Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

Mübariz Yusifov
94
alt, üst, art, ard, and, ölç, sərt, sürt, dart, dürt, qart, bərk, qorx, 
hürk kimi nümunələri misal göstərmək olar. Söz sonuna bu sa-
mitlərin qoşulması sonuncu səsin tələbi deyil, şəkilçiləşmə yolu 
ilə yeni sözlərin əmələ gəlməsi prosesinin izləridir. Tədqiqatlar-
da bu tipli yanaşmalar fuziya termini ilə adlandırılır.
11
 
İlkin köklərin təşkilində, göründüyü kimi, sait səslər təşki-
ledicilik vəzifəsini yerinə yetirməklə yanaşı müstəqil köklərin 
formalaşmasında aparıcılıq funksiyası daşımışdır. Samit səslərin 
isə hamısı müstəqil sözyaratmada fəal iştirak edə bilməmişlər. 
A.M.Şerbak kök türkcədə 15 samit səsin fəal olduğunu göstə-
rir.
22
 Ancaq Azərbaycan  dilinin  samit  fonemlərinin  təhlilindən 
belə nəticəyə gəlmək olur ki, köklərin əvvəlində fəal sözyaratma 
üçün 10 samit səs (q, k, g, y, t, d, ç, s, p, b) intensiv olmuşdur. 10 
samit səs (h, x, c, ş, z, l, n, f, v, m) təqlidi sözlərin yaranmasında 
işlənir, üç səs (ğ, r, j) isə söz əvvəlində işlək deyildir. Başqa dil-
lərlə (məsələn, analitik-flektiv) müqayisədə bu göstərici azdır. 
Ancaq bunun üzərinə söz əvvəlində fəal olan 8 sait səs əlavə 
olunduqda bu nisbət bizim dilimizin xeyrinə xeyli dəyişmiş olur. 
Çünki Azərbaycan dilində söz əvvəli üçün səciyyəvi olan ə, ö, 
ü saitləri intensiv işləndiyi halda analitik-flektiv dillərin bir qis-
mində  belə  saitlər  formalaşmamışdır.  Samit-sait-samit  tərkibli 
sözlərdə isə birinci samit mənanın fərqləndirilməsinə, sait səs 
birinci və sonuncu samitlə əlaqə yaradılmasına, həm də məna 
1
А.А.Реформатский. Агглютинация и фузия как две тенденции грамма-
ти ческое  строение  слова.  “Морфологическая  типология  и  проблема 
классификации языков”. М-Л., 1965, с. 69-91; Ф.Г.Исхаков. Некоторые 
предложение о происхождении конечных т и д в словах АСТ, УСТ, АЛД, 
АРТ и .т-д. В сб. “Академику В.А.Гордлевскому и его семидесятилетию”. 
М., 1953, с. 114-136. Aytən Hacıyeva. Aqlütinativ dillərdə daxili fleksiya və 
fuziya. Bakı, “Nurlan”, 2007, 327 səh.
2
А.А.Щербак. Сравнительная фонетика тюркских языков. Л., 1970, с. 
105-106.


Linqvistik  tipologiya
95
ardıcıllığına, sonuncu səs isə affiksallığa xidmət edir. Məsələn, 
daş, yaş, baş; yaz, qaz, saz; yar, qar, dar kimi sözlərdə birin-
ci samitlər mənanı fərqləndirir. Kəs, küs; bağ-boğ, köp-kip-küp 
kimi sözlərdə sait səs birinci samitlə sonuncu samiti bağlayır və 
sözdaxili məna ardıcıllığı yaradır. Bal, bağ, baş, biş, bil, bir kimi 
sözlərdə isə son samit affiksallığa xidmət edir.
Azərbaycan dilinin genetik kökləri burada göstərildiyi kimi 
daim A, AB, BA, BAB, ABB, BABB şəklində sabit qalmışdır. 
Dilin köksözlülükdən uzaqlaşması prosesində daxili strukturda 
bir tərəfdən analitizmə-flektivizmə, digər tərəfdən isə aqlütina-
siyaya meyl başlanmışdır. Aqlütinasiyaya meyl güclü olduğun-
dan sonrakı mərhələlərdə son şəkilçilərin silsilə forması inkişaf 
etməyə başlamışdır. Ancaq sonrakı dəyişmə və inkişaf proselə-
rində analitiklik-flektivlik əlamətləri də baş vermişdir ki, dilin 
yaddaşında belə elementlər indiyədək gizli yaşaya-yaşaya sax-
lanılmışdır. Müxtəlifsistemli dillərlə müştərək əlaqələrin müəy-
yənləşdirilməsində bu gizli elementlərin aşkar edilməsinin çox 
böyük əhəmiyyəti vardır. Ona görə də belə elementlərdən bə-
zilərini təhlil etməyə ehtiyac vardır.
Azərbaycan dilini analitik-flektiv dillərdən fərqləndirən bir 
cəhət vardır ki, o da söz başında iki samitin yanaşı işlənməmə-
sindən  ibarətdir. Yanaşı  samitlər  isə  heca  yaratmır  və  deməli, 
samitlərin yanaşı işlədilməsi ilə söz yaranması da mümkün de-
yildir. Sözyaratmada saitin aparıcı rolunu nəzərə almaqla belə 
düşünmək olar ki, harada samit yanaşması varsa bu yanaşmada 
saitin kökdən kənara çıxması sonradan baş verən prosesin nə-
ticəsidir. Məsələn, rus dilindəki stol, stul kimi sözlərdə st bir-
ləşməsi işlənir. Bu sözlərin motivi oturmaqla bağlıdır. Oturmaq 
isə rus dilində sidetğ sözü ilə ifadə edilir. Belə görünür ki, st 
birləşməsinin  mənşəyi  sid-sit  kökləri  ilə  bağlı  olmuşdur.  Rus 
dilindəki  гласить  (demək,  xəbər  vermək)  və  огласить  (yay-


Mübariz Yusifov
96
maq, elan etmək) sözlərində ql səs birləşməsi iştirak edir. Hər 
iki sözdə ql birləşməsi ilkin kökün izi kimi iştirak edir. Kökün 
tam şəkli isə голос sözündəki qol hissəsində ifadə olunur. Bunun 
kimi, Azərbaycan dilində atlanmaq sözü vardır. Sözün tərkibin-
də kök tl səs birləşməsidir. Burada огласить sözündə olduğu 
kimi, tl tərkibində iştirak etməli olan a saiti flektivliyin təsiri ilə 
kənara çıxmışdır. Onun bütöv adekvatı isə tullanmaq sözündəki 
tul hissəsindən ibarətdir. Tul kökünün tıl variantı isə atılmaq sö-
zündə ifadə olunur. Yaxud oğru sözündə kök ğr birləşməsindən 
ibarətdir. Kökün tam şəkli isə oğurluq sözündəki ğur tərkibində 
müşahidə edilir. Belə nümunələr çoxdur və müqayisəli təhlildə 
onların barəsində bəhs edilir.
Azərbaycan dilində aqlütinasiya prosesi gücləndikcə kök və 
şəkilçilərdə  asemantikləşmə  də  baş  vermişdir.  Məsələn,  ağac, 
odun, ayaq, ağız, ağır, asta, üstün, saxla, quzu, quyu, axtar, qaytar, 
qayna, qayış, eniş, yoxuş, qaytan, qabırğa, dəyirman kimi sözlər-
də kök-şəkilçi asemantikləşməsi baş vermişdir. Ona görə də on-
larda kök və şəkilçini ayırd etmək çətinləşir. Bunun kimi sözlərin 
təhlilində isə müxtəlifsistemli dillərin materiallarının müqayisəsi 
çox böyük səmərəli nəticələr əldə etməyə imkan verir.
Genetik köklərdə məna diferensiallaşması
Omonimləşmə. Genetik köklərdə omonimləşmə ilkin mər-
hələni təşkil edir. Omonimləşmə  o mərhələnin məhsulu hesab 
edilir ki, həmin dövrdə dilin fonomorfoloji söz tərkibi zəif inki-
şaf etmiş olsun. Doğrudan da informasiya dilinin ən qədim mər-
hələsində anlayışların qavranılması intensiv olmadığından dildə 
çoxlu söz tərkibinin mövcudluğundan da bəhs etmək mümkün 
deyildir. Belə hesab etmək olar ki, ilkin informasiya mərhələ-
sində söz tərkibləri az olmuş, yeni qavranılan anlayışlar isə bu 
söz  tərkiblərində  yerləşdirilmişdir.  Bu  mərhələ  bütün  dillərdə 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə