Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə287/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   283   284   285   286   287   288   289   290   ...   355
INFORMATIKA KITAB BUTOV-1

 
təsviri
– var

nişanların təsviri isə 
label 
bölməsində yerinə 
yetirilir. 
Məsələn

type b=array[1..10] of real; 

a=set of ’0’..’9’; 

c=string[100]; 
const n=100; eps=1e-3; 
var x,y:real; s1:c; k:b; 
label 1,2,lb1,lb2; 
Turbo Pascal 
dilində proqram vahidində gedən prosesləri izah etmək 
üçün 
şərhlərdən geniş istifadə edilir. Burada şərh fiqurlu mötərizələr daxilində 
gətirilən ixtiyari simvolların istənilən ardıcıllığıdır. Şərhlər proqramın ixtiyari 
yerində verilə bilər və proqramın yerinə yetirilməsinə heç bir təsir göstərmir. 
Şərh məhdudlaşdırıcısı kimi fiqurlu mötərizələrlə yanaşı (* şərh *) işarəsindən 
də istifadə etmək olar. Məsələn, {Daxil etmək}, (* Cavab*) və s. Qeyd edək ki, 
proqram 
mətnində hər sətrin sonunda qoyu-lan nöqtə vergül işarəsi sətrin 
sonunu bildirir. 
 
11.2.Verilənlərin tipləri. Tiplərin uyğunluğu və çevrilməsi 
İxtiyari verilənlər, yəni sabitlər, dəyişənlər, funksiya qiymətləri və ya 
ifadələr, Turbo Pascal-da öz tipləri ilə xarakterizə olunurlar. Tip bu və ya digər 
obyektin ala 
biləcəyi qiymətlər çoxluğunu və bu obyektlərə tətbiq oluna 
biləcək əməliyyatlar çoxlu-ğunu təyin edir. Bundan əlavə tip, verilənlərin EHM 
yaddaşında daxili ifadə formatını müəyyən edir. Turbo Pascal-da verilənlərin 
tiplərinin strukturunu aşağıdakı kimi ifadə etmək olar: 
Turbo Pascal-da 
verilənlərin yeni tiplərinin yaradılması mexanizmi 


330 
nəzərdə tutulduğundan, proqramda istifadə edilən tiplərin sayı ixtiyari qədər 
böyük ola 
bilər.
Sadə tiplərə nizamlı və həqiqi tiplər aiddir. Nizamlı tiplərin hər biri sonlu 
sayda mümkün 
qiymətə malikdir. Bu qiymətləri müəyyən qaydada nizamlamaq 
olur (tipin 
adı da buradan irəli gəlir) və deməli, onların hər birinə qarşı hər 
hansı bir tam ədəd-qiymətin sıra nömrəsini qoymaq olur. Həqiqi tiplər də 
həqiqi ədədin daxili ifadə formatı ilə müəyyən edilən sonlu sayda qiymətə 
malikdir. Lakin 
həqiqi tiplərin ala biləcəyi qiymətlərin sayı o qədər böyükdür 
ki, 
onların hər birinə qarşı tam ədəd (onun nömrəsini) qoymaq mümkün deyil.
Nizam 
tipinə tam, məntiqi, simvol, sadalanan və diapazon tipləri aiddir. 
Bütün bu 
tiplərə 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə