Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

Linqvistik  tipologiya
137
xoşbəxtliyə can atması (və ya qovuşması) mənası bildirilir. Qud 
kökünün mənbələrdə qut variantı qeydə alınmışdır.
Qut  kökü  mənbələrdə  xoşbəxtlik,  uğurluluq  mənasında 
müstəqil  bir  söz  kimi  işlənmişdir:  “Tənri  yarlıqaduqın  üçün 
özim qutim bar üçün qağan olurtım” (Tanrının şəfqəti ilə mənim 
özümə  xoşbəxtlik  üz  verdi  mən  kağan  (xaqan)  yerində  əyləş-
dim).  (DTS,  471).
Qut kökü Azərbaycan dilinin lokal nitq şəraitində “ürəyinə 
qut olmaq” (ürəyinə toxdaq olmaq) ifadəsində də işlədilir. Qut 
kökü türk dilində uğurlu (mübarək) mənasında müstəqil işlədi-
lir: “Bayramınız kutlu olsun!”.
Qut kökünün qud variantı Qorqud adının ikinci tərkibində 
işlədilir. Qor kökünü qorumaq sözünün əsası kimi nəzərə alsaq 
Qorqud sözünün səadəti, xoşbəxtliyi, uğurluluğu qoruyan məna-
sında işlənməsi kimi başa düşmək olar. Başqa mənada, Qorqud 
qaibdən xəbər verən qeyri-adi bir insan kimi, Oğuzun peyğəm-
bər şəxsiyyətli bilicisi olan “Səadət keşikçisi” anlamında qəbul 
edilməlidir.
Qud (kut) kökünün qod variantı baharın elçisi kimi qodu sö-
zünün tərkibində də işlədilir. Qadın sözünün tərkibində də qad 
kökü uğurlu mənası daşıyır. Çünki cəmiyyətin qadına böyük üs-
tünlük verdiyi mərhələdə qad kökünün bu sözdə uğurluluq  mə-
nası daşımasını tamamilə təbii hesab etmək olar.
Qud kökü ingilis dilində də uğurluluq, xoşbəxtlik mənasın-
da  müəyyən  söz  və  ifadələrin  tərkibində  işlənir:  good  (yaxşı, 
xoşməramlı); «be good enough» (iltifatlı olun); good afterno-
on (gündüzün xeyir!); good evening (axşamınız xeyir!); goodly 
(gözəl); goodness (xeyirxahlıq) və s.
İngilis dilində qud kökünün gad variantı ilahi, tanrı məna-
sında işlənir: god (Allah, himayəsi, büt) “God bless you” (Allah 
sizdən razı olsun), “God willing” (Allah yetirsin).


Mübariz Yusifov
138
Rus dilində qad kökü qeyri-adi qabiliyyəti olan, taleyi görə 
bilən,  gələcəkdən  xəbər  verə  bilən  mənasında  aşağıdakı  kimi 
sözlərin tərkibində işlənir: гадальщик (falçı), гадание (falaçma, 
falabaxma), гадать (fal açmaq, fala baxmaq).
Bununla  birlikdə,  rus  dilində  qad  kökü  əks  (ifrat)  mənalı 
sözlərin də tərkibində işlənir: гадкий (pis, murdar, iyrənc, rə-
zil, alçaq), гадость (pis, iyrənc, mənfur), гадюка (gürzə ilanın 
zəhər  tuluğu).
Qad kökünün qayğı, kədər, dərd mənası rus dilindəki müş-
tərək kökdən düzələn pis mənada işlənən sözlərlə uyğun gəlir.
Azərbaycan dilindəki “dərdin ürəyimə”, “dərdin mənə gəl-
sin” kimi ifadələr də məzmunca “qadan alım”, “qadan ürəyimə”, 
“qadanı-bəlanı alım” kimi ifadələrlə üst-üstə düşür.
Fars  dilində  qad-kökünün  xod,  xud,  adekvatları  əsasında 
xoda (Allah, tanrı), Xudabin (Allahı tanıyan), Xudadad (Allah-
verən)  kimi  sözlər  yaranmışdır.
Azərbaycan dilindəki qadın mənası bildirən xatın sözünün xat 
kökü də fars dilindəki xodxud köklərində olduğu kimi müqəd-
dəslik, ucalıq, ehtiramlılıqəzəmətlilik və nüfuzluluq mənasında 
işlənir.  Bu  mənada Azərbaycan  dilindəki  “xanım-xatın”  ifadəsi 
hərfən  “xan-ım”  mənim  ağam,  böyüyüm  olan  əzəmətli  qadın», 
yəni mənim ehtirama layiq olan qadınım mənası bildirir. Qadın 
sözü də məhz qad (xat) kökünə məxsus evin, ailə bünövrəsinin 
əsası mənası üzərində formalaşmışdır. Xatırlamaq yerinə düşər ki, 
“Kitabi-Dədə Qorqud”da qadın evin dayağı və dirəyi adlandırılır:
Qarılar dörd dürlüdür:
Birisi solduran söydür
Birisi dolduran toydur.
Birisi evin dayağıdır
Birisi necə söylərsən, bayağıdır  (KDQ, 62, s. 14).


Linqvistik  tipologiya
139
Küz almasına bənzər al yanaqlım!
Qadınımdirəyim, döləyim! (döl verənim) (KDQ, 62, 17).
Lu kökü. Lu kökü müasir Azərbaycan dilində öz müstəqil-
liyini itirmişdir. Bu kökə u saitinin əlavəsi ilə yaranan ulu sö-
zündə kökün ilkin mənası “dirilir”. Ulu sözü qədim, böyük, uca 
və həm də uzun anlayışlarını bildirir. Bu kökdən törəyən ulama 
(uzun ağac) sözündə uzunluq anlayışı müşahidə edilir. Ulama 
sözü ilə uzun sözü l-z samitlərinin dəyişməsinə görə fərqlənir. 
Uzun sözündə ümumi uzunluq, ulama sözündə konkret əşyaya 
aid uzunluq mənası bildirilir. 
Lu kökünün uzunluq mənasındakı adekvatına Çin dilində-
ki lonq (əjdaha) sözünün lo tərkibində rast gəlmək olur. Qədim 
türk mənbələrində, həmçinin, böyük, uzun, əzəmətli mənasında 
uluq sözü mövcuddur (DTS, 610). Eyni zamanda, qədim türk 
mənbələrində əjdaha mənası bildirən lü, lüi (lüi yıl-əjdaha ili) 
sözü qeydə alınmışdır (DTS, 334).
Rus  dilində  uzunluq,  mənası  bildirmək  üçün  dlinnıy  sözü 
işlənir.  Bu  sözün  tərkibindəki  li(n)  hissəsi  ulu,  lü,  həmçinin, 
Çin  dilindəki  lonq  sözünün  lo  hissəsi  ilə  adekvatdır.  Uzunluq 
anlayışı ilə səciyyələnən ulu, lü, lüi, li tərkiblərinin monqol di-
lində luw, kalmık dilində lun adekvat variantları vardır. İngilis 
dilindəki long (uzun) sözündəki lo tərkibi də həmin adekvatlarla 
səsləşir. Ərəb mənşəli tulu, fars dilindəki  tulani sözlərindəki lu 
tərkibi də adekvat uzunluq anlayışı bildirir. 
Tipoloji quruluşuna görə müxtəlifsistemli hesab olunan dil-
lərin arasında bu cür müştərək sözlərin sayını onlarla və daha 
çox artırmaq mümkündür. Bu sahədə onsuz da xeyli araşdırma-
lar aparılmışdır və təkrarçılığa da heç bir lüzum yoxdur. Lakin 
belə mütşərəkliklərin mövcudluğu heç də ona dəlalət etmir ki, 
bunlar nə zamansa mövcud olmuş vahid ulu dilin elementləridir 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə