Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə50/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Cd.. 
Üst qovluğa keçid 
Cd\ 
Baş kataloqa keşid 
Chkdsk
disk 
Diskin yoxlanılması 
Cls 
Ekranın təmizlənməsi 
Comp
fayl1 fayl2 
İki faylı bir-biri ilə müqaisə edir 
Copy 
file1 file2 
Faylı başqa yerə köçürür 
Copy 
file prn 
Faylı printerə çapa göndərir 
Copy con
new file 
Yeni fayl yaradır 
Copy f1+f2+...fn

Bir neçə faylı bir faylda birləşdirir 
Date 
dd-mm-yy 
Sistem tarixi göstərir 
Del (Erase)
file 
Faylı silir 
Dir 
Path 
Qovluğun tərkibini göstərir 
diskCopy
disk1 disk2 
Diskin sürətini başqa diskə köçürür 
diskComp
disk1 disk2 
İki diskin tərkibini bir-biri ilə müqaisə edir 
Fdisk 
Fiziki diski format edib, məntiqi disklərə bölür 
Format
disk 
Bütün diskin format olunması 
Format
disk/
s
Diski format edib sistem diski yaradır 


59 
Label 
disk label 
Məntiqi diskə ad verir 
Mkdir (md
) path 
Yeni qovluq 
yaradır
Recover
file 
Zədələnmiş faylı bərpa edir 
Rename
file newname 
Faylın adını dəyişir 
Replase
Path1 Path2 
Faylı bir qovluqdan başqa qovluğa göndərir 
Rmdir 
path 
Boş qovluğu silir 
Time
hour-diq-sec 
Sistem vaxtı göstərir (lazım olduqda yenisinə 
dəyişə bilərik) 
Type
file 
Faylın tərkibini ekranda göstərir 
Xcopy 
Path1 Path2 
Qovluğu fayllarla birlikdə başqa qovluğa 
köçürür
3.6. 
Kompüterlərin iş rejimləri 
 
Kompüter
lər eyni vaxtdakı istifadəçilərinin və icra etdikləri fəal 
proqramların sayına görə müxtəlif iş rejimlərinə malik olurlar. 
Çoxməsələlik
. Bu iş rejimi kompüterdə eyni vaxtda bir neçə tapşırıq yerinə 
yetirilməsinə imkan verir. Çoxməsələli rejimində kompüterin yaddaşına eyni 
zamanda bir neçə proqram yüklənir.
Əvvəlki ƏS-nin (MS DOS OS/2 və s.) istifadəsində yalnız bir proqram 
yerinə yetirildiyinə görə əksəriyyət hallarda kompüterin resurslarından səmərəli 
istifadə olunmurdu, prosessor yarımçıq yüklənirdi, əməli yaddaşın böyük 
hissəsi boş qalırdı, periferiya qurğuları giriş-çıxış əmrlərini gözləyirdi. Müasir 
ƏS-də çoxməsələlik rejimində kompüterin resursları daha effektiv istifadə 
olunur. Bu halda yaddaşın ünvan fəzası fəal proqramlar üçün kəsişməyən 
sahələrə ayrılır və bu sahələrdə hər proqram digərləri ilə münaqişə yaratmadan 
ona ayrılmış öz yaddaş hissəsində icra olunur. Proqramların icrası zamanı 
kompüter
in heç bir resursu iki müxtəlif proqramın istifadəsinə eyni vaxtda 
təqdim olunmur.
Prosessor vaxtı ilə proses başqa cür gedir. Prosessor bir taktda yalnız bir 
elementar 
əməliyyat yerinə yetirə bilər. Əməli yaddaşdakı fəal proqramların 
birgə işini təmin etmək üçün hər bir proqrama kiçik zaman intervalı ( bir neçə 
millisaniyə) ayrılır. Prosessor bir proqramdan digərinə keçərək onları növbə ilə 
yerinə yetirir. Hər bir proqram “porsiyalar” çoxluğuna çevrilir ki, minlərlə bu 
cür porsiyaları kompüterin müxtəlif qurğuları icra edir – bir proqram elektron 
cədvəl ilə hesablama aparır, ikincisi sənəd çap edir, üçüncüsü verilənlər bazası 
yerləşən serverə müraciət edir və s. Istifadəçidə belə təsəvvür yaranır ki, bütün 
fəal proqramlar kompüterdə eyni vaxtda icra olunur. 
Çoxsellilik
. Çoxsellilik rejimi bir qədər çoxməsələlik mexanizminə 
bənzəyir. Kompüter resurslarından daha da səmərəli istifadə olunması 


60 
məqsədilə bəzi proqramların özləri ayrı-ayrı prioritetləri hissələrə bölür. Bu bir 
proqram daxilində eyni vaxtda müxtəlif proseslərin icrasına imkan verir. 
Virtual yaddaş.
Məlumdur ki, ünvan fəzası kompüterdə sistemin istifadə 
edə biləcəyi əməli yaddaş tutumudur. Əgər kompüterin əməli yaddaş tutumu 1 
Gbayt təşkil edirsə, deməli kompüter 1 Gbayt yaddaş ünvanlaşdıra bilər. Virtual 
yaddaş mexanizmi əməli yaddaşın davamı ikinci yaddaş (HDD diskində) 
hissəsini ayırıb istifadə olunmasına imkan verir. Bu rejim digər mexanizmlər 
kimi kompüter 
resurslarından daha da səmərəli istifadə olunmasına imkan versə 
də, xarici yaddaş qurğularının aşağı sürətə malik olmasını nəzərə almaq 
lazımdır. Virtual yaddaş əməli yaddaş kimi müvəqqətidir. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə