Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə54/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   355
INFORMATIKA KITAB BUTOV-1

 
 
3.7.3. 
Pəncərələr 
 
Pəncərə - ekranın duzbucaqlı oblastı olub proqram əlavələrinin işinin 
nəticələrinin və ya istifadəçi üçün müəyyən məlumatların əks olunduğu yerdir.
Adətən pəncərənin yuxarı hissəsində onun adının yazıldığı zolaq olur. Bu 
zolaq başlıq sətri adlanır. Istifadəçinin hal-hazırda işlədiyi pəncərə aktiv 
pəncərə adlanır. Digər məsələlərə aid olan pəncərələr bir növ ikinci plana keçir 
və aktiv pəncərənin işinə mane olmur. 
Pəncərələri təyinatına görə standart və dialoq pəncərələri olaraq təsnifat-
lan
dırmaq olar. Bütün pəncərələr eyni tipli elementlərə malikdir. Bu da Win-
dows 7 ƏS ilə işi əlverişli edir (qrafik interfeysə malik digər əməliyyat sistem-
ləri ilə də) – yeni proqramın pəncərəsinin elementləri başqa pəncərələr kimi ol-
duğundan onunla işi asanlıqıa mənimsəmək olur. Indi isə bu elementlərə baxaq.
Windows 7 ƏS-nin standart pəncərəsi aşağıdakı elementlərə malikdir: 

 
pəncərənin sərhəddi (границы окна) 

pəncərənin xarici kənarlarıdır. 
Mouse 
göstəricisini pəncərənin sərhəddinə tuşladıqda oxlara çevrilir və 


65 
sərhəddi hansı istiqamətdə çəkmək mümkün olduğunu göstərir. Pəncərənin 
ölçülərinin dəyişdirilməsi əməliyyatı aşağıdakı kimi aparılır: Mouse 
göstəricisini dəyişdiriləcək obyekt üzərinə tuşlayıb sol düyməni basıb 
saxlayaraq göstəricini lazım olan yerə çəkmək lazımdır; daha sonra Mouse 
düyməsini buraxmaq lazımdır; Beləliklə pəncərənin ölçülərini dəyişmiş oluruq.

 
başlıq sətri (
заголовок) 

pəncərənin yuxarı sərhəddi boyunca yerləşib 
açılmış pəncərənin nişanını, pəncərənin adını və pəncərəni idarə edən düymələri 
özündə əks etdirir. Mouse göstəricisini başlıq sətrinə tuşlayaraq ekran səthinin 
ixtiyari hissəsinə sürüşdürmək mümkündür. pəncərəni idarə edən düymələri 
onun vəziyyətini dəyişmək imkanı verir. Pəncərənin vəziyyətləri sizin təyin 
etdiyiniz sərhədlərdə olduğu zaman 
normal
; Məsələlər panelində düyməyə 
çevrildiyi və ekranda görünmədiyi zaman 
yığlımış
; ekranın bütün mümkün olan 
səthini əhatə etdiyi zaman 
bütün ekran boyu açılmış
olur. Düymələr aşağıdakı 
kimi olur:
Yığmaq - pəncərəni Məsələlər panelində düyməyə çevirir. Pəncərə bir 
növ ekrandan “əriyərək” düyməyə çevrilir; 
Bütün ekran boyu açmaq - e
kranda yerləşməsi mümkün olan qədər açılır; 
Normal - 
pəncərənin ölçülərini bütün ekran boyu açıldıqdan sonra bərpa 
edir. Bu zaman pəncərənin ölçüləri normal olur. Bu düymə pəncərə bütün ekran 
boyu açıldıqdan sonra əmələ gəlir. 
Bağlamaq - pəncərəni bağlayır və proqramla işi bitirir. Beləliklə ixtiyari 
obyektlə işi bitirmək üçün bu düymədən istifadə etmək olar.

menyu sətri (ст рока меню) 
– 
adətən başlıq sətrinin altında yerləşir və 
proqramın əsas menyu əmrlərini özündə saxlayır; 

alətlər paneli (панель инст румент ов) 
– 
düzbucaqlı və ya zolaq şəklində 
xüsusi elementlər olub alətlər və sahə parametrlərini idarə etmə düymələrinə 
malikdir. (belə paneldən bir neçəsi ola bilər);

lent (лент а) 
– 
müxtəlif idarəetmə elementlərinin nişanlarının yerləşdiyi 
oblastdır; 

işçi oblast (рабочая област ь) 

pəncərənin orta hissəsi olub, obyektlərin 
emal olunduğu yerdir. Əgər pəncərənin ölçüləri bütün işçi oblasti görməyə 
imkan vermirsə, o zaman işçi oblastin baxış oblastı adlanan yalnız bir hissəsi 
görünəcək. Bu halda sağ və aşağı sərhədləri boyunca fırlanma zolaqları 
meydana çıxacaqdır; 

fırlanma zolaqları
(полоса прокрут ки) 
– 
işçi oblastda baxış oblastının yer 
dəyişməsi üçün xidmət edir. Düymə uclarında oxlar vardır. Mouse ilə sol 
düyməyə vurduqda uyğun istiqamətdə irəliləmə baş verəcəkdir. Firlanma 
zolaqları üzərindəki düymə sürüşkən adlanır və işçi oblastda baxış oblastının 
vəziyyət göstəricisini əks etdirir. Onu firlanma zolağının başqa yerinə 


66 
sürüşdürdükdə baxış oblastını sürüşdürmüş oluruq. Sürüşkənin ölçüsünün 
firlanma 
zolaqlarının ölçüsünə nisbəti işçi obalastın ölçüsünün baxış obalastın 
ölçüsünün nisbətinə bərabərdir; 

vəziyyət sətri (ст рока сост ояния) 
– 
adətən pəncərənin aşağı sərhəddi 
boyunca yerləşir və emal olunan obyekt haqqında informasiyaya malik olur. 
Dialoq p
əncərəsi əmrin yerinə yetirilməsi üçün əlavə informasiyaya və 
bəzi parametrləri sazlamağa və s. imkan verən elementlərə malikdir. Dialoq 
pəncərələri həm sadə, həm də kifayət qədər fərqli informasiya ilə 
zənginləşdirilmiş də ola bilərlər. Dialoq pəncərələrinin bir özəlliyi vardır: 
onların ölçülərini dəyişmək mümkün olmur.
Əgər bütün parametrlər dialoq pəncərəsində yerləşmirsə, onları 
qruplaşdıraraq nişanlar (вкладки) adlanan alt pəncərələrdə yerləşdirirlər.
Nişan (Вкладка) – bu nişanda yerləşdirilən parametrlər qrupunu təyin 
edən nişanla eyni adda kiçik yarlık çıxıntısina malik olan düzbucaqlıdır. Bir 
nişan hər zaman tam olaraq ön planda görünür və aktiv adlanır. Digər nişanların 
isə onlara uyğun kiçik yarlıkları görünür.
Düymə (Кнопка) – uyğun yazıya və ya bu düymənin başqa təyinat 
i
şarəsinə malik düzbucaqlı formasındadır. Düyməyə Mouse ilə vurduqda bu 
düymə ilə bağlı əməliyyat yerinə yetirilir.
Bayraq (Флажок) – düymənin sağında uyğun yazıya malik kvadratdır. 
Kvadratın qeyd edilməsi uyğun rejimin aktiv olduğunu, boş kvadrat isə - 
rejimin aktiv olmadığını göstərir. Bayrağın vəziyyətini kvadrat və ya rejimin 
adı üzərində Mouse ilə vurduqda dəyişmək olar.
Keçirici (Переключатель) – bir parametrin çoxlu sayda qiymətlərinin 
qara nöqtəli dairələr dəsti ilə verilməsidir. Nöqtə seçilmiş qiyməti göstərir. 
Başqa qiyməti seçmək üçün uyğun dairə üzərində və ya lazımi punktun adında 
Mouse 
ilə vurmaq lazımdır.
Mətn sahəsi (Текстовое поле) – düzbucaqlı sahə olub Mouse 
göstəricisini onun üzərinə yönləndirdikdə şaquli xəttə çevrilir. Mətn sahəsi 
mətn və ədədi verilənlərin daxil edilməsi üçündür. Daxiletməni başlatmaq üçün 
bu sahədə Mouse göstəricisini vurmaq lazımdır (bu zaman şaquli xətt 
formasında kursor əks olunur).
Ədədi düymələr (Числовые кнопки) – mətn sahəsində düymələrdən 
solda verilmiş ədədi qiymətləri artırıb azaltma imkanı verir.
Siyahı (Список) – birinin seçilməsi tələb olunan bir neçə qiymətin 
sıralamasını özündə saxlayır. Uyğun qiyməti onun üzərində Mouse göstəricisi 
ilə vurduqda seçilir. Siyahı tam olaraq və ya sağ tərəfində aşağı yönəlmiş ox 
şəkilli düymənin olduğu bir sətir kimi (belə siyahı açılan siyahı adlanır) görünə 
bilər. Bu düymənin aktivləşdirilməsi siyahının bütün elementlərini əks etdirir. 
Seçimdən sonra bu cür siyahı təkrar olaraq yığılır və yalnız seçilmiş qiyməti 
göstərir.


67 
Pəncərənin ölçüsünün dəyişdirilməsi (Изменение размера окна) 
(normal vəziyyətdə) pəncərənin çərçivələrinin Mouse göstəricisi ilə dartılması 
ilə həyata keçirilir.
Pəncərənin yerinin dəyişdirilməsi (Перемещение окна) (normal 
vəziyyətdə) Mouse göstəricisini başlıq sətrinə tuşlayıb sürüşdürməklə həyata 
keçirilir. 
Fırlanma zolaqları (Полосы прокрутки) pəncərənin içindəkilər 
ekranda tam əks olunmadıqda meydana gəlir. Pəncərənin içindəkilərə baxmaq 
üçün aşağıdakı variantlar vardır:

düymələrdə və firlanma zolaqlarında Mouse ilə vurmaqla;

sürüşkənin yerini dəyişdirməklə; 

sürüşkənlə düymələr arasındakı oblasta Mouse ilə vurmaqla. 
Pəncərənin bağlanması (Закрытие окон) proqram əlavələri ilə iş 
bitdikdən sonra həyata keçirilir. Aktiv pəncərə aşağıdakı üsullardan biri 
vasitəsilə bağlana bilər: 

pəncərəni bağlamaq düyməsi ilə; 

klaviaturadan Alt+F4 
düymələri ilə; 

File (
Файл) menyusundan Çıxış (Выход) əmrini seçməklə; 

pəncərənin sistem menyusundan Bağlamaq (Закрыть) əmrini seçməklə 
(sistem menyunun düyməsində Mouse ilə vurduqda). 

Əlavə variantlar. 

Hiperistinad (Гиперссылка) – söz və ya söz birləşməsi şəklində görünüb, 
Mouse 
göstəricisini tuşladıqda seçilir və göstərici əl işarəsi şəklini alır. 
Hiperistinad 
əsas mətndən adətən rəngi ilə seçilir. Mouse ilə hiperistinada 
vurduqda uyğun əməliyyat yerinə yetirilir, məsələn yeni sənəd yüklənir. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə