baş  verdi.Həmin 
ildə  etiraz  hərəkatında  2,3  mln  insan  iştirak  edirdi.Şimali  İtaliyanın  Turin,Milan 
və  digər  şəhərlərində  fabrik-zavod  sovetlərinin  yaradılması  uğrunda  hərəkat 
gücləndi.Hərəkata  sol  sosialist  Qramşı  rəhbərlik  edirdi.1920-ci  ilin  aprelində 
Turin  və  digər  şəhərlərdə  fabrik-zavod  sovetlərinin  ləğv  edilməsinə  təşəbbüs 
göstərilsə də,buna 11 gün davam edən etiraz nümayişləri ilə cavab verildi. 
 
1920-ci ilin iyununda Nitti hökuməti böhranla qarşılaşdı.Yeni hökumət ka- 
binetini Liberal Partiyanın liderlərindən olan C.Colitti təşkil etdi.Ancaq,bu höku- 
mət inqilabi həyəcanların qarşısını ala bilmədi.Milan,Turin və digər Şimali İtaliya 
şəhərlərinin  fəhlələri  hökumətin  siyasətinə  qarşı  fabrik-zavodların  tutulması  ilə 
cavab  verdilər.1921-ci  ilin  yanvarın  21-də  isə  İtaliya  Kommunist  Partiyası  yara- 
dıldı.Həmin  ilin  payızından  İtaliyada  faşist  təhlükəsi  artmağa  başladı.Faşistlər 
sosial və milli demoqogiya ilə şəhər və kənd xırda burjuaziyasının bir hissəsini öz 
tərəfinə çəkdi.Tezliklə,ölkədə faşist terroru gücləndi.1921-ci ilin aprelində Colitti 
faşistləri müdafiə etdiyini bildirdi. 
 
1921-ci ilin  mayında Sosialist Partiyası parlament seçkilərində birinci yerə 
çıxdı.Seçkilərdə  1,6  mln  səs  əldə  edən  sosialistlər  123  mandat  qazandılar.Kom- 
munist  Partiyası  300  min  səs  almaqla  15  mandata  sahib  oldu.İkinci  yerə  çıxan 


41 
 
Katolik  Partiyası  1,3  mln  səs  əldə  etməklə  108  mandata  yiyələndi.Faşistlər  35 
mandat qazanmaqla parlamentdə sonuncu yerlə kifayətləndilər. 
Faşist diktaturasının yaradılması 
 
1922-ci  il  avqustun  1-də  “Əmək  ittifaqı”  antifaşist  tətil  qaldırdı.Ancaq,bu 
tətil  avqustun  3-də  başa  çatdı,  “Əmək  ittifaqı”  isə  dağıldı.1922-ci  ilin  payızında 
faşistlər  Milan  və  Bolonyada  idarəçilik  aparatında  mühüm  mövqe  tutdular.Tos- 
kona vəLombardiyada isə idarəşilik orqanlarını ələ keçirdilər.1922-ci il oktyabrın 
27-28-də faşistlər “Roma üzərinə yürüş” təşkil etdilər.Yürüş burjuaziya və dövlət 
aparatı  tərəfindən  müdafiə  edildi.Kral  III  Viktor-Emmanuel  faşist  rəhbəri  Mus- 
solininin  tələbi  ilə  Baş  Sənaye  Konfederasiyasına  teleqram  göndərdi.Kral  föv-
qəladə vəziyyət elan etməkdən imtina etdi.Fakt kabineti istefa verdi və Mussolini 
yeni hökumət kabineti təşkil etdi. 
 
1922-ci  il  oktyabrın  31-də  Mussolini  koalisiyalı  hökumət  formalaşdırdı. 
Başlıca  postları  faşistlər  əldə  etdilər.İkinci  dərəcəli  postlarda  isə  liberallar,  kato- 
liklər  və  monarxistlər  möhkəmləndilər.İtaliyada  mövcud  olan  siyasi  partiyalar 
(burjua) faşistlərin hakimiyyətə gəlməsinə etiraz etmədilər.Sosialist ruhlu partiya- 
ların reformist liderləri Mussolininin rəhbərliyi altında hökumət təşkil edilməsini 
razılıqla qarşıladılar.Yalnız Kommunist Partiyası faşistlərə qarşı mübarizə apardı. 
 
Mussolini  hökuməti  1919-1920-ci  illərdə  fəhlələrin  qazandıqları  nailiyyət- 
lərə son qoydu.Belə ki, 8 saatlıq iş günü ləğv edildi,əmək haqq aşağı salındı,həm-  
karlar  təşkilatların  hüquqları  məhdudlaşdırıldı.  Mülkədar  torpaqlarından  kəndli- 
lərə  verilməsi  dayandırıldı.1923-cü  ilin  fevralında  faşist  hökuməti  Kommunist 
Partiyasının  rəhbərlərini    həbs  etdi.1924-cü  ildə  kommunistlər  “  Unita  ”  (birlik) 
adlı qəzet nəşr etdirdilər. 
 
Faşistlərin xarici siyasəti də apressiv xarakter aldı.1923-cü ilin avqustunda 
Korfu  adasının  Yunanıstandan  geri  alınmasınaa  təşəbbüs  göstərildi.Ancaq,bu  tə- 
şəbbüs heç bir nəticə vermədi.1923-cü ildə İtaliya faşistləri Fiumu işğal etdi. 
 
Xalq kütlələrinin təsiri altında Mussolini hökumətinə qarşı müxalifət təşkil 
edildi.Bu  müxalifətə  sosialistlər  rəhbər  etməyə  başladılar.Onlar  sosialist  Sorrati- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə