Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə55/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   355
INFORMATIKA KITAB BUTOV-1

 
3.7.4. Menyu (
Меню) 
 
Proqram interfeyslərinə tətbiq edildikdə menyu – cari zaman anında 
bizim “sifariş edə biləcəyimiz” əməliyyatlar siyahısıdır. Windows 7 ƏS-nin Baş 
menyusu 
(Главное меню) yüklənmiş proqramlar və çoxsaylı sazlama 
parametrlərinə müraciət etmək imkanına malikdir. Onun köməyilə kompüterdə 
olan ixtiyari informasiyanı axtarıb tapmaq mümkündür. Bu menyudan eyni 
zamanda ƏS haqqında arayış sistemini çağırmaq və iş prosesində lazım ola 
biləcək informasiya əldə etmək olar. 
Windows 
ƏS ailəsinin əsas xüsusiyyətlərindən biri müxtəlif proqram 
əlavələri və onların elementlərinin xarici görünüşlərinin standarlaşdırılmasıdır. 
Hər bir proqram əlavəsində menyu vahid prinsiplə işləyir. Menyu menyu 
punktları dəstindən ibarətdir. Menyu həm üfiqi (menyu punktları sətir 
şəklindədir), həm də şaquli (menyu punktları sütun şəklindədir) ola bilər. Lazım 
olan punktun seçilməsi Mouse-un sol düyməsi ilə həyata keçirilir. 


68 
Açılan altmenyu punktlarında konkret əməliyyatları çağıran əmrlər, 
eləcə də yeni altmenyular ola bilər. Mouse göstəricisinin aktiv menyu ilə 
hərəkəti göstəricinin oblastdan müəyyən əmrin seçilməsi ilə müşayət edilir. 
Menyuda solğun əks olunan əmrlər aktiv olmayan əmrlərdir. Bu o deməkdir ki, 
onların yerinə yetirilməsi üçün zəruri şərtlər yaradılmamışdır.
Kontekst menyusu adlanan xüsusi men
yu tipi də vardır. Kontekst 
menyusu obyektin üzərinə Mouse göstəricisinin sağ düyməsini vurduqda açılır. 
Bu menyu həmin obyektlə əsas əməliyyatları yerinə yetirən əmrlər dəstindən 
ibarətdir.
 
3.7.5. Recycle Bin (
Корзина-
Zənbil) 
 
Öz təyinatına görə Zənbil qovluğu İşçi stolun küncündə yerləşərək 
kağız üçün adi zənbili xatırladır. Lazım olmayan sənədlər bura 
yerləşdirilir və zəruri olduqda isə Zənbil təmizlənmədən öncə onları 
qaytarmaq mümkün olur. Windows 7 
ƏS–də Zənbilə lazım olmayan 
fayl və ya qovluğu atmaq üçün aşağıdakı üsullardan istifadə etmək mümkündür:
■ 
Ləğv edilən fayl və ya qovluğun nişanı üzərində Mouse göstəricisinin sağ 
düyməsini vurduqda açılan kontekst menyusundan Ləğv etmək (Удалить) 
əmrini seçmək. Bundan sonra sistem seçilmiş obyektin həqiqətən ləğv olunması 
haqqında dialoq pəncərəsinin sualına Hə (Да) cavabı verilərsə obyekti Zənbilə 
göndərəcəkdir.

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə