Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

Mübariz Yusifov
110
miləşdirən anlayış kəsiklik, yumruluq, dəyirmilik mənasındadır. 
Həmin keçid əsasında köy və göy sözləri də yaranmış dır.
Nəzərə aldıqda ki, göy sözünün tarixi mənbələrdə kök vari-
antı var, onda kök və göy sözlərinin əlamətinin k-g  səs dəyişmə-
si olduğunu qəbul etmək olar.
Kök  sözündən    hündürlük,  dəyirmilik  anlayışını  bildirən 
kökə,  köklük,  göy  (gök)  kökündən  isə  göy  (səma)  kimi  sözlər 
yaranmışdır.
Q-k keçidindən yaranan qun-kün köklərindən qunc (kənar, 
qıraq), qundaq (bələk, bürülü əşya) kündə (yumur-lanmış xəmir) 
və künc (guşə) kimi sözlər əmələ gəlmişdir.                                 
Q-k keçidi əsasında yaranan sözlərə qul-köl kökləri əsasın-
da  formalaşmış  aşağıdakı  kimi  sözləri  də  aid  etmək  olar:  qul 
(hüquqsuz insan) kölə (əsir kişi), qula (xəbərçi), qulluqçu (xid-
mət edən işçi) kölgə (əşyanın əks olunması). 
Dil- diş samitlərinin t-d, t-ç, t-ş, d-s, d-y, d-ç, ç-s, c-s, d-s, 
s-y, s-h, q-s, ğ-s, d-ş keçidləri üzrə də müəyyən sözlər yaranmış-
dır. Onlardan aşağıdakıları nümunə göstərmək olar:
Tiş-diş  köklərindən  tişəmək  (dəyirmanın  daşını  diş-diş  et-
mək),  tişək  (dəyirmanın  daşını  un  üyütməyə  hazırlamaq),  diş-
  (arabanın  çıxıntı  hissəsi),  dişləmək  (dişlə  qoparmaq);  tala 
(qarət)-dala (dalamaq), tağar (ölçü) – dağar(cıq) (un, taxıl saxla-
nan dəri), tovar (yük)- dovar( qoyun); tik (ucalt)-dik (hündür), ta-
lan (etmək) çalmaq (oğurlamaq, qarət etmək); tilov (balıq tutmaq 
aləti)-cilov (atın başına keçirilən yüyən), taq(qıltı)- şıq(qıltı); dürt-
sürt; dumbuz-yumruq; dumbuz-çumbuz (bir bel ağzı nəmli yum-
ruvari torpaq); dev(ir), çev(ir); dön(dər)- çov(ğun); cər(gə)- sır(a); 
cır(ıq)- sır(ıq); dır(naq)- çır(maq); cır(ıq)- yır(tıq); çox-yox(lamaq; 
çal(xala)-sil(kələ), sıx(maq)-zıx(çalamaq), diş-şiş və s.
Dodaq  samitlərinin  r-f,  b-v,  m-v  keçidlərinə  uyğun  olaraq 
aşağıdakı  kimi  sözlər  düzəlmişdir:  pır(ıldamaq)-fır(ıldamaq), 
bur(maq)-vur(maq),  mır(ılda)-vır(ılda)  və  s.


Linqvistik  tipologiya
111
Saitlə başlayan kök sözlərdə səs  
dəyişmələri ilə yeni  sözlərin yaranması
Saitlə başlayan kök sözlərdə fonetik söz yaradıcılığının iki 
tipini fərləndirmək olar. Birincisi, saitlə başlayan və sait dəyiş-
məsi ilə məna əlaqəsini saxlayan kök morfemlər, ikincisi, saitlə 
başlayan  və  əvvəlinə  samit  qoşulmaqla  məna  əlaqəsi  yaradan 
kök morfemlər. Kök sözün əvvəlində samit səs iştirak etmirsə 
vaxtilə mövcud olmuş və ya potensial samitin funksiyası baş-
lanğıcdakı sait səsin üzərinə düşür. Məsələn, Azərbaycan dilində 
il - kökü ilə başlayan ildırım, ilxı, ilğım, en kökü ilə başlayan 
endirmək, eniş, ul kökü ilə başlayan ulduz, al kökü ilə başlayan 
alov, üz kökü ilə başlayan üzük, üzülmək, uc kökü ilə başlayan 
uca, ucuz kimi sözlərin əvvəlindən samitinin ixtisar olunması 
şübhə yaratmır, çünki qohum dillərdə və ya lokal nitq arealların-
da həmin sözlərin əvvəli y samiti ilə ifadə olunan variantlarını 
aşkar  etmək  mümkündür.  Həmin  sözlərin  əvvəlində  potensial 
samit işlənməsə də sonrakı sait səs itmiş fonemin funksiyasını 
öz üzərinə götürür. Bu mənada, iş, it, iy, iz, əz, ət, əy, ər, ay, at, al, 
aş, aç, az, üz, üç, ün, un kimi əvvəli samitlə başlamayan sözlər-
də sait səs başlanğıc fonemin məna fərqləndiricilik funksiyasını 
yerinə yetirir. 
Azərbaycan dilində əvvəli saitlə başlayan bəzi kök sözlər də 
mövcuddur ki, onlarda başlanğıc saitin müvafiq keçidi sayəsin-
də bir-biri ilə ardıcıl məna əlaqəsini saxlayan müəyyən sözlərin 
yaranmasını müşahidə etmək olur. 
Səslərin a- u keçidi əsasında anmaq sözündən unamaq (xa-
tırlamaq), unutmaqa-ü keçidi əsasında alışma (hissə-hissə kəs-
mək, doğramaq) sözündən ülüş (hissə, pay), ülgüca-ö keçidi 
əsasında ayıtmaq (demək, söyləmək), sözündən öyüdöyünmək, 


Mübariz Yusifov
112
öyrətmək, öyrənmək, acıq sözündən öcəşmək (mübahisə yarat-
maq,  höcətləşmək);  a-o  keçidi  əsasında  ayıq  sözündən  oyaq, 
oyan, oyate-i səslərinin keçidi əsasında eymə (iri qatıq, süzmə 
torbası), iymə (tamamilə suyu süzülmüş qatıq, ADDL, 233) söz-
ləri formalaşmışdır.
Əvvəlinə samit qoşulmaqla məna əlaqəsi  
saxlayan kök morfemlərin yaranması
Saitlə başlayan kök morfemin əvvəlinə samit qoşulması fo-
netik söz yaradıcılığında sözyaratma üsullarından biri kimi ana-
litizmin  göstəricisidir. Türk  dillərində  analitik  söz  yaradıcılığı 
keçici olsa da ilkin sözyaratma üsullarından biri kimi bu mexa-
nizmin  izləri  müəyyən  qrup  nümunələrdə  öz  izlərini  saxlayır. 
Doğrudur, müasir analitik dillərdə söz əvvəlinə samit qoşulması 
yolu ilə yeni kök morfemlərin yaranması prosesi artıq fəal de-
yildir. Ancaq köksözlü dillərdə kökdaxili dəyişmələr yolu ilə söz 
yaradıcılığı indi də davam etməkdədir.
11
Köksözlü dillərdə kökdaxili səs dəyişməsi yolu ilə söz ya-
radıcılığı  davam  etdiyi  kimi,  analitik  dillərdə  də  fonetik  söz 
yaradıcılığının  izləri  qalmaqdadır.  Odur  ki,  kökdaxili  fonetik 
söz  yaradıcılığınadan,  xüsusən  də  köklərdə  analitik  yolla  söz 
yaradıcılığı məsələlərindən bəhs edərkən müvafiq nümunələrin 
müxtəlifsistemli  dillərlə  müqayisəsi  münasib  sayılmalıdır.
Ilkin köklərdən fonetik dəyişmə yolu ilə yeni sözyaratma-
nın başlıca motivi ondan ibarətdir ki, bir kök bazasında yaranan 
söz semantik cəhətdən əvvəlki köklə əlaqəsini itirmir. Eyni kök 
bazasında neçə söz yaranırsa onların hamısının arasında daxi-
1
1
 С.Е.Яхонтов. Древнекитайский язык. “Наука”, М., 1965, с. 34, 35, 36; 
Н.Н.Коротков,  Ю.Б.Рождественский,  Г.П.Сердюченко,  Б.М.Солнцев. 
Китайский язык. М., 1961, с. 8-46.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə