Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə245/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Ethernet 
üçün yeni fiziki topologiya
 
ulduz topologiyasıdır
. İstifadə 
olunan kabel də koaksial kabeldən UTP-yə çevrildi. Ancaq məntiqi olaraq 
E
thernet hələ də 
bus 
topologiyasından istifadə edir. Fiziki ulduz 
topologiyasında istifadə olunan 
hub
içində məntiqi bir bus topologiya vardır. 
Kompüterlərdən birisinin yolladığı məlumat paketi hub-a çatana qədər, hub bu 
paketin su
rətlərini yaradır və bütün portlara yollayır. Yəni bus quruluşda olduğu 
kimi məlumat paketi digər bütün kompüterlərə çatır və sadəcə qəbul etməli olan 
kompüter paketi oxuyur və məşğul olur. Amma digərləri isə paket onlara 
ünvanlanmadığı üçün onu silirlər. 
Token Ring, 
1986-
cı ildə İBM firması tərəfindən təklif edilmişdir.
 
Token Ring IEEE 802.5
standartı sayılır və öz şan-şöhrətini tez bir 
vaxta 
Ethernet-
ə verir

Hal-
hazırda bu sistemdən demək olar ki, istifadə 
olunmur. İBM onu bəzən firma daxilində mainframe-lər üçün istifadə edir.
Token Ring
 marker ötürm
ə 
(token) 
 
texnologiyası ilə qurulmuşdu. 
 Marker
– 
xüsusi formatlı kadrdır. 
Markeri 
əldə etmiş kompüterin
digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə 
yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər 
lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. Marker 
i
çərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Marker hər kompüterə 
baş vurur və göndərilməsi lazım olan paketi götürüb lazım olan yerə çatdırırdı. 
Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını 
göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter 
paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter 
paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu 
kompüterə ötürür. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu 
kompüterə göndərir və proses təkrar olunur. 
Yaranma anından Token Ring texnologiyası bir sıra dəyişikliklərə məruz 
qaldı. Əvvəlcədən texnologiyada keçirtmə qabiliyyəti 4Mbit/s idi, sonralar 


281 
16Mbit/s oldu. Hal-
hazırda siqnalların ötürülmə sürətlərinin 100, 128 Mbit/s-ə 
qədər, gələcəkdə isə 1Gbit/s-ə qədər çatdırılması nəzərdə tutulmuşdur. 
Ethernet texnologiyasına nisbətən, Token Ring texnologiyası daha 
mürəkkəbdir. Bu texnologiya imtinalara qarşı dayanıqlılıq xassəsinə malikdir. 
Bəzi hallarda şəbəkənin işində aşkar olunan səhvlər avtomatik olaraq ləğv 
olunur. Ethernet avadanlığına nisbətən, Token Ring hiss olunacaq dərəcədə 
bahadır, belə ki, mübadilənin daha mürəkkəb üsullarından istifadə edir. 
Token Ring şəbəkəsinin topologiyası halqadır, lakin xaricən ulduzu 
xatırladır. Bu onunla bağlıdır ki, ayrı-ayrı abunəçilər şəbəkəyə birbaşa deyil, 
xüsusi konsentratorlar və ya çoxstansiyalı müraciət qurğuları vasitəsilə 
birləşirlər. Ona görə də şəbəkə fiziki olaraq 
ulduz-
halqa topologiyasını
təşkil 
edir. 


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə