Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə57/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Свойства) 
əmrindən istifadə etmək lazımdır.
 
3.7.6. 
İşçi stol üzərindəki nişanlar 
Windows 7 ƏS kompüterə yükləndikdən sonra İşçi stolda yalnız Zənbilin 
nişanı olur. Daha sonra yeni proqramların yüklənməsi ilə başqa nişanlar da 
əmələ gələ bilər. Onlar müxtəlif rənglərə və stillərə malik ola bilərlər, lakin 
ölçüləri eyni olur. Nişanları piktoqramlar da adlandırırlar. Bu nişanlar vasitəsilə 
pro
qram əlavələrini tez yükləmək və sənədləri açmaq mümkündür. Bunun üçün 
Mouse 
göstəricisini lazımi nişanın üzərində iki dəfə vurmaq lazımdır.
Nişan vasitəsilə proqramların yüklənməsi və sənədlərin açılması işini 
kontekst menyusu
ndan da həyata keçirmək mümkündür. Kontekst menyusu 


70 
nişan üzərində Mouse göstəricisinin sağ düyməsini vurduqda meydana gəlir. Bu 
zaman nişanın yanında sənəd və ya proqramla edilə biləcək əməliyyatların 
siyahısı açılır. Bu siyahıdan Açmaq (Открыть) (Mouse göstəricisinin sol 
duyməsini basmaqla) əmrini seçmək lazımdır. Nəticədə proqram yüklənəcək və 
ya fayl redaktə edilmək üçün açılacaqdır.
İşçi stolda istifadəçi öz qovluğunu yarada bilər. Bunun üçün Mouse 
göstəricisinin sağ düyməsini nişanlardan kənar böş bir yerdə vuraraq kontekst 
menyusundan Yaratmaq (Создать) əmrinə yönəltmək 
lazımdır. Bu zaman açılan alt menyudan Qovluq (Папкa) 
əmri seçilir. Nəticədə İşçi stolda qovluğun sarı nişanı Yeni 
qovluq (Новая папка) adı ilə yaranacaqdır. Klaviaturadan 
yeni yaradılmış qovluğa ad verib Enter düyməsini basmaq 
lazımdır.
3.7.7. TaskBar (
Панель задач
 - 
Məsələlər paneli 

 
İşçi stolda ekranın
aşağı hissəsində üzərində düymə və nişanların 
yerləşdiyi zolaq vardır. Bu 
Məsələlər panelidir
(
Панель задач
). Məsələlər 
panelinin sol küncündə yerləşən Başla (Пуск) düyməsi Windows 7 ƏS-nin Baş 
menyusu
nu çağırır.
Windows 7 ƏS-də Məsələlər paneli yeni xüsusiyyətlərə malikdir. İşçi 
stolda bir neçə pəncərə açıldığı zaman bu böyük problemlər yaradır: onlar bir-
birlərini qapayaraq lazımi pəncərəyə keçidi çətinləşdirirlər. Internet Explorer və 
Microsoft 
Word kimi populyar proqramlar bir neçə pəncərə açmaq imkanına 
malikdirlər.
Məsələlər paneli adətən İşçi stolun aşağı hissəsində yerləşərək üzərində 
əks olunan nişanları yeniləyir və hal-hazırda hansı proqram və ya sənəd 
aktivdirsə onun nişanını göstərir. Məsələlər paneli seçilmiş proqramlara tez 
müraciət üçün onların nişanlarını burda yerləşdirmək imkanı verir.
Məsələlər panelinin başqa elementlərinə baxaq.
Başla (Пуск) düyməsinin yanında bir neçə nişan (adətən üç) yerləşir. Bu 
nişanlar bəzi proqram əlavələrinə cəld müraciət üçün nəzərdə tutulmuşdur. 
Onlara a
yrı-ayrılıqda baxaq.

brauzerin çağırılmasına xidmət edir (İnternet səhifələrinə baxış üçün 
proqram əlavəsi); 

Bələdçini yükləyir (fayllar və qovluqlar ilə iş üçün proqram əlavəsi); 


71 

video və audio faylların əks olunması üçün Windows Media 
proqramını yükləyir.
Məsələlər panelinin sağ küncündə düzbucaqlı şəkildə düymə vardır. 
Onun üzərində heç bir işarə yoxdur. Mouse göstəricisi ilə bu düyməyə 
vurduqda açılmış bütün pəncərələr yığılır və İşçi stol boşalır.
Məslələr panelinin sağ tərəfində özu-özünə avtomatik yüklənən və üzərində 
müxtəlif düymələr saxlayan “Try” paneli yerləşir.
Burada 
cari zaman və vaxt əks olunur. Əgər Mouse göstəricisini bura yönəltsək 
açılan düzbucaqlıda bügünkü gün və həftənin günü sözlərlə əks olunacaqdır.
Onun yanında dinamikin nişanı əks olunur. Bu nişan vasitəsilə səsin 
yüksəklikliyini artırıb azaltmaq olar. Əgər sizin kompüterə səs gücləndiriciləri 
və qulaqcıqlar qoşulmuşsa, səsi tənzimləmək mümkündür. Dinamik nişanının 
solund
a hesablama şəbəkəsinin işə hazır olub-olmamasına aid nişanı görə 
bilərik. Əgər bu nişanın üzərində çarpaz xətt varsa şəbəkəyə qoşulmanın 
mümkün olmaması deməkdir. Məsələn, buna səbəb kabelin kompüterin şəbəkə 
kartına qoşulmaması və ya sistemin mövcud şəbəkə kartı üçün drayver 
müəyyənləşdirə bilməməsi ola bilər. 
Məsələlər panelinın bu hissəsində ən solda dil indikatoru yerləşir. Adətən 
rus dilində olan əməliyyat sistemlərində seçim üçün iki dil – rus və ingilis dili 
olur. RU 
onu ifadə edir ki, hazırki anda mətnin daxil edilməsi zamanı 
klaviaturadan rus hərfləri daxil ediləcəkdir. Əgər indikator EN vəziyyətin-
dədirsə, o zaman klaviaturadan latın hərfləri daxil ediləcəkdir.
Dil indikatoru nişanına yeni dilin daxil edilməsi üçün nişanın üzərində 
Mouse 
göstəricisinin sağ düyməsini vurduqda açılan kontekst menyusundan 
Sazlama (Настройка) əmrini seçmək lazımdır. Açılan dialoq pəncərəsindən 
istifadəçi ona lazım olan dili indikator panelinə daxil edə bilər. Məsələn, AZ 
vəziyyəti klaviaturadan azərbaycan dilində informasiyanın daxil edilməsi üçün 
latın hərflərinin daxil edilməsi imkanını verir.
Bir dildən başqa dilə keçmə əməliyyatı Mouse göstəricisini indikatporun 
nişanı üzərində vurub açılan menyudan lazım olanı seçməklə həyata keçirilir. 
Bundan başqa klaviaturadan düymələrin kombinasiyalarından da istifadə edilir. 
Adi halda, yəni əlavə sazlama olmadan Alt + Shift düymələri vasitəsilə dil 
rejimini dəyişə bilərik. Eləcə də aktiv proqram əlavələrinə keçid üçün Alt+Tab 
düymələrindən istifadə edə bilərik.
Məsələlər panelinın orta hissəsində istifadəçi tərəfindən yüklənmiş 


72 
obyektlərin düymələri əmələ gəlir. Məsələ ondadır ki, bir neçə proqram 
əlavəsini birdən yükləmək mümkündür. Windows 7 ƏS onların hər biri üçün 
uyğun pəncərə açacaqdır.
Pəncərələrlə iş zamanı dediyimiz kimi onları ekrandan yığmaq 
mümkündür. Bu zaman pəncərə ekrandan itəcək və Məsələlər panelində düymə 
kimi əks olunacaqdır. Ixtiyari anda Məsələlər panelində lazım olan düyməyə 
Mouse 
göstəricisini vurduqla keçmək olar. Bu pəncərə həm də başqa 
pəncərələrin üzərinə keçərək aktiv olacaqdır.

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə