Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə265/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   261   262   263   264   265   266   267   268   ...   355
INFORMATIKA KITAB BUTOV-1

 

pcx
– 
təsvirin videoyaddaşa daha tez yazılması üçün onun sadə sıxılma 
üsulundan istifadə edir. Bu format bir çox proqramlardan, o cümlədən Paintdən 
istifadə edir. 
tif
formatı ilə yanaşı 
pcx
formatı da skanerlərin ən çox istifadə 
etdiyi formatdır. 
bmp 
və 
pcx
formatları fərdi kompüterlər üçün yazılsa da, Macintosh 
sistemində də istifadə edilir 

GIF 
formatı CompuServe firması tərəfindən yaradılmışdır. Bu format pcx-
dən daha effektiv sıxma alqoritmindən istifadə edir. Bu format hal-hazırda 
İnternet sənədlərində qrafik informasiyanın yerləşdirilməsi üçün istifadə edilir. 
GIF formatının əsas çatışmayan cəhəti yalnız 256 rəng rejimində yazılmasının 
mümkünlüyüdür. 
Poliqrafiyada bu rejim kifayət etmir. 

TIF
(Tiff - Tag Image File Format).
Bu formatın ən çox tətbiq edildiyi 
sahə nəşriyyat sistemləri və bunlarla bağlı proqramlardır. TIFF formatının ən 
böyük üstünlüyü sıxılmış rastr təsvirlərini keyfiyyətini itirmədən 
saxlanmasıdır. Bu formatı istifadə edən proqram – Photo-Styler hal-hazırda 
işlənməsə də, Letraset firması onun RIFF (Raster Image File Format) 
versiyasını yaratmışdır. TIFF formatdan ən çox skanerləşdirilmiş təsvirlərin 
saxlanması üçün istifadə edilir.

JPG
– 
təsviri lazım olan ölçü və keyfiyyətə qədər sıxlaşdıran xüsusi 
alqoritmdən istifadə edən formatdır. Bu halda şəklin keyfiyyəti itmir. Bu 


309 
format da veb-
sənədlərdə qrafik informasiyanın yerləşdirilməsi üçün istifadə 
edilir. 

PDF (Portable Document Format) – 
Adobe firması tərəfindən təşkil 
edi
lmişdir. Bu formatda həm rastr və vektor illütrasiyalar, həm də mətn 
(şriftlərlə və hiperistinadlarla) saxlana bilər. PDF-faylın sıxılması üçün hər 
obyekt üçün xüsusi üsuldan istifadə olunur. Məsələn, rastr təsvirlər JPEG 
formatında yazılır. Bu formatla iş üçün Adobe firması Acrobat paketini istehsal 
etmişdir. Acrobat Reader proqramı sənədləri oxumağa və çap etməyə imkan 
verir, lakin bu tipli sənədləri yaratmaq və ya dəyişdirmək mümkün olmur. Bir 
çox proqramlar (Adobe PageMaker, CorelDraw, FreeHand) öz sənədlərini 
PDF-
ə çevirməyə imkan verir. Adətən bu formatda yalnız oxumaq üçün 
nəzərdə tutulan sənədləri saxlamaq üçün istifadə edilir.

PSD 
formatı Adobe firmasının proqramlarının tərkibinə daxildir, 
Photoshop proqramı tərəfindən istifadə olunur, lakin onu bəzi başqa proqramlar 
da qəbul edir. Bu format rastr təsvirləri bir neçə layla, əlavə rəng kanalları ilə 
və başqa informasiyalarla saxlamağa imkan verir.

CDR
formatı CorelDraw proqramı tərəfindən istifadə olunur. Bu format 
vektor, rastr təsvirlərlə mətnlə işləməyə imkan verir. CDR formatlı fayl bir 
neçə səhifədən ibarət olmalıdır.


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə