Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə246/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   242   243   244   245   246   247   248   249   ...   355
INFORMATIKA KITAB BUTOV-1

ARCnet 
(
Attached Resource Computer Network) - 
birləşmiş 
resurslar şəbəkəsi - 
məlumatın ötürülməsində ən köhnəlmiş metodlardan birini 
istifadə edirdi. Bu metod 
DataPoint
şirkəti tərəfindən 1977-ci ildə yaradılmış 
və sadəliyinə, ucuzluğuna və iş bacarığına görə çox populyar olmuşdur.
ARCnet
əsasında minlərlə 
Novell
NetWare
2.x
şəbəkələri qurulmuşdur
bəziləri hələ indiyədək işləyir. Amma buna baxmayaraq o köhnə üsullardan 
sayılır və bu gün ona üstünlük verilmir. Bu texnologiya Datapoint Corpation 
firmasının məhsuludur, şin və ulduzvari fiziki topologiyası olan şəbəkələrdə 
istifadə olunur. Bu topologiyada 
markerdən
istifadə olunur. Şəbəkə xəttləri – 
koaksial və burulmuş cütlü kabellərdən istifadə olunur. Verilənləri ötürülmə 
sürəti – 
2,5 Mbit/san
. Bu texnologiya əsasında quraşdırılmış şəbəkə - şəbəkə 
adapterlərindən və hablardan (aktiv və passiv) istifadə edir. 
Ötürücü mühit kimi burulmuş cüt, koaksial və optik-lifli kabellərdən 
istifadə edilir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/s-dir. ARCNet şəbəkəyə 
qurğuların qoşulmasında 
şin və ulduz topologiyalarının
xüsusiyyətlərindən 
istifadə edilir. 
FDDI (Fiber Distributed Data Interface- 
paylanmış verilənlərin optik 
kabellər interfeysi).
Bu texnologiya əvvəl baxılan texnologiyalara nisbətən 
böy
ük üstünlüklərə malikdir, lakin bu texnologiya geniş istifadə olunmur. Bu 
isə avadanlığın bahalığı ilə əlaqədardır. FDDI əksər halda Token Ring 
texnologiya 
əsasında qurulur, ancaq optik tipli xətlərə aid edilir (burulmuş 
kabell
ər üçün də istifadə etmək mümkündür) və uzunluğu 100 km olan və 
maksimum 500 düyünd
ən ibarət olan və 
100 mbits
sür
ətlə halqavari şində 
informasiya ötürm
ək imkanına malikdir. Yüksək keyfiyyətli etibarlıq əldə 
etm
ək üçün iki qarşı qarşıya yönəldilmiş halqa qurulur. (məlumatlar əks tərəfə 
h
ərəkət edirlər). Stansiyalar arası məsafə 500 m-dən çox olmur. Paylanmış 
mühiddə verilənlərin ötürülməsi marker vasitəsilə həyata keçirilir. Token Ring-
dən fərqli olaraq, markerin əldə saxlama müddəti dəyişkən olur. Bu vaxt 


282 
şəbəkənin yüklənməsindən asılıdır. Şəbəkədə işləyən kompüterlərin sayı çox 
olsa, markerin saxlama müddəti azalır (sıfıra qədər), az olsa – çoxalır.

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə