Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə259/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Vektor fayllarının həcmi çox olmur,
kompüter
in yaddaşında təsvirin 
başlanqıc və son koordinatları qalır. 
Əks olunma
anlayışı vektor qrafikasına
 
tədbiq olunmur
.
Vektor qrafikası üçün istifadə olunan proqramlar: 

Corel Draw 

Adobe Illustrator 

Macromedia Freehand

AutoCAD 

İstifadəsi: 

Loqotip, emblem, vizit katrtlar, simvol təsvirlərinin yaradıması üçün; 

Çertyoj, sxem, diaqramların qurulması üçün; 

Aydın konturları olan təsvirlərin şəklinin çəkilməsi üçün; 

Təsvir obyektlərinin modelləşdirilməsi;

Üçölçülü təsvirlərin yaradılması.


303 
Belə vasitələr reklam agentliklərində, dizayner bürolarında, redaksiya və 
nəşriyyatda geniş istifadə olunur. 
Şriftlərin və ən sadə həndəsi elementlərin tətbiqinə əsaslanan tərtibat işləri 
vektor qrafikası vasitələrindən istifadə etməklə xeyli asanlaşır. Vektor qrafikası 
vasitələrindən istifadə etməklə indiki zamanda istifadəçilər yüksək bədii 
keyfiyyətlərə malik əsərlər yarada bilirlər, lakin ümumilikdə belə əsərlər istisna 
təşkil edirlər, çünki yüksək səviyyəli əsərlərin vektor qrafikasının köməyi ilə 
hazırlanması olduqca mürəkkəb prosesdir. 
Ümumiyyətlə qeyd etmək lazımdır ki, rastr qrafikasında da xətlərdən 
isti
fadə edilir. Amma belə xətlər ümumilikdə nöqtələrin kombinasiyası kimi 
nəzərdən keçirilir. Rastr qrafikasında xəttin hər bir nöqtəsi üçün yaddaşın bir 
və ya bir neçə xanası ayrılır. Xətti əmələ gətirən nöqtələrin rənglərinin sayı 
artdıqca yaddaşda onlar üçün ayrılan xanaların sayı da mütənasib olaraq bir o 
qədər artmış olur. Beləliklə, rastr xətti uzandıqca, yaddaşda daha çox sahə tələb 
olunur. Bundan fərqli olaraq vektor qrafikasında xətt üçün tələb olunan yaddaş 
sahəsi xəttin uzunluğundan asılı olmur. Xətt üzərində hansı əməliyyatın 
aparılmasından asılı olmayaraq xətt üçün ayrılmış yaddaş sahəsi deyil, yalnız 
yaddaş sahəsində saxlanılmış parametrlər dəyişmiş olur. Bu zaman yaddaş 
sahəsindəki xanaların sayı dəyişməz qalır. 
Qeyd etdik ki, vektor qrafikasının əsas elementi xətdir. Deməli, vektor 
qrafikası ilə əldə edilmiş vektor illüstrasiyasında olan istənilən təsvir xətlərdən 
ibarətdir. Yəni sadə obyektlər birləşərək mürəkkəb obyektləri, illüstrasiyanı 
əmələ gətirirlər. Buna misal olaraq sadə obyekt kimi dörd xəttin birləşərək 
mürəkkəb obyekt olan dördbucaqlını əmələ gətirməsini göstərmək 
mümkündür. Digər misalı kub fiquruna aid etmək olar. Kub bir qədər 
mürəkkəb obyektdir. Onu ya on iki əlaqələndirilmiş xətt kimi, ya da altı 
əlaqələndirilmiş dördbucaqlı kimi nəzərdən keçirmək olar. Belə yanaşmaya 
görə vektor qrafikasını bəzən obyektyönümlü qrafika da adlandırırlar. 
Vektor redaktorlarında hər bir xətt üçüncü tərtibli riyazi əyri kimi təsvir 
edilir və buna görə də nöqtələr kombinasiyası kimi yox, riyazi düstur şəklində 
təsvir edilir. Vektor qrafikasında istənilən obyekti ekrana çıxarmazdan əvvəl 
kompüter
in yaddaşında olan proqram ekran nöqtələrinin koordinatlarını 
obyektin təsviri üçün hesablayır. Obyektin printerdə çapı zamanı da analoji 
hesablamalar həyata keçirilir. Bu səbəbdən də vektor qrafikasına bəzən 
hesablanan qrafika da deyirlər. 
Digər obyektlər kimi, xətlərin də öz xüsusiyyətləri vardır. Bu 
xüsusiyyətlərə aşağıdakıları aid etmək olar: 

xəttin forması (düz, əyri); 

xəttin qalınlığı; 

xəttin rəngi; 


304 

xəttin qrafik təsviri (bütöv, qırıq xətlər). 
Qapalı xətlərin əmələ gətirdiyi daxili sahə rənglənmə sahəsinə malik olur. 
Daxili sahəni rənglə, naxışla doldurmaq mümkündür. 
Sadə xətt (xətt əgər qapalı deyilsə) iki təpə nöqtəsinə malik olur və onlara 
da düyün deyirlər. Xəttin təpələrinin necə görünməsi düyünlərin xassələrindən 
asılı olur.
Vektor qrafikasında miqyaslaşdırma (obyektin böyüdülməsi və ya 
kiçildilməsi) məsələləri asanlıqla həll olunur. Məsələn, əgər xətt üçün 0,15 
qalınlıq müəyyənləşdirilsə, şəkli kifayət qədər böyütsək belə, bu parametr 
dəyişməyəcəkdir. Və yaxud çertyojun böyük və ya kiçik ölçülü kağızda çap 
edilməsindən asılı olmayaraq çertyoju əmələ gətirən xətlərin qalınlığı eyni 
qalacaqdır.
Vektor qrafikasının bu xüsusiyyətlərinə əsaslanaraq ondan kartoqrafiyada, 
avtomatlaşdırılmış layihələndirmənin konstruktor sistemlərində və memarlıq 
işlərinin layihələndirilməsinin avtomatlaşdırılması sistemlərində geniş istifadə 
edirlər. Vektor təsvirlərinin yaradılması və emalı üçün istifadə olunan əsas 
proqram v
asitələrinə qrafik redaktorlar (məs., Adobe İllustrator, Freehand, 
Corel Draw, Live Picture, Adobe Image Styler) və vektorizatorlar – rastr 
təsvirlərini vektor qrafikinə çevirən xüsusi paketlər (məs., Adobe Stream Line, 
Corel Trace) aiddirlər. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə