Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə22/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   355
INFORMATIKA KITAB BUTOV-1

LPT1-LPT3

Paralel portlardır, printer, skayner və s. qoşulur.
COM1-COM3
-
ardıcıl portlardır – siçan, klaviatura, modem və s. qoşulur. 
Ardıcıl portlar sürətli məlumatlar mübadiləsi ilə fərqlənirlər. Qeyd edək ki, hal-
hazırda əksər müasir kompüterlər paralel və ardıcıl portlarsız istehsal olunur.
PS/2
–portu 1987-
ci ildə yaradılmış və onun vasitəsilə klaviatura 
və siçan kompüterə qoşulur.
USB 
(
Universal Serial Bus 
– 
universal ardıcıl şin) - universal 
portlardır – periferiya qurguları qoşulur. 
Son dövrlərdə meydana gələn USB portları asanlıqla onları 
əvəz edir. 
USB
portları flaş disklərin, klaviatura, siçan, printer, mobil bərk 
disklərin, skanerin və bir sıra periferiya qurğularının qoşulmasını təmin 
edir. USB portları daha sürətli olub, informasiya mübadiləsini 480 
Mbayt/san sürətlə təmin edir. 
Kontroller

Kompüter
in işləməsi üçün operativ yaddaşda 
proqramlar və verilənlər olmalıdır. Belə proqramlar və verilənlər 
operativ yaddaşa müxtəlif qurğular - klaviatura, diskovod və s. vasitələrlə daxil 
olurlar. Kompüter
də emal edilmiş informasiya isə istifadəçiyə monitor, disklər, 
printer və s. vasitəsilə çatdırılır. Başqa sözlə
kompüter
də qurğular və operativ yaddaş arasında daima 
informasiya mübadiləsi prosesi gedir. Bunun üçün, hər 
xarici qurğu özünə məxsus elektron sxem ilə təchiz 
edilir ki, belə sxemlərə də 
kontroller
qurğusu deyirlər. 
Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla 
əlaqələndirir. Bəzi qurğuların (klaviatura, mouse, printeri və s.) kontrolleri 
fərdi kompüterin ana platasının üzərində, digər qurğuların, məsələn monitor, 
sərt maqnit disk qurğusu və s. kontrolleri isə ayrıca plata şəklində olur və onlar 
ana plata üzərində olan yuvalarda yerləşdirilir. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə