Mübariz Xəlilov, Nazlı Həsənova


Antivirus proqramları - kompüter virsularından mühafizə üçün



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə276/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   272   273   274   275   276   277   278   279   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Antivirus proqramları - kompüter virsularından mühafizə üçün 
xüsusi proqramlardır. 
Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus 
proqramlarından istifadə edilir. Viruslar müxtəlif vasitələtlə bir kompüterdən 
digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi 
və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda 
gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya 
digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu 
zaman lazim olmayan və tanimadığınız məktub və resursları maksimum 
dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. 
Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. 
Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, 
virus proqramları çox zaman Asembler proqram dilində yazılır. 
Virusları aşkar və ləğv etmək üçün antivirus proqramlarından istifadə 
edilir. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə 
bölünür: 
Proqram-
həkim
– 
tapır və müalicə edir: Dr. Solomon, Norton AntiVirus, 
Doctor Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner. 
Mühafizəçi proqramlar
RAM-
da yerləşir, yalnız tapır: AntiViral 
Toolkit Pro Monitor. 
Detektor proqramlar –
yalnız onlara məlum virusları tapır. 
Revizor proqramlar
– 
sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı 
vəziyyəti müqayisə edilir. Faylların kontrol cəmi yoxlanılır. 
Antivirus proqramlarının növləri 
Viruslarla mübarizə proqramlarının bir neçə növü var - 
skanerlər (başqa 
adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar 
və immunizatorlar. 
Skanerlər.
Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının 
yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) 
virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün «maska»lardan 
istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit 
kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin «evristik skanlama» 
alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı 
analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar 
qəbul edilir («ola bilsin yoluxub» və ya «yoluxmayıb»). 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə