Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

Linqvistik  tipologiya
143
edildikdə  isə  sözün  əks  mənası  (qorunan,  saxlanan,  mühafizə  
olunan) əmələ gəlir. Əlbəttə ki, bu şəkildəki dəyişmələr dilin ən 
qədim dövrlərinə aid olduğu üçün onları təhlil edib düzgün nəti-
cə əldə etmək həmişə müyəssər olmur. Ancaq müqayisəli təhlil 
tədqiqatçının əsl məqsədə yaxınlaşmasına etibarlı təminat verir. 
Müqayisə üçün deyək ki, məsələn, türk dilində oğru sözü əvə-
zinə xırsız sözü işlənir. Sözün kökündəki xır hissəsini qor kökü 
ilə  müqayisə  etsək  burada  da  qorumaqla  bağlı  ilkin  anlayışın 
olduğunu ehtimal edə bilərik. Sözün tərkibindəki sız şəkilçisi, 
məlum olduğu üzrə, olmayanı bildirən morfoloji sözyaratma va-
sitəsidir. Məsələn, yağ-yağsız, duz-duzsuz, dad-dadsız sözlərin-
də olduğu kimi. Bu mənada, sız şəkilçisi sözlərin tərkibində  
şəkilçisinin əksini bildirir: yağ-yağlı, duz-duzlu, dad-dadlı. Xır-
sız sözündə də xır hissəsini qorunmaqla bağlı bir vahid kimi qə-
bul etsək sız şəkilçisinin əks mənalılığı əsasında xırsız sözünün 
hərfən qorunmayan, mühafizə olunmayan mənasında işləndiyini 
müəyyən etmək olur.
Doğru və oğru sözlərinin müqayisəsindən həm də ilkin ana-
litik söz yaradıcılığına aid belə bir xüsusiyyət müşahidə olunur 
ki, d samiti eyni kökdən törəyən sözlərdə əks məna bildirməyə 
xidmət edir. Məsələn, an (bil) dan (bilmə), al (irəli, qabaq, alın) 
dal (geri), üz (üzül), düz (düzül), in (inlə-səslən), din (dinmə-səs-
lənmə) və s. Bu mənada, oğru və doğru sözlərinin müqayisəsin-
dən belə məlum olur ki, oğru sözündə o saiti fleksiya nəticəsində 
kənara çıxır, doğru sözündə isə kök şəklinə düşmüş  hissəsinə 
inkar sözyaratma elementi kimi d samiti əlavə edilmişdir.
Azərbaycan  dilindəki  qorumaq,  mühafizə  etmək  məna-
sındakı qor kökünün başqa dillərdə, həmçinin, qr (kr, xr) kimi 
adekvatlarına  da  rast  gəlmək  olur:  огроживание  (çəpərləmə, 
hasarlama),  огроживаться  (çəpərlənmək,  hasarlanmaq), 
огородить  (çəpərləmək,  hasarlamaq),  ограда  (çəpər,  hasar), 


Mübariz Yusifov
144
охрана  (qoruma,  qorunma),  охранитель  (keşikçi),  охранник 
(keşikçi); хранение (qorunma), хранить (saxlamaq), граница 
(sərhəd),  пограничник  (sərhədçi)  və  s.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilindəki qarovul sö-
zünün  tərkibində  işlənən  qar  elementi  də  qorumaq  sözündəki 
qor kökü ilə eyni mənşəyə malik olan bir adekvatdır.
İngilis  dilindəki  guard  (qorumaq,  qarovul,  keşikçi),  guar-
dian (mühafizəçi, qoruyucu) sözlərinin tərkibindəki guar (qar-) 
hissəsi də qor kökünün adekvatı kimi işlənir. Qr elementi latın 
mənşəli miqrasiya (köçmə, sərhəddən kənara çıxma, mühacirət 
etmə) sözünün tərkibində də qor (qr, xr, kr) elementinin adekvatı 
kimi işlənir. 
Qr (kr) kökü sinkretik olduğuna görə onun bazasında digər 
müvafiq sözlər də formalaşır. Məsələn, rus dilindəki красный 
(qırmızı), красота (gözəllik), красивый (gözəl), краска (boya, 
rəng), красить (rənləmək), краснеться (qızarmaq), краснота 
(qırmızılıq),  багровый  (qıpqırmızı),  багренить  (qızartmaq), 
багрить
 
(qızartmaq) kimi sözlərin tərkibində qr (kr) element-
ləri iştirak edərək qırmızılıqla bağlı əlamət bildirmək mənasını 
daşıyan yeni sözlərin formalaşmasının təməlində durur.
Azərbaycan  dilində bu cür əlamət bildirən sözlərin tərkibin-
də qr (kr) elementlərinin qır variantı işlənir: qırmızı, qırmızılıq, 
qırmızımtıl, qırmızıyanaq və s. İngilis dilində kr birləşməsi tünd 
qırmızımoruğu rəng mənasındakı crimson (krizn) sözünün tər-
kibində işlənir. Baskların dilində qırmızı mənası bildirən qorri  
sözünə təsadüf edilir. 
Səs  birləşməsi  şəklindəki  fleksiyalaşmış  kök  formasına 
Azərbaycan dilindəki atlanmaq sözünün tərkibində də rast gəl-
mək olur. Bu sözün kökü əslində at yox, fleksiyalaşmış tl for-
matından ibarətdir. Tl kökünün daxili saitli variantına atılmaq 
sözündə rast gəlmək olur. Atılmaq sözündə tıl söz kökü, a isə 


Linqvistik  tipologiya
145
fleksiya əlamətidir. Kökün fleksiyalaşmış variantında a saiti kə-
nara  çıxan  elementin  izidir.  Atılmaq  sözündə  isə,  artıq,  a  sai-
ti sözün əvvəlinə keçməklə prefiks səciyyəsi daşımağa xidmət 
edir.  Fleksiyalaşmış  tl  kökünün  qədim  mənbələrdə  yerindən 
tərpətmək mənasındakı tal variantına da rast gəlmək olur: “Ol 
yükni talqıttı” (O yükü itələdi, yerindən tərpətdi, kənara atdı). 
Azərbaycan dilində tl kökünün daxili saitli tul variantı vardır. 
Bu variant üzrə tullamaq, tullanmaq, tullatmaq və s. kimi sözlər 
əmələ gəlmişdir. İtələ sözündəki təl kökü də tl birləşməli kökün 
bir  variantından  ibarətdir.
Rus  dilində  tal  kökünün  tal  (tol)  adekvatı  üzrə  толкать 
(itələmək), толкатель (təkan vermək), толкаться (itələnmək), 
толкач  (itələyici),  оттолкнуть  (itələmək),  оттолкнуться 
(geri itələmək), потолкать (bir neçə dəfə itələmək) və s. kimi 
sözlər əmələ gəlmişdir.
Azərbaycan dilindəki itələmək sözündə də tl kökünün təl va-
riantı işlənir. İ saiti isə söz əvvəlində prefiks funksiyasını yerinə 
yetirir.
Samit  birləşməli  köklərə  büdrə,  titrə,  axsaq  kimi  sözlərin 
də tərkibində rast gəlmək olur. Büdrə və titrə sözlərinin kökünü 
təşkil edən dr və tr köklərindəki d-t samitləri öz keyfiyyətinə 
görə biri digərinin variantı kimidir. Bu variantlığı büdrə və titrə 
sözlərindəki məna yaxınlığında da görmək olar. Büdrəmək sözü-
nün kökündəki dr birləşməsini dur adekvatı ilə müqayisə etmək 
olar. Aqlütinativ quruluşa görə dur kökündən büdrə sözü yarat-
maq  üçün  durmamaq,  dura  bilməmək  kimi  variantları  forma-
laşdırmaq lazım gələrdi. Ancaq tərkibdən saitin əvvələ çıxması 
ilə üstəlik buraya inkar elementi kimi d əlavə edilir və durma-
maq, dura bilməmək anlayışı büdrəmək formasında ifadə olunur. 
Büdrəmək sözündəki dr kökünün oxşar adekvatına rus dilindəki 
дрожание (titrəmə, əsmə, titrəyiş), дрожательный (titrəyişli, 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə