Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

Linqvistik  tipologiya
101
AnmaqAn- kökü bilmək, başa düşmək, anlamaq, xatırla-
maq mənasında işlədilir. Dildə analitizm - flektivizm mərhələ-
sinin keçid dövrünə məxsus əlamətlərdən biri yeni sözyaratma 
prosesində  saitlə  başlayan  kökün  üzərinə  samit  əlavəsindən 
ibarət olmuşdur. An kökünün üzərinə də müəyyən samitlər əlavə 
olunmaqla mənbə tərkibdəki anlayışlarda məna ardıcıllığını sax-
layan, eyni zamanda əks məna bildirən vahidlər formalaşmışdır. 
Məsələn, an kökünə q əlavə etməklə qan(maq) (bilmək) əlavə 
etməklə  sanmaq  (düşünmək)  kimi  məna  ardıcıllığını saxlayan 
vahidlər düzəldiyi kimi d əlavə edilməsi ilə danmaq (inkar et-
mək) kimi əksmənalı (enantiosemik) vahidlər yaranmışdır.
Öy köküÖy kökündən öyüd (nəsihət), öymək (tərifləmək), 
öyünmək (özü-özünü tərif etmək, qürrələnmək) sözləri düzəlir. 
Bu kökün üzərinə s əlavə etdikdə söy(mək) kökü alınır. Belə-
liklə, eyni kök bazasında öy (təriflə) və söy (pislə) kimi daxili 
ziddəyyətli  sözlər  düzəldir. 
Ar  köküAr kökünə müvafiq şəkilçilər qoşulmaqla arı (tə-
miz) arıtlamaq (təmizləmək), arıq (kökündən xalı, təmiz) kimi 
sözlər düzəlir. Bu kökün üzərinə q əlavə etdikdə isə qar kökü 
alınır ki, həmin kökdən əmələ gələn qarışıq sözündə təmiz mə-
nası ilə zidd olan başqa bir məna ifadə olunur. 
İz köküİz kökündən izləmək sözü düzəlir ki, bunun da moti-
vi tapmaq, aşkar etmək mənasına uyğundur. Həmin kökə g əlavə 
olunduqda giz kökündən düzələn gizli, gizlən sözlərində isə izlə 
sözü ilə zidd məna bildirilir.
Ad  kökü.  Ad  kökündən  adlanmaq  sözü  düzəlir.  Bunun  da 
motivi tanınmaq, bilinmək anlayışlarından ibarətdir. Bu kökə y 
əlavə olunduqda yad sözü alınır ki, onun da mənası tanınmayan, 
bilinməyən anlayışından ibarətdir.
Ox köküOx kökünə ç samiti əlavə edildikdə çoxy əlavə 
edildikdə onun əksi olan yox kökü alınır. Onlardan əmələ gələn 
çoxluq-yoxluq, çoxalmaq-yoxalmaq kimi sözlərdə də əks məna-
lılıq bildirilir.


Mübariz Yusifov
102
Üz kökü. Üz kökünə ül şəkilçisi qoşulmaqla qırılmaq, ayrıl-
maq mənası bildirən üzülmək sözü düzəldilir. Üz sözünə d sa-
mitini əlavə etdikdə əks mənada düzülmək (var olmaq, sıralan-
maq) sözü əmələ gəlir. Belə nümunələrin sayını artırmaq da olar. 
Bunların öyrənilməsi və təhlili dillərarası müştərək elementlərin 
araşdırılması baxımından əhəmiyyətlidir. 
Fonetik  söz  yaradıcılığı
Sözlərin  fonetik  üsulla yaranması söz  yaradıcılığı  pro se si-
nin ən qədim və  ilkin mərhələlərini özündə  əks et di rir. Fonetik söz 
yaradıcılığı prosesi öz funksiyasını artıq çox dan başa çat dır dığın dan 
həmin prosesin araşdırılması da xey li müd dət diqqətdən  kə nar da 
qalmışdır. XX əsrin 60-cı il lə rinin so nunda dilçi mütə xiss lər təhlil 
etdikləri fonetik ma te ria lın əsa sında belə  nəticəyə gəl miş lər ki, dil-
lərdə köklərin for ma laş dı ğı və qrammatik vasitələrin in ki şaf etmə-
diyi bir mər hə lə də ye ni sözlərin yaranması üçün  kök da xi li fonetik 
dəyiş mə lər mühüm rol oynamışdır. Azərbaycan dil çi li yin də ilk də fə 
fonetik söz yaradıcılığının tədqiqinə və təhlilinə ge dən yo lu Ə. Də-
mirçizadə açmışdır. Onun fonetik vahidlərdə müəy  yən anlayışların 
mövcudluğu barəsindəki fikirləri fone tik söz ya ra dı cılığına ge-
dən yolun başlanğıcı oldu
1
.
Sonrakı tədqiqat əsərlərində söz yaradıcılığı prosesində fo-
netik vahidlərin rolu və  əhəmiyyəti barədə bir sıra maraqlı fikir-
lər irəli sürülmüş olsa da fonetik söz yaradıcılığı  müstəqil  bir  
tədqiqat  obyektinə çevrilə  bilməmişdir
2
.
1
  Ə. Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962, səh. 55. 
2
 С.Джафаров. Фонетическая  структура первичных слов в тюркских 
языках. (на  материале азербайджанского языка). S.M.Kirov adına ADU-
nun Elmi əsərləri. Dil və ədəbiyyat ser; 1979, №6,s. 11-13; A.K. Aлекперов. 
Лексические значение в семасиологической  структуре слова. СТ, 1976, 


Linqvistik  tipologiya
103
Fonetik  söz  yaradıcılığı bu gün Azərbaycan dili üçün min 
illərin arxasında qalmış bir  proses olsa da bu onun unudulması-
na heç cür haqq qazandıra bilməz. Çünki fonetik söz yaradıcılı-
ğının ilkin əhəmiyyətini təkcə söz tərkibinin səs  dəyişməsi pro-
sesi kimi məhdudlaşdırmaq olmaz. Fonetik söz yaradıcılığında, 
hər şeydən əvvəl, nəinki təkcə Azərbaycan dilinin, həm də bütün  
türk dillərinin ilkin strukturu öz  izlərini saxlayır. Kök sözlər ba-
zasında aparılan tədqiqatlar onu deməyə əsas verir ki, türk dillə-
rinin inkişafı tarixində kök sözün qu ruluşunun izlərini müəyyən 
etmək mümkündür. Digər tə rəf dən, kök sözün əvvəlindəki samit 
dəyişməsinin və söz orta sın da kı sait dəyişməsinin mövcudluğu 
türk dillərinin inkişafında anali tizm meyillərinin mövcudluğuna 
dair faktların aşkara çıxa rılıb təhlil edilməsinə  imkan verir. 
Məsələn,  Fuad  Qəniyevin  tatar  dilində  fonetik  söz  yara dı-
cılığına həsr olunmuş əsərində söz tərkibindən səslərin düş mə si, 
palatallaşması və vürğunun yerdəyişməsi yolu ilə məna də yişməsi 
fonetik söz yaradıcılığının əsas mexanizm kimi təq dim edilir.
13
A.A.Naqayev söz tərkibindəki səs dəyişmələrini təhlil edə-
rək eyni kökdən yeni sözlər əmələ gəlməsini fonetik söz yara-
dıcılığı kimi səciyyələndirir. Diş-deş, od-üt (ü) kimi oxşar vari-
№2, с. 37;  В.И. Асланов. Историческая  лексикология  азербайджанского 
языка. (докт. дисс.) Баку, 1973, с. 26 -27;  S.Q.Əli za də. Azərbaycan dili  
sözlərinin  sonundan  q  samitinin  düşməsinə  dair.  S.M.  Ki rov  adına  ADU-
nun Elmi əsərləri. Dil və ədəbiyyat ser; 1972, №2,s. 11-14; R.Ə. Rüstəmov.  
Müasir Azərbaycan  ədəbi dili  üçün  arxaikləşmiş  fellər. Dilçilik məcmuəsi, 
XVII. сild, Bakı, 1963, c. 7-9; V. Aslanov. О путях установления  первичных 
корней    слов  с  непро дуктив ными  аф фекса ми  в  тюркских  языках.  (на 
материале  азер бай джан ского  языка)  «Исследование  по  грамматике 
и  лексике    тюркских    язы ков».  Ташкент,  1965.  с.  132.  F.A.  Cəlilov. 
Azərbaycan dilinin morfo no lo giyası. Bakı, 1989. s. 98- 137.
1
3
    Бах:  Ф.А.Ганиев.  Фонетическое  словообразование  в  татарском 
языке.  Казань,  1973,  с.  3  –  38. 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə