Mübariz Xəlilov, Nazlı Həsənova


Simmetrik çoxprosessorlu əməliyyat sistemi



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə51/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Simmetrik çoxprosessorlu əməliyyat sistemi
kompüter
də iki və daha çox 
prosessorlarla işləmək imkanına malikdir. ƏS bu zaman hər bir prosessorun 
yükünü balanslaşdırmalıdır. Çoxprosessorlu kompüterlərdə proqramlar ayrı-ayrı 
prosessorlarda paralel rejimdə emal olunur, bu da kompüterin sürətini artırır.
 
3.7. 
Windows 7 
əməliyyatlar sistemi 
Windows 7 – 
qrafik
 
çoxməsələli ƏS olub bir neçə proqramla birgə 
işləməyə imkan verir. Bu ƏS avtonom kompüterin idarə edilməsi üçün nəzərdə 
tutulmuş, eləcə də birranqlı kompüter şəbəkəsinin yaradılması imkanlarına 
malikdir. ƏS həmçinin beynəlxalq İnternet şəbəkəsinə kompüterin inteqrasiya 
vasitələrini də özündə saxlayır. Windows 7 ƏS ilə işləmək sələflərinə nisbətən 
daha
asan və rahatdır.
ƏS-nin müvəffəqiyyətlə yüklənməsindən sonra monitorun ekranında 
DeskTop (
Рабочий стол-
İşçi stol
) əks olunur. Bu andan etibarən Windows 7 
sistemi işə hazırdır.


61 
3.7.1.
DeskTop (
Рабочий стол - 
İşçi stol) 
Windows 7 
ƏS
yükləndikdən sonra ilk olaraq ekranda üzərində sənədlərin, 
qovluqların, proqramların və ya Windows əlavələrinin qrafiki təsviri – nişanlar 
və yarlıqlar olan 
İşçi stol
(
Рабочий стол, Desktop) görünür. 
Işçi stol
bu ƏS-nin 
vizual idarəetmə mühitinin əsas ekranı adlanır. Məhz burada kompüterin işinə 
nəzarət edilir. Bu “
elektron stol
”un üstündə istifadəçi fayllar və qovluqlar 
yarada və onların nişanlarını ekranın ixtiyari yerində yerləşdirə bilər. 
Kompüterdə yüklənən hər bir proqram da Işçi stolda özünəməxsus kiçik 
pəncərədə funksiya edir. 
İşçi stolda obyektlərin nişanları yerləşdirilmişdir: qovluqlar, disklər, 
proqramlar, fayllar və s. Əgər hər hansı bir obyekt aşağı sol küncdən 
işarəsinə malikdirsə, o zaman bu yarlık nişanını əks etdirir. Yarlık - Işçi stolda 
olmayıb hər hansı bir qovluqda yerləşən obyektə istinaddır (qısa yoldur). Bir 
obyekt müxtəlif qovluqlarda yerləşən bir neçə yarlıka malik ola bilər. Işçi stolda 
bilav
asitə yerləşdirilmiş obyektlər bu cür nişana malik deyillər. Bu obyektin 
nişanı üzərində Mouse qurğusunun sol düyməsi ilə iki dəfə vurduqda həmin 
obyektin pəncərəsi açılır. Yarlık üzərində Mouse qurğusunun sol düyməsi ilə 
iki dəfə vurduqda həmin yarlıkın istinad etdiyi obyektin pəncərəsi açılır.
Faylın açılması üçün onun nişanı üzərində Mouse qurğusunun sol 
düyməsi ilə iki dəfə vurmaq kifayətdir. Bəzi istifadəçilər onlara lazım olan 
fayllara tez daxil olmaq üçün onların yarlıklrını Işçi stolda saxlayırlar. Bəziləri 
isə faylları xüsusi qovluqlarda saxlayırlar.


62 
Işçi stol ilkin olaraq dörd əsas elementə malikdir.

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə