Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

Linqvistik  tipologiya
97
birhecalı köklərin formalaşması dövrünü əhatə edir. Belə sözlə-
rin araşdırılması ona görə lazımdır ki, bütün dillər eyni mərhələ-
nin süzgəcindən keçib gəlmişdir. Müqayisəli təhlildə isə doğru 
nəticə almaq üçün müxtəlif dillərə məxsus oxşar quruluşlu kök 
morfemlər  qarşılaşdırılır.
Omonim mənalı kök sözlərin özlərinin formalaşmasında iki 
mərhələ baş vermişdir. Bunlardan birincisinin izləri tonallıqla
11
 
formalaşan  sinkretik  köklərdə  müşahidə  edilir. Tonal  sinkritik 
köklər daha çox bir-biri ilə məna əlaqəsi olmayan müxtəlif nitq 
hissələrinə  aid  sözləri  əhatə  edir.  At  (heyvan)  at  (atmaq),  tut 
(meyvə), tut (tutmaq), daş (cism), daş (daşmaq), dan (üfüq), dan 
(danmaq), qan (maddə), qan (qanmaq), it (heyvan), it (itmək), 
qaz (quş), qaz (qazmaq), qır (maddə), qır (qırmaq), yaz (fəsil), 
yaz (yazmaq) və s.
İkinci mərhələnin izləri isə məcazlaşma yolu ilə əmələ gələn 
sinkretik köklərdə saxlanılır. Bunlara aid aşağıdakı nümunələri 
misal göstərmək olar:
Sağ (diri), sağ (sağ tərəf), kök (meyvə), kök (şişman), göy 
(səma), göy (rəng), yaş (nəm), yaş (ömür), iy (alət), iy (qoxu),  
Ay (göy cismi), ay (vaxt), yal (yalman), yal (yem) və s.
İkinci  mərhələyə  aid  olan  omonimlərin  bir  çoxunda  ho-
mogenlik  (eyniköklülük)  əlaməti  qalmaqdadır:  il  (zaman),  il 
(qaçmaq-ilim-ilim  və  ilmə  sözlərindəki  kimi),  qaş  (gözə  aid 
əlamət), qaş (üfüq), dad (dadmaq), dad (təmas),  (içəri ötür-
mək),    (içəri),    (daxili  orqanlar),  düz  (doğru),  düz  (düzən-
gah), yal (atın yalı), yal (dağın yalı), dal (arxa), dal (dalmaq), an 
(zaman),  an  (xatırla).
Omonimləşmə dilin ilkin sözyaratma mərhələsini əks etdir-
diyi üçün burada söz zənginliyindən bəhs etmək mümkün deyil-
1
А.М.Щербак. Сравнительная фонетика тюркских языков. Л., 1970, с. 
129-136; M. Yusifov. Azərbaycan dili fonetikasının əsasları. Bakı, “Elm və 
təhsil”, 2012, s. 224-226. 


Mübariz Yusifov
98
dir. Başqa sözlə, omonimləşmə söz ehtiyatının məhdud olduğu 
və sözyaratma prosesinin zəif olduğu mərhələnin məhsuludur.
Sinonimləşmə. Sinonimləşmə mərhələsində, artıq sözyarat-
ma  imkanlarının  genişlənmə  prosesi  başlanır. Yəni  bir  kökün 
içərisinə  ayrı-ayrı  anlayışların  daxil  edilməsi  yeni  anlayışlar 
üçün yeni söz qabığının yaranmasını məhdudlaşdırır. Ona görə 
də yeni mərhələdə omonimləşmə öz qüvvəsini itirir. Beləliklə, 
hətta, oxşar və yaxın anlayışların ifadəsi üçün ayrı-ayrı söz qa-
bığının yaranmasına ehtiyac baş verir. Bu proses dilin söz eh-
tiyatının  zənginləşməsinin  başlanğıcı  kimi  özünü  göstərir.  Bu 
mərhələnin izlərini özündə saxlayan faktlara dair aşağıdakı kimi 
nümunələri misal göstərmək olar:
Kəsmək anlayışı ilə bağlı olanlar:
kəs- kəsilmək, kəsdirmək, kəskin
böl -  bölünmək, bölük, bölüşdür
qır – qırılmaq, qırmaq, qırdırmaq
kər –kərtmək, kərənti, kərki
qıy – qıymaq, qıymalamaq
qay –qayçı, qayçılamaq
dil – dilim, dilik, dilimləmək
or – oraq, (y) ortmaq
biç –biçin, biçmək, biçilmək
bıç –bıçaq, bıçaqlamaq
ül- ülgüc, ülgü, ülüşmək
al – almaz, aldırmaq, alışma
Yazmaq anlayışı ilə bağlı olanlar:
yaz – yazı, yazılmaq, yazıçı
çız – çızıq, çızmaq
ciz – cizgi.
Görmək anlayışı ilə bağlı olanlar:
bax –baxmaq, baxılmaq
gör – görmək, görüşmək


Linqvistik  tipologiya
99
zil – zilləmək, dillənmək
Yerimək anlayışı ilə bağlı olanlar:
yer – yeri, yeriş, yerit
yüy-yüyür, yüyürt
dab-daban, dabrı, dabrımaq
Səs anlayışı ilə bağlı olanlar:
səs- səslən, səsli, səssiz
qıy- qıylamaq
qış – qışqırmaq, qışqırtı
çığ – çığırmaq, çığırtı
qu- quloyşa, qulaq
Danışmaq anlayışı ilə bağlı olanlar:
dan – danış, danışıq
din – dinlə, dinləmək
ay – ayıq, ayıtmaq
hay – haylamaq, hayqırmaq
dil –dillənmək
söy – söyləmək, söyləşmək, söymək
söz –sözləşmək, sözlü, sözlük.
Bu cür nümunələrin sayını artırmaq da olar. Məsələ bunda-
dır ki, sinonimlərin kəmiyyəti artdıqca onların sözyaratma po-
tensialı da çoxalır. Dil isə sinonimlərin sayəsində daim zəngin-
ləşməkdə davam edir.
Antonimləşmə.  Antonimlər  yaranma  etibarı  ilə  təbiətdəki, 
cəmiyyətdəki və insanı əhatə edən mühitdəki (o cümlədən insa-
nın daxili aləmindəki) əksikliklərin idrak vasitəsi ilə qavranılıb 
təfəkkür süzgəcindən keçərək sözə çevrilməsi prosesinin məh-
suludur. Antonim sözlər də sinonimlərdə olduğu kimi dilin söz 
ehtiyatının zənginləşməsinə yardım edir. Beləliklə, obyektiv, su-
byektiv, sosial, ictimai həyatı əksliklərsiz, dili isə antonimlərsiz 
təsəvvür etmək mümkün deyil. Antonim kök sözlərin genetik iz-
lərini müasir dilimizdə işlədilən gec-tez, az-çox, gəl-get, öl-qal, 


Mübariz Yusifov
100
alt-üst, al-ver, ac-tox, aç-ört, var-yox, at-tut  kimi sözlərdə gör-
mək olar. Həyat hadisələrinin insan idrakı tərəfindən qavrayışı 
prosesi gücləndikcə yeni yaranan antonim sözlərin kəmiyyəti də 
artır. Nəticədə iki və daha artıq heca tərkibinə malik olan anto-
nimlər yaranır: yeyin-asta, cəld-yavaş, yaxşı-pis, yaxşılıq-pislik, 
gecə-gündüz, işıq-qaranlıq, dərin-dayaz, uzaq-yaxın, gediş-gə-
liş, gözəl-çirkinisti-soyuq, köhnə-təzə və s. 
Enantiosemlər.  Enantiosemiya  termini  yunan  mənşəlidir. 
Bu termin dilçilikdə sözdaxili əks mənalılıq bildirən vahidlərə 
aid edilir.
11
 Məsələn, yaman sözü əslən pis mənasında işlənmiş-
dir. Eyni zamanda yaman sözü yaxşı mənasında da işlənir: ya-
man oxuyur, yaman danışır, yaman yazır və s. Bunun kimi, yazıq 
sözü eyni tərkibdə günahlı-günahsız (məsum, məzlum), bağla-
maq  sözü  açmaq-bağlamaq,  (həyətə  su  bağlamaq-su  açmaq), 
yanmaq sözü yanmaq-yanmamaq (lampa yandı-işıqlaşdı, lam-
pa yandı - xarab oldu), becərmək sözü yetişdirmək-zay etmək 
(bostanı  becərmək-yetişdirmək  bostana  baxmamaq-becərmək) 
kimi mənalarda işlənə bilir. Bunlar dilin müasir vəziyyətinə aid 
olan nümunələrdəndir. Bu nümunələrdə eyni sözün daxili əkslik 
bildirməsi dilin qədim dövrlərinə aid olan əlamətlərin izlərinin 
öz  varisliyini  yaşatmasından  ibarətdir.  Bunlarla  yanaşı  dildə 
təkhecalılıq dövrünə məxsus daxili ziddiyyət bildirməklə səciy-
yələnən elementlərin izləri də saxlanmaqdadır. Bunlara aid aşa-
ğıdakı kimi nümunələri misal göstərmək olar:
1
Л.А.Новикова.  Антонимия  в  русском  языке.  (Семантический  анализ 
противоположоности в лексике) М., 1973, с. 59, 83, 86, 87, 89; А.А.Уфи-
мцева.  Слово  в  лексико-семантической  системе  языка.  М.,  1968  с. 
191-192; Д.Н.Шмелев. Проблемы семантического анализа лексики (на 
материале русского языка). М., “Наука”, 1973, с. 181; З.И.Будагова. О 
глаголной эанантиосемии в азербайджанском языке. Изв. АН. Азерб. ССР, 
(серия  лит. яз и исск.), 1977, № 4, с. 56-57; А.К.Алекперов. Лексическая 
семантика простых глаголов в совреманном  Азербайджанском языке. 
Баку, “Элм”, 1983, с. 100-122.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə