|
![](/i/favi32.png) Mübariz Xəlilov, Nazlı HəsənovaINFORMATIKA KITAB BUTOV-13D Studio MAX
qrafiki redaktorunu
filmlərin çəkilməsində istifadə edirlər. Çox populyar olmayan, lakin çox
dəyərli olan
Maya
qrafiki redaktorundan multiplikasiya filmlərinin
çəkilməsində istifadə olunur.
AutoCAD
proqramı maşınqayırmada çertyojların yaradılması üçün,
ArhiCAD
isə arxitektur modelləşdirilmədə istifadə olunurlar. Fəzada istənilən
formanın yaradılmasınin əsasını sətt və obyektin sərhədləri təşkil edir.
Üçölçülü fəzada sətt üç nöqtə ilə təyin olunur. Bu, səttlər vasitəsilə obyektin
modelinin yaradılmasına imkan verir. Sonra isə obyektə əlavə parametlər təyin
olunur (materialın növü, işıqlandırılma, kölgə və s.).
Əks etdirmə qabiliyyəti və təsvirin ölçüsü
Əks etdirmə qabiliyyəti
–
təsvirin detallaşdırilma dərəcəsini göstərən
parametrdir, o, sa
hədəki bir kvadrat düymdə olan piksellərin sayını göstərir
(
dpi
). Buna görə də təsvirin əks etdirmə qabilliyyətindən danışdıqda, biz onu
hansı sa giriş ya da çıxış qurğusuna aid edirik. Buna görə də aşağıdakıları
fərqləndirmək lazımdır:
•
Ekranın əks etdirmə qabiliyyəti,
•
Çap qurğusunun əks etdirmə qabiliyyəti,
•
Təsvirin əks etdirmə qabiliyyəti.
Ekranın əks etdirmə qabiliyyəti
-
bu göstərici monitorun və
videoadapterin parametrlərindən və istifadə olunan əməliyyat sistemindən
asılıdır (məs., Windows sistemində quraşdırılmış parametrlərdən).
Ekranın əks
etdirmə qabiliyyəti
piksel ilə ölçülür və təsvirin ekranda bütövlükdə
yerləşməsinin ölçülərini təyin edir. Məs., ekranın əks etdirmə qabiliyyəti 72
piksel 1 düymə ola bilər.
Çap qurğusunun əks etdirmə qabiliyyəti
-
bu printerin xüsusiyyətinə
aiddir, və kağızın üzərində bir düym uzunluğunda çap olunan nöqtələrin sayı
ilə ölçülür
dpi
( dpi - dot per inch).
|
|
|