Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

Mübariz Yusifov
134
verilir (DTS, 37). Al-kökü Alaqapı sözündə işlənərək, həmçinin, 
hündür qapı mənası bildirir. Alçaq, aşağı mənasındakı alt sözün-
də lt səs birləşməsi yanaşı işlənmişdir. Belə güman etmək olar 
ki, bu sözün tərkibindəki lt səs birləşməsi vaxtı ilə birləşmə tər-
kibindəki saitin fleksasiya nəticəsində kənara çıxması sayəsində 
yaranmışdır. Yaxud söz iki tərkibdən ibarət olmuş (al-lit
*
) son-
radan sıxlaşaraq alt şəklinə düşmüşdür. Rus dilində alt sözünün 
tərkibindəki lt birləşməsinin lit (лить) şəklindəki tam variantı 
mövcuddur. Rus dilindəkи лить sözünün yuxarıdan aşağıya tö-
külməkaxmaq, yağmaq; литься sözünün axıb tökülmək kimi 
mənalarının olduğunu nəzərə alıb alt sözündəki lt hissəsinin lit 
kökü ilə adekvatlıq təşkil etdiyini söyləmək olar. İngilis dilində 
lit-kökünün aşağılıq bildirmək mənasını kiçiklikgödəklik, azlıq, 
hündür olmayan anlayışlarını özündə cəmləşdirən little (lit(ə)l) 
sözündə müşahidə etmək olar. Tərkibində lit-kökü işlənən yu-
nan mənşəli litota sözündə də kiçiltmə, kiçiklik mənası bildirilir. 
Al kökünün hündürlük mənası ərəb dilində işlənən ali (uca), 
aliyə (yüksək, uca), ərəb-fars mənşəli aliməqam (uca məqamlı, 
uca mərtəbəli) sözlərində ifadə olunur. Dünyanın bir çox dillə-
rində işlənən, latın mənşəli alpinist (ucalığı fəth edən) sözünün 
tərkibində də hündürlük anlayışı bildirən al-tərkibi işlənir. Yunan 
mənşəli Olimp (ucalıq, uca dağ) sözündəki ol-tərkibi də məna-
ca al-kökünün adekvatı hesab edilə bilər. İngilis dilində işlənən, 
tərkibində al-formatı iştirak edən ale sözü mənaca böyük, bütöv, 
tam, bütün, bütünlüklə anlayışlarını özündə ümumiləşdirir. 
Dil  kökü.  Dil  kökü  sinkretik  bir  vahid  kimi  kəsmək,  ağız 
üzvü və nitqdanışıq mənalarında işlənir. Dil sözünün kəsmək 
mənasını  dilik,  dilikli,  dilim,  dilimləmək  sözlərində  müşahidə 
etmək olur. Dil-kökünün дел adekvatı rus dilindəki делёж (böl-
gü,  bölüşdürmə,  bölmə),  деление  (bölmə,  ayırma),  делитель 
(bölən),  делить  (bölmək,  ayırmaq),  делиться  (bölünmək), 


Linqvistik  tipologiya
135
раздел  (bölmə,  bölüşdürmə),  разделение  (bölmə,  bölünmə), 
разделить  (bölmək),  раздельный  (bölgü),  надел  (bölüb  pay 
vermə),  наделить  (bölüb  vermək),  передел  (yenidən  bölmə), 
переделить (yenidən bölmək) kimi sözlərin tərkibində işlənir. 
Eyni zamanda, del kökünə kəsmək, bölmək mənasında fransız 
dilindəki delimitation (dövlət sərhədlərinin bölünməsi), ingilis 
dilindəki delta (çayın dənizə töküldüyü yerdə əmələ gələn (ay-
rılan) qollar, delimit (sərhəd bölgüsü), delimitation (xətt çəkmək 
(bölmək),  çevrəsini  cızmaq)  sözlərinin  tərkibində  rast  gəlmək 
olur. İngilis dilində və başqa dillərdə işlənən delta sözü mənşə-
cə yunan dilinə məxsusdur. Dil kökünün danışıq mənasındakı 
adekvatlarına da başqa-başqa dillərdə rast gəlmək olur. Rus di-
lində dil kökün tol adekvatına aşağıdakı kimi sözlərin tərkibində 
rast gəlmək olur: talk (məna, ağıllı söz, fikir), толкование (izah 
etmə, şərh etmə), толковать (şərh etmək, yazmaq), толковник 
(dilmanc),  толмач  (tərcüman,  dilmanc),  толково  (aydın), 
потолковать (danışmaq, söhbət etmək) və s.
İngilis dilində dil kökünün tal adekvatı üzrə tale (nağıl, he-
kayə),  talk  (söhbət,  danışıq,  dialoq),  talkative  (çox  danışmaq), 
talker (danışan), tel adekvatı üzrə tell (danışmaq, demək), teller 
(hekayəçi, təsvirçi), telling  (hekayə), tell-tole (çoxdanışan, boş-
boğaz)  kimi  sözlər  formalaşdırılıb  işlədilir. Çin dilində dil mə-
nasında shetou sözü işlənir ki, buradakı tou hissəsi dil kökünün 
tol adekvatı ilə səsləşir. Baskların dilində isə çağırmaq (demək) 
mənasındakı dei sözünə təsadüf edilir. Xurrit-urartu dillərində isə 
demək mənasındakı tiw sözünün mövcudluğu aşkar edilmişdir.
Kəs  kökü.  Azərbaycan  dilində  kəs  kökü  və  onun  digər 
struktur variantları əsasında kəsməklə birbaşa və məcazi məna 
üzrə  bir  sıra  derivatlar  formalaşmışdır.  Bunlara  aid  aşağıdakı 
nümunələri  misal  göstərmək  olar:  kəsik,  kəsinti,  kəsici,  kəsər, 
kəsərli, kəsərsiz; qısa, qısaltmaq, qısqanc, küs, küsülü, küskün, 


Mübariz Yusifov
136
küsəyən və s. Rus dilində kəs kökünün kos adekvatı müəyyən 
sözlərin  tərkibində  işlədilərək  kəsmək  anlayışı  bildirir:  kosa 
(dəryaz,  kərənti),  косарь  (biçinçi),  косвенный  (kəsə,  çəpəki), 
косинка (çəpkən, qıyqac), косить (biçmək), косо (çəp), косой 
(əyri, çəpəki), откосить (ot çalıb qurtarmaq), откосный (çəp, 
maili),  перекос  (çəp,  əyrilik),  перекосить  (tam  birçmək), 
искосить  (çəpləşdirmək)  və  s.
Ərəb dilində də kəs kökü ilə adekvatlığa gələn variantlar var-
dır. Müvafiq sözlərin tərkibində bunların aşağıdakı kimi variantla-
rına rast gəlmək olur: kəsr (sındırma, qırma), qism (hissə), qismət 
(hissələr), qasim (bölən), təqsim (bölünən), məqsum (bölünmüş), 
məqsumunəleyh (bölən ədəd), məqsur (qısaldılmış) və s.
Kəs kökünün kas adekvatı fransız dilindəki kastet (casse-te-
te-qırmaqsındırmaq) və latın mənşəli kastrat (axta, kəsilib ax-
talanmış) sözlərinin tərkibində də işlədilir.
Qap köküQap kökü əsasında Azərbaycan dilində qapı, qa-
paq, onun qab variantı əsasında qab, qabıq, küp variantı əsa-
sında küpə və s. kimi sözlər düzəlmişdir. Rus dilində qap kökü 
ilə  səsləşən  kuv  kökündən  кувшин  (bardaq)  kub  kökündən 
кубышка (küpə, daxıl) kimi sözlər düzəlmişdir. Mənşəcə fransız 
dilinə məxsus olan və dünyanın bir çox dillərində işlənən kapot 
(capote) sözünün də təməlində qab kökünün kap adekvatı durur. 
Qad kökü. Qad kökü sinkretik vahid kimi müxtəlif sözlərin 
tərkibində  işlənir.  Qədim  mənbələrdə  qad  kökündən  düzəlmiş 
qohum, doğma (adam) mənasında qadaş sözü qeydə alınmışdır 
(DTS, 401). Bu kökdən, eyni zamanda, qadın sözü də düzəlmiş-
dir. Həmçinin, mənbələrdə qad kökündən düzələn və kədər, qayğı, 
dərd mənası bildirən qadğu sözü də qeydə alınmışdır (DTS, 402). 
Qad kökünün qud, qut, kut variantları üzrə də müvafiq söz-
lər  əmələ  gəlmişdir.  Qud  kökü  əsasında  Azərbaycan  dilində 
quda sözü də düzəlmişdir ki, burada da iki ailənin yaxınlaşaraq 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə