Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə275/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Virus proqramları
və ya 
kompüter virusları

müxtəlif vasitələrlə bir 
kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına 
(dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan
digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü 
təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər 
göstərir (əməliyyatlar yerinə yetirir). 
Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından 
istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazim olmayan və 
tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə 
etməniz məsləhətdir. 
Virus proqramlarının təsnifatı. 
Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar: 

yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), 
yükləmə virusları, makro viruslar; 

yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident; 

əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, UNIX 
virusları və s.; 

destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox 
təhlükəli; 

virus alqoritminin xüsusiyyətlərinə görə: "tələbə" virusları, kompanyon-
viruslar, "soxulcanlar" (worm),
"stels"-
viruslar ("görünməz" viruslar), "polimorf"-viruslar (özüşifrlənən 
viruslar), şəbəkə virusları və s. 
Viruslardan qorunmaq üçün aşağıdakı təhlükəsizlik qaydalarını yerinə 
yetirmək lazımdır. 
1.
Kompüterə mütləq lisenziyası olan antivirus proqramı yazın. 
2.
Brauzerinizi düzgün quraşdırmamış şübhəli tərkibli saytlara daxil 
olmayın. 
3.
Daxil olduğunuz halda oradan heç bir informasiya qəbul etməyin. 
4.
Qəbul etdikdə, onu dərhal açmadan antivirusun yoxlanmasına 
verin. İstənilən antivirus standart hücum kodunu dərhal tapır. 
Ağıllı düşünülmüş qeyri standart kodu isə heç bir antivirus tapa 
bilməz. 
5.
Spam kimi gələn məktubları açmadan dərhal silin. 
6.
Asan yazılıb pozula bilən xarici daşıyıcılardan məlumatı 
yükləməmişdən öncə onu antivirusla yoxlayın. 


317 
7.
Profilak
tika üçün isə bütün kompüteri ayda bir dəfə yoxlamaq 
məsləhətdir və s. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə