Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

Mübariz Yusifov
146
titrəyən), дрожать (titrəmək, əsmək), дрожь
 
(titrəmə, əsmə) 
kimi sözlərədə dast gəlmək olur. İngilis dilində dr kökünün büd-
rəmək, titrəmək mənasındakı sözlərdə tr adekvatına rast gəlmək 
olur: tremble (titrəmək, əsmək), trembling (titrəmə, əsmə), tre-
mor (titrəyiş, əsmək).
Ərəb dilində dr, tr köklərinin adekvatı kimi lərzə (titrəyiş, 
əsmə) sözünün tərkibində işlənən lər variantına rast gəlmək olur. 
L samiti dil-diş səsi olduğu üçün onun d-l keçidi də (gözlər-göz-
dər, sözlər-sözdər) istisna deyildir.
Titrəmək  sözünün  daxilindəki  tr  elementlərinin  oxşarına 
rus dilindəki aşağıdakı kimi sözlərdə rast gəlmək olur: трясти 
(silkələnmək, yırğalanmaq, əsdirmək), трястись (əsmək, yırğa-
lanmaq), трясучий (titrəyən, əsən), трясучка (titrəmə, qızdırma), 
ingilis dilində isə tr birləşməsinin adekvatına titrəyənsilkələnən 
mənasındakı tremendous sözünün tərkibində rast gəlmək olur. 
Axsa sözündəki xs elementləri, əslində kəsməklə, qısalıqla, 
gödəkliklə bağlı müvafiq sözlərin tərkibindəki qs (ks) element-
ləri ilə uyğunlaşır.
Axsamaq ayağa aiddir ki, ayağın biri ya əyriliyə görə, ya da 
qısalığa görə fərqləndikdə axsayış yerimək zamanı hiss olunur. 
Odur ki, axsamaq sözündə qısalıq, kəsmək anlayışı aparıcı məna 
xüsusiyyətindən ibarətdir. Bu mənada, rus dilindəki косой (əyri, 
çəp, qıyqac), косо (çəp, çəpəki), косный  (ətalətli, ləngərli) kimi 
sözlərdəki  kos  kökünü  xs  (qs,  ks)  birləşməsinə  adekvat  hesab 
etmək olar. Azərbaycan dilində fleksiyalaşmış köklər öz dövrü-
nü başa çatdırdığına görə həmin yolla düzələn köklər yeni kök 
variantı kimi təsəvvür yaradır. Məs. atlanmaq sözündə tl (atlan) 
kökü itib yeni kök variantı əmələ gətirir. 
Dillər arasında bu tipli oxşarlıqları da müəyyən etmək çə-
tin deyildir. Məsələ bundadır ki, bütün sözlərin tam adekvatını 
dillərin hamısında tapmaq mümkün olmur. Bir çox hallarda isə 


Linqvistik  tipologiya
147
sinonimləri  axtarıb  müəyyənləşdirmək  lazım  gəlir.  Çünki  dil-
lərdə  omonimlilik  dövrünün  başa  çatmasından  sonra  sinonim 
zənginliyi baş vermişdir. Ona görə də bir dildəki sözün tam ey-
niyyətini başqa dildə tapmaq mümkün olmadıqda sinonimliyə 
müraciət etmək lazım gəlir. Bu halda, üzərində tədqiqat aparılan 
dilin materialı fakt vermədikdə başqa dillərə də müraciət etmək 
lazım gəlir. Dillərin sözyaratma prosesində fərqlənmələr artdı-
ğından bir çox hallarda fakt dalınca istənilən dildə oxşarlar ax-
tarmaq məsələnin həlli üçün müqayisələrin aparılması mühüm 
istiqamətlərdən biri hesab edilməlidir. 
 
Kök- şəkilçi tərkibli sözlərdə  
dillərarası  müştərəklik
Müxtəlifsistemli  dillərin  materiallarının    araşdırılması  za-
manı Azərbaycan dilindəki kök - şəkilçi tərkibli sözlərin başqa 
dillərdə  mövcud  olan  adekvatlarına  da  təsadüf  edilir.  Kök-şə-
kilçi  tərkibli  sözlərdə  təsadüf  edilən  müştərəklik  onu  deməyə 
əsas verir ki, oxşar elementlərin formalaşması aqlütinativləşmə 
mərhələsində də davam etmişdir. Ancaq Azərbaycan dili mate-
riallarının təhlili ilə belə nəticəyə gəlmək olur ki, müştərəklik 
aqlütinasiyanın məhsuldar dövründən əvvəlki mərhələyə aiddir. 
Çünki bu tipli müştərək vahidlərdə kök və şəkilçinin funksional-
lığından söhbət gedə bilməz. Müştərəklik elə kök-şəkilçili söz-
lərdə müşahidə edilir ki, onları əslində kök-şəkilçi hissəsinə sər-
bəst ayırmaq olmur. Belə kök-şəkilçi tərkibli sözləri hissələrinə 
doğru-düzgün bölmək üçün bir çox hallarda ənənəvi etimologi-
yanın özü gücsüz qalır. Odur ki, başqa dillərin materiallarının 
qarşılaşdırılmasına  ehtiyac  yaranır.  Bu  halda  qarşılaşdırmanın 
özü etimologiyanın köməyinə gəlir. Alınan nəticə isə elə bir xü-


Mübariz Yusifov
148
susi maraq yaradır ki, hətta, tədqiqatçını da öz arxasınca çəkib 
apara bilir. Tədqiqatçının diqqəti daha əlavə faktlara yönəlir ki, 
bu da etimoloji araşdırmaların keyfiyyətcə yeni üsullar  üzərində 
qurulmasına çox böyük əməli təsir göstərir. Bu mənada aşağıda-
kı kimi nümunələrin qarşılaşdırılması bəzən gözlənilən, bəzən 
də gözlənilməyən nəticələrin əldə olunması baxımından xüsusi 
bir maraq doğurur.
Azərbaycan  dilindəki  qızıl  sözünün  rus  dilindəki  qarşılığı 
zoloto sözündən ibarətdir. Qızıl sözünün tərkibində iki sait işlən-
diyinə  görə  onun  birhecalılıqdan ikihecalılığa keçid  dövrünün 
məhsulu olduğunu söyləmək olar. Ancaq söz zaman-zaman tər-
kibcə dəyişdiyinə görə onu qı-zıl və ya qız-ıl hissələrinə bölüb 
ilkin kök və şəkilçini tapmaq çətinlik törədir. Bu halda həmin 
sözün əlbəttə ki, köksözlülükdən sonra birbaşa şəkilçi vasitəsi 
ilə formalaşması barədə fikir söyləmək də ağlabatan görünmür. 
Odur ki, köksözlülük dövründən sonra baş verən söz üstəgəl söz 
variantını nəzərdən qaçırmaq olmaz. Çünki  şəkilçi məhz söz-
söz modelindən sonrakı mərhələnin məhsulu kimi meydana çıxa 
bilərdi. Bu mənada qızıl sözünü bir qədər də əvvəlki mərhələyə 
qaytarsaq formanı qızzıl (qız-zıl) şəklində təsəvvürə gətirə bilə-
rik. Buradakı qız tərkibi indi də bəzi sözlərin əvvəlində müstəqil 
mənada işlənə bilir: qızar, qızartı, qızarmaqqızdırmaq, qızart-
maq  və  s.  Bu  sözlərdə  qızıla  aid  əlamət  mənası  bildirilir.  Qız 
hissəsini  qırmızı  sözünün  kökündəki  qır  tərkibi  ilə  də  müqa-
yisə etmək olur. Bu mənada, sözlərin tərkibində z-r dəyişməsi 
ənənəvi keçid hadisələrindən biri kimi nəzərə alına bilər. (Al-
maram-almazsan, görükmək-gözükmək, təzə-tər və s. sözlərdə 
olduğu kimi).
Qır tərkibi qızarmağın rəngini bildirmək üçün müstəqil iş-
lənmir. Söz tərkibində isə öz mənasını üzə çıxara bilir. Qızıl sö-
zünün zıl hissəsinin adekvatını Azərbaycan dilində aşkar etmək 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə