Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

36 
 
1931-ci  ildə  Yaponiya  Mancuriyaya  soxulur.Tezliklə,ABŞ  imperializmi 
Sovet  İttifaqına  qarşı  müharibə  təhlükəsini  gücləndirir.Ancaq,Yaponiya  mühari- 
bənin  istiqamətini  Şimaldan  Cənuba  keçirir.Bu,ABŞ-yapon  ziddiyyətlərini  güc- 
ləndirir. 
Latın Amerikası regionunda isə ABŞ-ın İngiltərə ilə ziddiyyətləri kəskinlə-  
şir.Hər  iki  dövlət  Latın  Amerikası  ölkələri  olan  Peru  və  Kolumbiya,habelə,Boli- 
viya və Paraqvay arasında konfliktlərin güclənməsində fəal iştirak edirdi. 
                            
F.D.Ruzveltin “Yeni kursu”, 
                          onun sosial-iqtisadi və siyasi mahiyyəti 
1932-ci ildə keçirilmiş prezident seçkilərində Demokratlar partiyasının na- 
mizədi  F.Ruzvelt  parlaq  qələbə  qazandı.O,1882-ci  ildə  zəngin  ailədə  doğulmuş, 
Harvard  Universitetini  bitirmiş,Kolumbiya  Universitetinin  hüquq  fakultəsində 
oxumuşdu.1913-1920-ci  illərdə  dəniz  nazirinin  köməkçisi  işləmişdi.1928-1930-
cu  illərdə  Nyu-York  ştatının  qubernatoru  seçilmişdi.Bu  illərdə  o,beynəlxalq 
şəraiti dərindən öyrənir,amerika xalqının əhval-ruhiyyəsini ciddi təhlil edirdi.Bu- 
na görə də hakimiyyətə gəldiyi ilk gündən etibarən yeni siyasi nəzəriyyə hazırla- 
mağa  başladı.Tezliklə,bu  nəzəriyyə  hazır  oldu  və  “Yeni  kurs”  adlandırıldı.Onun 
mahiyyəti ondan  ibarət  idi ki,dövlət  monopolist kapitalizmi  möhkəmləndirildi.İri 
banklar dövlətdən maliyyə yardımı aldı,sənaye sahələri,ticarət və nəqliyyat kom- 
paniyaları dövlətdən ssuda aldılar. 
        İqtisadiyyatın idarəçiliyi sahəsində xüsusi qanun “Sənayenin bərpası haqqın- 
da milli akt” qəbul olundu.Bu qanuna görə,bütün sənaye 17 qrupa bölündü,isteh- 
salın  həcmi  müəyyənləşdirildi,qiymətlər  dəqiqləşdirilidi,əmək  haqqlarının  səviy- 
yəsi göstərildi. 
Qanunun 7-ci maddəsinin “a” bəndinə görə həmkarlar təşkilatlarında fəhlə- 
lərin hüquqları bəyan edildi və onların kollektiv  müqavilələr bağlaması müəyyən 
olundu.“Kənd təsərrüfatın tənzimlənməsi administrasiyası” adlı xüsusi qanun qə- 
bul  edildi.Bu  qanuna  əsasən  boş  torpaqlar  istisar  olundu,heyvandarlıq  sahəsi 
möhkəmləndirildi.Fermerlər  kifayət  qədər  konpensasiyalar  aldı  ki,bununla  kənd 


37 
 
təsərrüfatında yüksəliş başlandı,7 mln.ha.torpaq yararlı hala düşdü.Eyni zamanda 
işsizliyin  aradan  qaldırılmasına  təşəbbüs  göstərildi,milyondan  artıq  adam  işlə 
təmin  edildi.Bununla  belə  işsizlik  hələ  də  qalmaqda  idi.Dövlət  monopolist 
kapitalizmi  möhkəmləndirildi.1935-ci  ildə  isə  “Əmək  münasibətləri  haqqında 
akt”  qəbul  edildi  ki,bu  tarix  ədəbiyyatlarında  “Vaqner  qanunu”  adlanır.Qanuna 
əsasən  fəhlələrin  həmkarlar  təşkilatlarında  hüquqları  məhdudlaşdırıldı,  kollektiv 
müqavilələrin bağlanması ləğv edildi. 
1935-ci  ilin  avqustunda  fəhlə  hərəkatının  təsiri  altında  ABŞ  tarixində  ilk 
dəfə  olaraq  sosial  vəziyyətin  tənzimlənməsi  haqqında  qanun  qəbul  olundu.Bu 
qanuna görə 65 yaşdan yuxarı fəhlələrə pensiya verilməli idi.1938-ci ilin iyunun- 
da isə konqres “Əmək haqqı minimumu haqqında” qanun qəbul etdi. 
                             İkinci dünya müharibəsi ərəfəsində  
                                 ABŞ-ın daxili və xarici siyasəti 
1936-cı ildə Ruzvelt ikinci dəfə prezident vəzifəsinə seçildi.O,respublikaçı- 
ların  namizədi A.Lendonun üzərində qələbə qazandı.1937-ci ilin  martında ABŞ-
da sənaye istehaslının həcmi 1929-cu il səviyyəsi ilə eyniyyət təşkil edirdi.Ancaq, 
1937-ci  ilin  yayında  yeni  iqtisadi  böhran  başlandı.Sənaye  istehsalı  1/3-dək  aşağı 
düşdü.1938-ci ildə ölkədə 10,4 mln.nəfər işsiz vardı.F.Ruzvelt hökumətinin xarici 
siyasəti respublikaçıların ənənəvi siyasətindən fərqlənirdi.Belə ki,ABŞ-ın beynəl- 
xalq mövqeyi möhkəmləndirilməklə yanaşı,Sovet İttifaqına qarşı antisovet müba- 
rizədən imtina edildi.1933-cü ilin noyabrın 16-da Sovet-Amerika diplomatik mü-
nasibətləri  bərpa  olundu.Bu  tədbirlər  beynəlxalq  arenada  Sovet  İttifaqının  möv- 
qeyini və beynəlxalq sülhün qorunmasını təmin etdi. 
1935-ci  ildə  iki  dövlət  arasında  ticarət  əlaqələri,1937-ci  ildə  isə  iqtisadi 
əməkdaşlığın hüquqi əsasları yaradıldı.F.Ruzvelt Latın Amerikası ölkələrinə qarşı 
“Mehriban qonşu” siyasətini yeridir.Bununla ABŞ regionda özünün siyası hökm- 
ranlığını  təmin  etdi.Latın  Amerikası  ölkələrinə  qarşı  hərbi  müdaxilə    təşkil  edil- 
mir, maliyyə-iqtisadi təsir vasitələrindən istifadə olunur və beləlkilə,ABŞ özünün 
hökmranlığını  möhkəmləndirdi.Buna  görə  də  ABŞ  öz  qoşunlarını  Nikaraqua  və 


38 
 
Haitidən  çıxardı  və  region  ölkələri  arasında  ticarət  iqtisadi  münasibətlər  tənzim- 
ləndi. 
30-cu illərin ortalarında ABŞ və faşist dövlətləri arasında ziddiyyətlər kəs-  
kinləşdi.Doğrudur,F.Ruzvelt bilavasitə  faşizmi  müdafiə etməsə də,konqres ABŞ-
ın  neytrallığı  barədə  akt  qəbul  etdi.1935-ci  ilin  avqustunda  xarici  dövlətlərlə, 
xüsusilə,müharibə  edən  ölkələrə  sülh  sazişi  dayandırıldı.1936-cı  ilin  fevralında 
isə  xarici  kreditlərin  verilməsinə  də  məhdudiyyət  qoyuldu.Ancaq,ABŞ-ın  bu 
siyasəti  ardıcıl  olaraq  həyata  keçirilmədi.Belə  ki,ABŞ  İtaliya  və  Almaniya  ilə 
birlikdə İspaniya Respublikasının vətənpərvərlərinə qarşı mübarizədə iştirak etdi. 
Ümumiyyətlə,ABŞ-da  iki  qrup  formalaşmışdı.Birinci  qrupa  daxil  olanlar 
hesab  edirdilər  ki,ABŞ  dövləti  Avropa  və  Asiya  işlərinə  qarışmamalı  və  hərbi 
müdaxilələrdən  kənarda  qalmalıdır.Bu  dünyanın  iri  maqnatları  Almaniya  və  Ya- 
poniyanın  beynəlxalq  mövqeyini  gücləndirir  və  digər  tərəfdən  isə  ABŞ-ın  möv- 
qeyini zəiflədirdi.İkinci qrupa daxil olanlar isə “beynəlmiləçiliyi” müdafiə edir və 
bununla  ABŞ-ın  faşist  təhlükəsinə  qarşı  mübarizəsini  möhkəm  ləndirirdi.Birinci 
qrupa  Q.Huver,R.Taft,Avandenberq,U.Xers  və  başqaları,İkinci  qrupa  isə  F.Ruz- 
velt və digər tanınmış siyasi xadimlər daxil idi. 
 
 İtaliya 1918-1939-cu illərdə 
Birinci dünya müharibəsinin İtaliyanın üçün                              
sosial-iqtisadi və siyasi nəticələri  
 
 
İtaliya  Birinci  dünya  müharibəsindən  sonra  qalib  dövlətlər  sırasına  çıxdı. 
XIX  əsrin  sonlarında  İtaliya  aqrar  ölkə  olmasına  baxmayaraq,müharibədən  son- 
rakı  dövrdə  aqrar-sənaye  ölkəsinə  çevrildi.Doğrudur,İtaliyanın  kənd  təsərrüfatın- 
da çoxlu sayda feodal qaydaları qalmaqda idi.Belə ki,40  minədək iri mülkiyyətçi 
10 mln. ha torpağa malik olduğu halda,2,5 mln.kəndli 6  mln. ha torpağa sahiblik 
hüququnu  saxlamışdı.Feodal  qalıqları  daha  çox  İtaliyanın  cənub  hissəsində  və 
Sardiniya,Siciliya  adalarında  geniş  yayılmışdı.Ölkənin  bu  hissəsində  10  mln.ha 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə