Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə273/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   269   270   271   272   273   274   275   276   ...   355
INFORMATIKA KITAB BUTOV-1

və antiviruslar 
Kompüter virusları 
– 
kiçik həcmli proqramlar olub, proq-
ramlaşdırıçılar tərəfindən yaradılır və müxtəlif yollarla - disketlərlə, lokal və 
İnternet şəbəkəsi ilə, elektron poçtla kompüterlərə yayılaraq istifadəçi üçün 
müxətlif problemlər yaradırlar.
Viruslar aşağıdakı formalarda özlərini büruzə verirlər: 

Kompüterin 
iş sürətini azaltmaqla, 

Qəflətən ekranda kənar sözləri verməklə, 

Ekranın görünüşünü qarışdırmaqla, 

Ekrandan 
müxtəlif informsiyaları yox etməklə, 

Müxtəlif səslər çıxarmaqla, 

Kompüterin 
yaddaşında olan proqramları yararsız
vəziyyətə salmaqla, 

Disklərdə çoxsaylı korlanmış fayllar, proqramlar,
yaratmaqla, 
və s.
H
ər gün onlarla yeni növ virus meydana çıxır. Bunu statistika və real 
həyat təsdiq edir. 1990-cı ildə təxminən 500 virus, 1992-ci ildə - 3 000, 1994-cü 
ildə - 5 000, 1996 – 9 000, 1999 – 30 000, 2001 – 50 000, 2004-cü ildə 112 
000-
dən çox virus məlum idi. 
Kompüter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, 
proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. 
Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi 
proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları 
mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə 
mürəkkəb virus yaratmaq olar. 
Virusların yayılması 
Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların 
yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın vaxtlara kimi 
viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı, İnternet viruslar üçün 
geniş magistral açdı. Kompüter virusları İnternetdə bioloji virusların real 
dünyada yayılmasından daha sürətlə yayılır. 2003-cü ildə Slammer "soxulcanı" 
10 dəqiqə ərzində 75 min kompüter yoluxdurmuşdu. 
1999-
cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. 
Melissa virusu on minlərlə kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan 


315 
vurmuşdu. Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb 
yarandı. 2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində 
milyonlarla kompüteri yoluxdurmuş I Love You! virusu təzələdi. Praktik olaraq 
virusla "yoluxdurmaq" mümkün olmayan fayl növü qalmamışdır. Artıq mobil 
telefonları və proqram təminatından istifadə edən digər qurğuları yoluxduran 
viruslar da sürətlə yayılır. 
Virus müəllifləri təkcə texnoloji zəifliklərdən deyil, "psixoloji" 
zəifliklərdən də istifadə edirlər. Tədqiqatlar göstərmişdir ki, "Anna 
Kournikova", "Sean Connery", "Julia Roberts", "Elvis Presley Lives", "Explicit 
Hot Porn" kimi viruslardan əziyyət çəkmiş hər beşinci İnternet istifadəçisi 
edilmiş xəbərdarlıqlara baxmayaraq həmin adlı qoşma faylları açmışdılar. 
Virus proqramlar 3 məqsəqlə yaradılır: 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə