Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə271/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   267   268   269   270   271   272   273   274   ...   355
INFORMATIKA KITAB BUTOV-1

WinZip 
arxivləşdirmə proqramında yaradılmış fayların genişlənməsi 
.zip
formasinda olur.
 
10.4. 
Tərcümə proqramları
.
 Promt 
 
Elektron 
sənədlərin tərcüməsi xüsusi proqramlar-tərcümə proqramları 
vasitəsilə yerinə yetirilir. Bu proqramlar əsasən iki formada: konkret sözləri 
tərcümə edən elektron lüğətlər və mətni sinxron tərcümə edən proqramlar 
formasında hazırlanır. Müasir tərcümə proqramları mətni əsasən hərfi mənada, 
qrammatik 
qanunauyğunluqları nəzərə almaqla, «məzmununa varmadan» 
tərcümə edir. Buna görə də tərcümədən sonra müəyyən redaktə işi aparmaq 
vacibdir. Hal-
hazırda mətnləri rus dilindən ingilis, alman, fransız dillərinə və 
əksinə tərcümə etən 
Socrat, Maqic Gooddy, Lingvo, Promt
proqramları 
geniş yayılmışdır.
Promt
proqramı rus dilindən ingilis, alman, fransız, italyan dillərinə və 
əksinə xüsusi lüğət bazasından istifadə etməklə 
Web
-
səhifələri, format-
laşdırılmamış mətnləri, mübadilə buferində olan mətn fraqmentlərini tərcümə 
edir. 
Proqram standart qaydada 
Baş menyunun Proqramlar
 
bölməsindən
Promt
Family
proqramlar qrupununun
Promt
əmrini yerinə yetirməklə
 
yüklənir.
Proqramın interfeys pəncərəsi sərlövhə, menyu, cari vəziyyət sətrlərindən
alətlər panellərindən və sənəd sahəsindən ibarətdir. 
Promt-
da 
Əsas 
(
Основное), Formatlaşma (Форматирование), Tərcümə (Перовод), Servis 
(
Сервис) alətlər panelləri nəzərdə tutulmuşdur. Proqram pəncərəsində bu və ya 
16
Arxiv 
faylının tərkibi proqramın işçi sahəsində əks olunacaqdır.
17
Arxivə fayl əlavə etmək əməliyyatını Əməliyyatlar (Action) menyusunun Add əmrini 
yerinə yetirməklə də həyata keçirmək olar. 
18
Faylları arxivdən azad etmək əməliyyatını Əməliyyatlar (Action) menyusunun Exctract 
əmrini yerinə yetirməklə də həyata keçirmək olar. 


312 
digər panelin əks olunması Görünüş (Вид) menyusunun Alətlər panelləri 
(
Панели инструментов) əmrini yerinə yetirməklə tənzimlənir. Tərcümə 
panelinin 
üzərində tərcümənin hansı istiqamətdə (ingilis-rus, rus-ingilis və s.)
aparılmasını, mətni tamamilə və ya onun bir hissəsinin tərcümə olunmasını 
müəyyən edən düymələr alətlər yerləşmişdir. Formatlaşdırma paneli mətnin 
orjinalını və ya onun tərcüməsini formatlaşdırmaq üçün, servis paneli isə kağız 
üzərində olan mətnlərin skanerlə oxunub tanınması, əlavə lüğət bazasından 
istifadə, sənəd haqqında statistik məlumat toplamaq və proqramın sazlanması 
və s. üçün nəzərdə tutulmuşdur.
 
Sənəd sahəsi adətən, 3 hissəyə: orijinal, tərcümə və informasiya paneli 
sahələrinə ayrılmış olur. 
Orijinal 
və tərcümə sahələri üfüqi və ya şaquli istiqamətlərdə yerləşir. 
İnformasiya panelində müvafiq bölmələr üzrə istifadə olunan lüğətlərin və cari 
sənəddə tərcüməsi lazım olmayan sözlərin-«ehtiyat» sözlərin siyahısı əks 
olunur.
Promt 
proqramı vasitəsilə mətnləri tərcümə etmək üçün ilk növbədə 
Fayl (
Файл) menyusunun Açmaq (Открыть) əmrini yerinə yetirmək və açılan 
pəncərədə mətn faylının ünvanını müəyyən etmək lazımdır. Növbəti pəncərədə 
isə mətn faylının formatını, tərcümənin istiqamətini və mövzu şablonunu 
müəyyən etmək və OK düyməsini sıxmaq lazımdır. Bu zaman mətn avtomatik 
olaraq 
Promt 
sənədinə konvertə olur və proqram pəncərəsinin orijinal 
sahəsində əks olunur. Tərcümənin kefiyyəti mətnin orijinalının düzgün 
yazılışından, istifadə olunan lüğətlərdən və bu lüğətlərin ardıcıllığından asılı 
olduğundan mətni redaktə etmək və orfoqrafik yazılışını yoxlamaq məsləhətdir.
Mətnin orfoqrfik yazılışı Servis (Servis) menyusunun Orfoqrafiya 
(
Орфография) əmrini yerinə yetirməklə təmin olunur. Mövzu şablonu lüğətlər, 
«ehtiyat» 
sözlər siyahısından ibarətdir. Seçilmiş mətn şablonunu mətnin 
mövzusuna 
uyğun olaraq redaktə etmək olar. Belə ki, Mövzu (Тематика) 
menyusunun 
Sənədin lüğətləri (Словари документа) əmrini yerinə yetirməklə 
sənədin mövzusuna uygun lüğətlər siyahısı yaratmaq və bu siyahını dəyişmək 
olar. Ehtiyat 
sözlər siyahısı yaratmaq üçün isə menyunun Sənədin ehtiyat 
sözləri əmrini yerinə yetirmək və açılan pəncərədə ehtiyat sözlər siyahısında bu 
və ya digər ehtiyat sözü ləğv etmək, yenisilə əvəz etmək, pəncərənin Əlavə 
etmək düyməsini sıxmaqla isə yeni ehtiyat sözü siyahıya əlavə etmək olar.
Əgər sənəd müxtəlif dildə yazılmışsa tərcümənin istiqamətinə uyğun 
olmayan
sənədin abzasları qeyd olunmalı və Tərcümə menyusunun Tərcümə 
etməmək əmri yerinə yetirilməlidir. Bundan sonra əgər sənədi tam tərcümə 
etmək tələb olunarsa, tərcümə menyusnun mətni tamamilə, əgər mətni hissə-
hissə tərcümə etmək lazım gələrsə müvafiq olaraq Tərcümə menyusunun Cari 


313 
abzas,
Növbəti abzas, Qeyd olunmuş abzaslar, Yuxarı, Aşağı əmrlərindən 
birini 
yerinə yetirmək lazımdır. 
Proqram
mətnin qrammatik strukturunu analiz edir və sözlər arası əlaqəni
qurduqdan sonra
tərcüməni yerinə yetirir. Tərcümə olunan mətnin cümlələri nə 
qədər qısa olarsa, tərcümənin kefiyyəti bir o qədər yüksək olacaqdır. Mətnin 
tərcüməsi işçi sahənin tərcümə sahəsində əks olunacaq. Tərcümə nəticəsində 
tərcümə edilə bilməyən sözlər informasiya panelinin Naməlum sözlər 
(
Незнакомые слова) bölməsində siyahı şəklində əks olunacaq. Gələcəkdə bu 
sözlərin avtomatik tərcüməsini təmin etmək üçün onu proqramın lügət bazasına
əlavə etmək lazımdır. Bunun üçün proqramın Tərcümə menyusunun Lüğət 
sözü 
əmrini yerinə yetirmək lazımdır. Əmri yerinə yetirdikdə açılmış ilk dialoq 
pəncərəsində lüğətə daxil olacaq söz və lüğətin adı müəyyən olunmalı, sonrakı 
pəncərələrdə sözün hansı nitq hissəsinə aid olduğu, qrammatik qaydalar 
(
hallanması, cinsi, zamanı və s.) və bu qaydalara uyğun tərcümə müəyyən 
olunmalıdır. 
Proqram mövcud 
sənədlə yanaşı yeni mətn sənədinin yaradılmasını və 
onun 
tərcuməsini təmin edir. Bunun üçün Fayl menysunun Yeni əmrini yerinə 
yetirmək və açılan pəncərədə tərcümənin istiqamətini və mövzu şablonunu 
müəyyən etmək lazımdır. Proqram pəncərəsinin orшjinal sahəsində mətn daxil 
edildikdən sonra, 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə