Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

27 
 
insan  iştirak  edirdi.Tezliklə,hərəkata  mədənçilər,metallistlər  və  digər  sahələrin 
fəhlələri  qoşuldular.Hərəkatda  iştirak  edənlərin  sayı  1,5  mln.nəfəri  keçdi.Tez- 
liklə,tətil  hərəkatı  siyasi  xarakter  aldı.Belə  ki,hərəkatçılar  burja-mülkədar  Polşa- 
sının  Sovet  Rusiyasına  qarşı  müdaxiləsini  pislədilər.Ancaq,mayın  15-də  Ümumi 
Əmək Konfedrasiyası qərar  verdi ki,fəhlələr tətili dayandırmalı  və  işə başlamalı- 
dırlar.Ancaq,dəmiryolçular  buna  tabe  olmalıdılar  və  yalnız  may  ayının  sonunda 
işə qayıtdılar.Bundan sonra hökumət dəmiryolçulara qarşı represiyalar tətbiq etdi 
və 22 minədək dəmiryolçu işdən azad edildi.Ümumiyyətlə,1920-ci ilin may hərə- 
katı Fransa tarixində fəhlələrin mübarizəsi kimi qalmışdır. 
Bu dövrdə Fransa Kommunist İnternasionalının bölməsi kimi fəaliyyət gös- 
tərən sosialist partiyası 1921-ci il yanvarın 1-dən Fransa Kommunist Partiyası ad- 
landı.Həmin  illərdə  Kommunist  Partiyasında  130  min  üzv  birləşmişdi.Partiyanın 
rəsmi mətbu orqanı 1904-cü ildən Jan Joresin redaktorluğu ilə nəşrə başlayan “Hu 
manite”qəzet  oldu.1922-ci  ildə  həmkarlar  ittifaqlarının  sol  dairələri  Ümumi 
Əmək  Konfederasiyasının  sıralarından  çıxaraq  Unitar  Ümumi  Əmək  Konfedera- 
siyası yaratdılar. 
Həmin  dövrdə  hakimiyyətdə  olan  “Milli  blok”  Almaniyaya  qarşı  təcavüz- 
kar  siyasəti  davam  etdirməkdə  idi.Bu,militarist  və  şovunist  Puankarenin  1922-ci 
ilin yanvarında hakimiyyətə gəlməsi ilə kəskin xarakter aldı.Həmin dövrdə Alma- 
niyadan daş kömürün gətirilməsi böyük əhəmiyyət daşıyırdı.Buna görə də Fransa 
monopolistləri zəngin kömür yataqları olan Rur vilayətini ələ keçirməyə çalışırdı- 
lar.1923-cü ilin yanvarında Fransa Belçika ilə birlikdə Rur vilayətini  mühasirəyə 
aldı.Lakin,Rur vialyətində  yerləşən fransız əsgərləri alman fəhlələri ilə qardaşlaş 
dılar.Buna görə də Rurun işğalı heç bir nəticə vermədi. 
Kapitalizmin nisbi sabitləşməsi dövründə Fransanın iqtisadi 
                                   və siyasi vəziyyəti 
1924-cü ilin mayında Fransada yeni parlament seçkiləri keçirildi.Bu seçki-  
lərdə  xırda  burja  partiyaları,  o  cümlədən  radikallar  və  sosialistlər  “Sol  blok”  adı 
altında  iştirak  edirdilər.”Sol  blok”  da  aparıcı  sol  radikallara    məxsus  idi.  ”Sol 


28 
 
blok”  un  seçki  proqramında  Rurun  evakuasiyası,Sovet  İttifaqı  ilə  diplomatik 
münasibətin  bərpa  edilməsi  tələb  olunurdu.  Daxili  siyasətdə  “Sol  blok”siyasi 
amnistiyalar  verilməsi  və  inflyasiyanın  dayandırılasını  tələb  edirdi.1920-ci  ilin 
payızında prezident postunu tutan Milyeran radikalların hökumət kabineti forma- 
laşdırmasına  mane  olsada,  müvəfəqiyət  qazana  bilməyib  istefa  verdi.Hakimiy- 
yətə  Eduard  Errionun  sol  burjua  hökuməti  keçdi  ki,  bu  hökumət  də  başlıca  rol 
radikallara  məxsus  idi.  Sosialistlər  hökumətin  tərkibinə  daxil  olmalıdılar,  lakin, 
onu müda fiə etdilər. Ölkə prezidenti vəzifəsinə sağ radikal Q.Dumerk seçildi. 
Eduard  Errio  siyasi  aminitsiya  elan  etdi,1920-ci  idə  tətil  etmiş  dəmiryol- 
çuların  böyük  hissəsi  yenidən  işlə  təmin  olundu.Bundan  başqa  hökumət  yaşayış 
tikililəri  üçün  300  mln  frank  ayırdı.Xarici  siyasətdə  isə  ən  mühüm  addım  Sovet 
İttifaqını  tanımaq  və  onunla  diplomatik  münasibətlər  qurmaq  oldu.Tezliklə,  Rur 
vilayəti evakuasiya olundu,burjuaziyanın siyasi hakimiyytəi möhkəmləndi. 
Fransada  kapitalizmin  nisbi  sabitləşməsinın  özünəməxsus  xüsusiyyətləri 
vardı.Belə  ki,pambıqtəmizləmə  və  ipəkçilik  sahələri  tənəzzül    etmiş,lakin,ağır  
sənaye  sahələri  yüksəliş  dövrünü  keçirirdi.Hələ  bu  sahədə  müharibəyə  qədərki 
səviyyə  əldə  edildi.Ölkənin  ağır  sənayesi  üçün  xammal  mənbələri  bərpa  olundu. 
Sənaye istehsalı artdı ki,bu da nəticə etibarı ilə 1933-cü ildə sənaye məhsullarının 
istehsalının  1913-cü  il  səviyyəsindən  140%  artmasına  səbəb  odu.Fransanın  milli 
valyutası  frank  xeyli  inflyasiya  etmişdi.Belə  ki,1926-cı  ilin  yanvarında  1$  26,5 
franka  bərabər  olduğu  halda,həmin  ilin  iyulunda  bu  rəqəm  40,9  franka  çatmıdı. 
Hələ1925-ci ildə iri kapitalın məhdudlaşdırılmasına cəhd edən Eduard Errio istefa 
vermiş,onu  P.Penleve  və  daha  sonra  Aristid  Brian  əvəz  etmişdi.”Sol  blok” 
hökumətinin  yeritdiyi  siyasət  Mərakeşdə  milli-azadlıq  hərəkatını  gücləndirdi. 
Fransa  və  İspaniyanın  birləşmiş  qoşunları  Rif  republikasını  ləğv  etdi.Həmin 
dövrdə Rif Respublikasının başçısı  Abdalkərim idi. 
1925-ci ilin payızında Suriya da kolonial müharibəyə qarşı çıxış etdi.Fransa  
qoşunlarının  Mərakeş  və  Suriyadakı  hərbi  əməliyyatlarının  qarşısını  almaq 
məqsədilə  ölkədə  geniş  hərəkat  başlandı.Ancaq,hərəkat  iştirakçıları  tezliklə  həbs 
olundu.1926-cı  ilin  iyulunda  Puankare  hakimiyyətə  qayıtdı  və  “Milli  birlik” 


29 
 
hökumətini  formalaşdırdı.Yeni  hökumət  dövlət  borclarını  və  müharibə  əlilləri 
üçün  pensiyaları  ixtisar  etdi.1928-ci  ilin  aprelində  keçirilmiş  parlament  seçki- 
lərində  sağ  partiyalar  böyük  nüfuz  qazandılar.1929-cu  ilin  iyulunda  Puankare 
istefa verdi,sağ liderlər Tarde və Laval isə bir-birini əvəz etdi.Belə şəraitdə burjua 
dairələri fəhlə kütlələri- nə qarşı mübarizə aparmaq məqsədilə müxtəlif təşkilatlar 
yaratdılar.Bu  baxımdan  1927-ci  ildə  polkovnik  De-Lya  Rokun  başçılığı  altında 
formalaşdırılmış  “Vuruşan  xaçlar”  adlı  hərbi  təşkilatı  xüsusi  göstərmək  olar. 
Təşkilat  Fransa  faşizminin  kadrlarını  hazırlayırdı  ki,hakim  burjua  dairələri  belə 
təşkilatlardan  ayrı-ayrı  fəhlə  qruplarına  qarşı  mübarizəvasitəsi  kimi  istifadə  et- 
məyi nəzərdə tuturdu. 
Dünya iqtisadi böhranının Fransanın  
 sosial-iqtisadi və siyasi vəziyyətinə təsiri 
1929-cu  ildə  başlanan  dünya  iqtisadi  böhranı  özünü  Fransanın  sosial-
iqtisadi  həyatında  1930-cu  ildə  göstərdi.Ancaq,böhran  kapitalist  ölkələrindən 
fərqli olaraq Fransada 1935-ci ilədək davam etdi.Həmin ildə sənaye məhsullarının 
istehsalı  1913-cü  illə  müqayisədə  67,4%-dək  aşağı  düşmüşdü.İpək  istehsalında 
isə  bu  rəqəm  44%-dək  təşkil  edirdi.İqtisadi  böhran  dövründə  ölkədə  1  mln-dək 
işsiz  vardı.Böhranın  dərinləşməsi  sosial  ziddiyətləri  daha  da  gücləndirdi.1932-ci 
ildə mindən çox kəndli vergilərin artırılmasına qarşı etirazla çıxış etdi.Belə şərait 
də  Fransanın  beynəlxalq  vəziyyəti  də  gərginləşdi.Hitler  Almaniyası  Fransaya 
qarşı təbliğatı gücləndirdi və siyasi qarşıdurmanı kəskinləşdirdi. 
1932-ci ilin mayında Fransada parlament seçkiləri keçirildi.Seçkilərdə radi- 
kallar  və  sosialistlər  böyük  üstünlük  qazandılar.Sağ  partiyaların  təbliğatı  heç  bir 
nəticə  vermədi.Tardyekabineti  istefa  verdi.Yeni  hökumət  kabinetini  isə  radikal- 
ların lideri Eduard Errio formalaşdırdı. E.Errio sağların antisovet kompaniya-  
sından imtina etdi.1932-ci ilin noyabrında Fransa ilə SSRİ arasında “hücum et-  
etməmək  haqqında”  müqavilə  imzalandı.Bundan  sonra  Sovet-Fransa  ticarət  əla- 
qələri geniş xarakter aldı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə