297
C) İEEE 802.4;
D) İEEE 802.5;
E) Heç biri.
49.
İnternetdə baza protokolu hansıdır?
A) FTP; B) HTML; C)
İSP;
D) HTTP; E) TCP/ IP.
50.
Aşağıda göstərilənlərdən hansı İnternet-də elektron poçt ünvanı olaraq
götürülə bilər?
A) www.sara@yahoo.com
B) nT@@mgpu.nisk.ni
C) victor@
D) ?xizOI23@bakililar.az
E) www.rambler.ru
IX FƏSİL
9.1.
Kompüter qrafikası
Kompüter
vasitəsilə təsvirlərin yaradılması və emal problemləri tədqiqi
üsulları ilə məşqul olan informatika elminin bölməsi
kompüter
qrafikası
adlanır.
İndiki zamanda kompüter qrafikası bir elm kimi formalaşıb. Müxtəlif tipli
təsvirlərin yaradılması üçün-sadə sxemlərdən başlayaraq təbii obyektlərin
realistik obrazlarına qədər, aparat və proqram təminatları istifadə olunur.
Kompüter
qrafikası bütün elm və mühəndis sahələrində informasiyanın əyani
üsullar ilə qavranması və çatdırılması üçün istifadə olunur.
Kompüter
qrafikasının tədbiqi sahələri müxtəlifdir.
Hər istiqamət üçün,
qrafiki proqramlar adlanan, xüsusi
proqram təminatı istifadə olunur.
Elm qrafikası
Bu istiqamət ən birinci yaranıb.
Tədbiqi elmin tədqiqi obyektlərinin
vizualizasiyası
(əyani
təsviri),
hesablama nəticələrinin qrafiki
emalı, hesablama experimentlərin
nəticələrinin əyani çatdırılması
əyani çatdırılması
üçün istifadə
edilir.
298
İşgüzar qrafika
Kompüter
qrafikasının bu sahəsi müxtəlif firmaların işində istifadə
olunan
illüstrasiyaların yaradılmasında
istifadə olunur. Plan göstəricilər, hesabat
sənədləşməsi, statistik məlumatlar – bu
obyektlərin
təsvir
materiallarının
yaradılmasında
işgüzar qrafikadan istifadə
olunur. İşgüzar qrafikasının proqram
vasitələri adətən cədvəl prosessorların
(elektron cədvəllərin) tərkibinə salınır.
Konstruktor qrafikası
Bu qrafika mühəndis konstruktorların işində,
yeni texnikanın yaradılmasında, çertyojların
hazırlanmasında istifadə olunur.
Qrafiki üsullar hesablamalar ilə birlikdə,
detalların optimal konstruksiysının axtarışında,
konstruksiyanın dəyişməsi nəticəsində nə baş
verdiyini proqnozlaşdırmada istifadə olunur. Konstruktor qrafikasının
vasitələrini
istifadə edərək, detalların müxtəlif proyeksiyalarının, üçölçülü
təsvirlərin yaradılması mümkündür.
İllüstrativ qrafikası
İllüstrativ qrafika insana proqram vasitələrindən və müxtəlif alətlərdən
(qələm, kist, xəttkeş, pozan və s.) istifadə edərək, kompüter vasitəsi ilə
istənilən rəsm əsərlərinin yaradılmasına imkan verir. İllüstrativ qrafikanın
proqram təminatı ümumi təyinatlı proqram təminatına aiddir.
Rəsm və reklam qrafikası
Bu
nisbətən yeni, lakin populyar istiqamət kimi sayılır. Kompüter
vasitəsilə reklam roliklar, multifilmlər, kompüter oyunları, videodərsliklər,
video
təqdimatlar və s. yaradılır.
Bunların hazırlanmasında istifadə
olunan proqram paketləri, sürətli və
yaddaş həcmi çox olan kompüter resurslarını tələb edir. Bu proqram paketləri,
b
aşqalarından fərqli olaraq,
realistik (təbii formaya çox
yaxın) və hərəkət edən
təsvirlərin yaradılmasında
istifadə olunurlar.
Realistik
obrazların yaradılması üçün
istifadə olunan proqram
299
paket
lərində mürəkkəb riyazi aparatdan istifadə olunur.
Üçölçülü (
fəza) obyektlərin təsvirlərinin alınması, onların çevrilməsi,
yaxınlaşdırılması, uzaqlaşdırılması, deformasiyası – bunların hamısı həndəsi
hesablamalar ilə bağlıdır.
Obyektin, işıq mənbəyinin yerindən asılı olaraq,
işıqlandırılması, kölgələrin formaları - bunların hamısı, optik qanunları nəzərə
alaraq, hesablamalar tələb edir.
Dostları ilə paylaş: