Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə58/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   355
INFORMATIKA KITAB BUTOV-1

 
 
3.7.8. 
Windows 7
ƏS-nin Baş menyusu
 
İşçi stoldan danışdığımıq zaman Start (Start, Пуск) düyməsi ilə Windows 
7 ƏS-nin Baş münyusunun yükləndiyini vurğulamışdıq. Bu menyuda 
kompüterə yüklənmiş proqram əlavələri, sazlama və informasiya axtarışı üçün 
əmrlər əks olunur.
Sol hissədə (Tapşırıqlar panelinın solunda) açılan düzbucaqlıda kiçik 
siyahı şəklində görüntü əmələ gəlir. Bu siyahıda istifadəçinin son olaraq işlədiyi 
və ümumiyyətlə onun işi zamanı lazım ola biləcək proqram əlavələrinin siyahısı 
ƏS tərəfindən əks olunur. Əmrlərin adlarından sağ tərəfdə onların nişanları 
görünür. Bu əmrə individuallıq verərək digərlərinin arasından tez bir zamanda 
gözə dəyərək tapılması imkanını verir. Ixtiyari proqram əlavələsinin 
yüklənməsi üçün sadəcə onun adı üzərində Mouse göstəricisini vurmaq 
kifayətdir.


73 
Qeyd olunduğu kimi bu əmrlərin kiçik siyahısıdır. Yüklənmiş proqram 
əlavələrinin hamısını görmək üçün Mouse göstəricisini Bütün proqramlar 
(
Все программы) punktuna vurmaq lazımdır. Nəticədə Baş Menyunun sol 
tərəfində açılmış kiçik siyahı tam siyahı ilə əvəz ediləcəkdir. Burada proqram 
əlavələri və içərisində alt qovluqlar və proqram əlavələrinin olduğu qovluqlar 
nişanları ilə görünəcəkdir. Bu əmrlərin yerinə yetirilməsi üçün Mouse 
göstəricisini onların üzərində vurmaq lazımdır.
Qovluğun üzərində Mouse göstəricisini vurduqda o açılır və mündəricatı 
əks olnur. Məsələn, şəkildə 
Standartlar
(
Ст андарт ные
) qovluğunun açıldığı 
göstərilmişdir.

Kompüter (Computer, Компьютер) – sizin kompüterdə müraciətin 
mümkün olduğu bütün məntiqi diskləri və bütün qoşula bilən disk 
daşıyıcılarının (CD və DVD disklər üçün diskovodlar) olduğu pəncərəni açır.


74 

İdarəetmə paneli (Control Panel, Панель управления) – Windows 7 
ƏS-nin sazlama pəncərəsini açır. 

Qurğular və printerlər (Devices and Printers, Устройства и 
принтеры) – yüklənmiş periferik qurğular və printerlərin siyahısından ibarət 
pəncərəni açır.

Varsayılan proqramlar (Default Proqrams, Программы по 
умолчанию) – müxtəlif tipli faylların emal edilməsi və ya bəzi standart 
əməliyyatların yerinə yetirilməsi üçün yüklənən proqramların sazlanması 
imkanını verir.

Arayış və dəstək (Help and Support, Справка и поддержка) - 
Windows 7 ƏS-nin arayış sistemini çağırır. 
Baş menyunun sol tərəfində sizin kompüterdə olan müxtəlif proqram və 
qovluqların axtarışı üçün sahə yerləşmişdir. Klaviaturanın kursoru artlq burda 
yanıb sönür və axtarılan faylın adı və ya fraqmentini dərhal yazmaq 
mümkündür. Daxiletmə prosesində ilkin nəticələr proqram əlavələrinin daha 
öncə olduğu yuxarıdakı sahədə çıxmağa başlayacaqdır. Əgər axtarılan fayl və 
ya proqram bu siyahıda meydana gəlmişsə, onun üzərində Mouse göstəricisini 
vurmaq lazımdır. Bu zaman fayl redaktə edilmək üçün açılacaq, proqram isə 
yüklənəcəkdir.
Proqram əlavələsinin yüklənməsi üçün Mouse göstəricisini onun adında 
və ya nişanında vurmaq lazımdır. Seçilmiş proqram əlavəsi yükləndikdə Baş 
menyu avtomatik olaraq ekrandan itəcəkdir.


75 
Baş menyuda proqram əlavələrinin siyahısından başqa digər panellər də 
vardır. Siyahıdan sağda müxtəlif faydalı funksiyaların yerinə yetirilməsinə 
imkan verən əmrlər siyahısı yerləşmişdir. Hər punkta ayrılıqda baxaq. 

Sənədlər (Documents, Документы) –Windows 7 ƏS-nin sizin üçün 
avtomatik olaraq yaratdığı qovluğun içindəkilərini əks etdirən pəncərəni açır. 
Burada elektron sənədlər saxlanılır (mətn sənədləri, elektron cədvəllər və s.).

Təsvirlər (Pictures, Изображения) - Windows 7 ƏS-nin sizin üçün 
a
vtomatik olaraq yaratdığı qovluğun içindəkiləri əks etdirən pəncərəni açır. 
Burada müxtəlif təsvirlər, məsələn, şəkillər saxlanıla bilər.

Musiqi (Music, Музыка) - Windows 7 ƏS-nin sizin üçün avtomatik olaraq 
yaratdığı qovluğun içindəkiləri əks etdirən pəncərəni açır. Burada musiqi 
əsərləri ilə bağlı fayllar saxlanıla bilər.

Oyunlar (Games, Игры) - Windows 7 ƏS-nin tərkibinə daxil olan standart 
oyunların toplandığı pəncərəni açır. Onlardan ixtiyari birinin adı və ya nişanı 
üzərində Mouse göstəricisini iki dəfə vurduqda yükləmək mümkündür. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə