Mübariz Xəlilov, Nazlı Həsənova


sənədin skanerləşdirilməsi (skanerin köməyilə optik oxunması)



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə282/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   278   279   280   281   282   283   284   285   ...   355
INFORMATIKA KITAB BUTOV-1

sənədin skanerləşdirilməsi (skanerin köməyilə optik oxunması); 

sənədin seqmentləşdirilməsi; 

sənədin tanınması; 

orfoqrafik 
səhflərin yoxlanılması; 

sənədin saxlanılması. 


322 
İşin birinci mərhələsi-sənədin skanerləşdirilməsidir. Bu mərhələdə kağız 
üzərindəki sənədin qrafiki obrazı alınır. Bunun üçün sənəd skanerdə üzü aşağı 
qoyulduqdan sonra Scan&Read menyusunun 
Skanerləşdirmək (Сканировать) 
əmrini yerinə yetirmək lazımdır. Bu zaman avtomatik olaraq kompüterə 
qoşulmuş skaner işə düşür və skanerə qoyulmuş səhifənin qrafiki obrazı skaner 
proqramının pəncərəsində əks olunur. Skaner proqramının Scan menyusunun 
Return to Fine Scan Manager
əmrini yerinə yetirdikdə səhifənin obrazının 
yarlığı FineReader proqram pəncərəsinin işçi sahəsinin sol hissəsində əks 
olunacaq. 
Əgər kağız formasında olan sənəd bir neçə səhifədən ibarətdirsə onda 
Scan&Read menyusunun Bir 
neçə səhifəni skanerləşdirmək (Сканировать 
несколко страницы) əmrini yerinə yetirmək məsləhətdir. Qeyd edək ki
səhifəni skanerə etmək Scan&Read alətlər panelindəki Skanerə etmək 
(
Сканировать) düyməsini və ya Ctrrl+K «qızğın düymələri» sıxmaqla da 
həyata keçirilə bilər.
Proqramın Təsvir (Изображение) menyusunun Saat əqrəbi istiqamətində 
döndərmək (Повернуть по часовой стрельке), Saat əqrəbi istiqamətinin 
əksinə döndərmək (Повернуть против часовой стрельке), 180° döndərmək 
(
Повернуть на 180°), Şaquli güzgü inikası (Зеркальное отражение 
относительно вертикали), Üfüqi güzgü inikası (Зеркальное отражение 
относительно горизонтали) əmrləri müvafiq olaraq sənədin skanerləşdirilmiş 
obrazını saat əqrəbi və saat əqrəbinin əksinə, 180° bucaq altında fırladır, üfüqi 
və şaquli istiqamətdə «güzgü» inikasını təmin edir. Menyunun İnversiya etmək 
(
Инвертировать) əmri isə obrazın rənglərinin inversiyasını təmin edir. 
Skan
erləşdirmə zamanı obrazda qara nöqtələr şəklində ləkələrə-«zibilə» rast 
gəlmək olar. Bu isə obrazın tanınmasında müəyyən xətalara səbəb olur. Sənədin 
belə «zibildən» təmizlənməsi üçün Zibildən təmizləmək (Очистить от 
мусора) əmrini yerinə yetirmək lazımdır.
İkinci zəruri mərhələ-mətnin seqmentləşdirilməsidir. Səhifələrdə mətn 
bir 
neçə sütunda yerləşdirilə bilər və illüstrasiyalı, cədvəllərə, şəkilaltı yazıya, 
qeydlərə malik ola bilər. Bütün bunlar qrafiki obrazın təbii ardıcıllıqla
tanınması zamanı kefiyyət xətalarının baş verməsinə səbəb ola bilər. Ona görə 
səhifənin obrazını, hər biri özlüyündə təbii ardıcıllıqla tanınan mətn 
fraqmentindən ibarət bloklara bölürlər. Sənədin belə bölünməsi seqmentasiya 
adlanır.
Sənədin seqmentasiyası Scan&Read menyusunun, Qeyd olunmuş 
səhifələri seqmentləşdirmək (Сегментировать выделенные страаницы), 
Bütün 
səhifələri seqmentləşdirmək (Сегментировать все страницы) əmrləri 
vasitəsilə həyata keçirilir. Belə ki, açılmış səhifəni seqmentləşdirmək 
(
сегментировать открытую страницу) əmri cari qrafiki obrazı, Qeyd olunmuş 
səhifələri seqmentləşdirmək əmri (сегментировать выделенные страницы) 


323 
qeyd 
olunmuş qrafiki obrazları, Bütün səhifələri seqmentləşdirmək 
(
сегментировать все страницы) əmri isə seqmentləşməmiş bütün səhifələri 
bloklara bölür. Seqmentasiya 
zamanı müxtəlif tip: mətn, cədvəl, şəkil, ştrix-kod 
və s. bloklar yaranır və ardıcıl olaraq nömrələnir. Onların hər biri müxtəlif 
rənglərə malik olur. Məsələn, mətnin blokları yaşıl xətlə haşiyələnir. Əgər 
sənədin təsvir keyfiyyəti yüksək deyilsə, onda seqmentləşmə uğursuz 
aparılacaq, artıq miqdarda, çox əhəmiyyətsiz bloklar görünəcək. Belə halda 
blokların sərhədini, siçanın sol düyməsini sıxıb, buraxmamaq şərti ilə kursoru 
hərəkət etdirməklə göstərmək lazımdır. Cari blokun təpə nöqtələri markerlə 
nişanlanır. Bu marker vasitəsilə blokun sərhədlərini dəyişmək olar. Blokun 
tipini 
dəyişmək üçün blokun sərhəddində siçanın sağ düyməsini sıxmaq və 
Blokun tipi (
тип блока) menyusunda lazım olan tipi seçmək lazımdır. Blokun 
yerinin 
dəyişdirilməsi, tamamilə və ya müəyyən hissəsinin ləğv edilməsi və 
yenidən nömrələnməsi üçün Təsvir (Изображение) menyusundan Aləti seçmək 
(
Выбрать инструмент) əmrinin müvafiq alt əmrlərini yerinə yetirmək 
məsləhətdir. 
Proqramın işinin üçüncü mərhələsi-qrafiki obrazın bilavasitə 
tanınmasıdır. Adətən bu mərhələdə istifadəçi müdaxiləsi tələb edilmir. Əgər 
sənəd standart şriftlə çap olunubsa, həm də skanerləşdirmə əməliyyatı
kefiyyətlə yerinə yetirilibsə, onda sənədin tanınması üçün Scan&Read
menyusunun 
Açılmış səhifəni tanımaq (распознать открытую страницу), 
Qeyd 
olunmuş səhifələri tanımaq (распознать выделенные страницы), 
Tanınmamış bütün səhifələri tanımaq (распознать все нераспознанные 
страницы) əmrlərindən birini yerinə yetirmək kifayətdir. Belə ki, Açılmış 
səhifəni tanımaq (распознать открытую страницу) əmri cari qrafiki obrazı, 
Qeyd 
olunmuş səhifələri tanımaq əmri (распознать выделенные страницы) 
qeyd 
olunmuş qrafiki obrazları, Tanınmamış bütün səhifələri tanımaq 
(
распознать все нераспознанные страницы) əmri isə tanınmış bütün 
səhifələri tanınmasını təmin edir. Tanınmış obraz yeni pəncərədə 
formatlaşdırılmış mətn şəklində əks olunur. O, başlanğıc qrafiki obrazla 
«
əlaqəni itirir» və ondan asılı olmayaraq redaktə oluna, formatlaşdırıla bilər. 
Proqramın tanıya bilmədiyi simvollar yaşıl rənglə seçilir. Bu səhvlərin 
axtarışını asanlaşdırır. Sənəd bir neçə dildə yazılmışsa və ya özündə əsasən 
rəqəmlərdən ibarət informasiya daşıyırsa tanınmadan əvvəl «Tanınma» 
panelinin 
açılan dil siyahısından müvafiq dili və ya rəqəm (цифры) parametrini 
seçmək lazımdır.
Əgər kağız sənədin çapının kefiyyəti kifayət qədər yaxşı deyilsə və ya 
qeyri adi 
şriftlədirsə, tanınma posessi çətinləşir. Belə halda proqram 
müəyyənləşdirilmiş simvolların tanınmasının öhdəsindən tam gələ bilmir və 
tanınma zamanı xətalara yol verir. Belə vəziyyətdə böyük sənədlər üçün


324 
proqramın əvvəlcədən «öyrədilməsi» məqsədəuyğundur. Öyrətmə rejimi 
vasitəsilə tanınma aparmaq üçün ilk növbədə 
Servis 
(
Сервис) menyusunun
Et
alonları redaktə etmək (редактировать эталоны) əmrini yerinə yetirmək, 
açılan dialoq pəncərəsinin Yeni etalon (новый эталон) düyməsini sıxmaq və 
növbəti dialoq pəncərəsində yeni etalona ad vermək lazımdır. Daha sonra 
Servis (
Сервис) menyusununn Parametrlər (Опции) əmrini yerinə yetirib 
açılan Parametrlər (Опции) dialoq pəncərəsinin Tanınma (распознование) 
bölməsində tanınma üçün etalonu və öyrətmə ilə tanınma rejimini müəyyən 
etmək lazımdır. Bundan sonra tanınma zamanı proqram «şübhəli» simvollara-
dəqiq tanıya bilmədiyi simvollara rast gəldikdə dialoq pəncərəsi açılır. Dialoq 
pəncərəsinin yuxarı hissəsində çərçivəyə alınmış şəkildə «şübhəli» simvol əks 
ounur. 
Əgər simvolun sərhədləri düzgün göstərilməyibsə, «sola sürüşdürmək» 
və «sağa sürüşdürmək» düymələri çərçivənin vəziyyətini dəyişdirməyə imkan 
verir. 
Orfoqrafik 
səhflərin yoxlanılması və tanınmanın nəticəsini mətn sənədi 
şəklində yaddaşda saxlanılması kağız üzərindəki sənədin elektron mətn 
formasına çevrilməsi əməliyyatında sonuncu mərhələdir və proqramın 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə