Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

Mübariz Yusifov
140
və ya dillərarası kontaktların, o cümlədən miqrasiyaların nəti-
cəsidir.  Bütün  bu  elementlərin  mövcudluğu  əvvəldə  deyildiyi 
kimi, insan idrakının ətraf aləmi qavraması və
 
özünü dərk et-
məsi prosesində baş verən oxşar təfəkkür imitasiyasının nəticə-
sidir. Odur ki, dünya dilləri üzrə sonu yoruculuqdan başqa heç 
bir səmərə verməyən vahid ulu dil elementlərini axtarmaqdansa 
nəticəsi ana dili üçün həqiqətən də gözlənilməz olan elementləri 
müəyyənləşdirmək baxımından iki və ya bir neçə dilin material-
ları üzrə tədqiqatlar aparmaq daha əhəmiyyətlidir. 
Fleksiyalaşmış köklərdə dillərarası  müştərəklik
Türk dilləri, o cümlədən, Azərbaycan dili analitik element-
lərdən xali olmadığı üçün analitik dillərdə olduğu kimi sözlərin 
daxilində fleksiya elementlərinin baş verməsi də istisna sayılma-
malıdır. Bəzən tədqiqatçılar türk dillərinin, o cümlədən, Azər-
baycan  dilinin  aqlütinativ  xarakterli  olduğuna  istinad  edərək 
prefikslərin və ya digər analitizm-flektivizm izlərinin bu dillərə 
yad olduğu fikrini irəli sürürlər. Lakin müxtəlifsistemli dillərin 
materiallarının müqayisəli təhlili onu göstərir ki, dil tipologiya-
ları  arasında  qəti  və  kəskin  sərhəd  qoymaq  mümkün  deyildir. 
Belə  ki,  aqlütinativ  dillərdə  analitizm-flektivizm  izləri  olduğu 
kimi,  analitik-flektiv  dillərdə  də  aqlütinativizmin  əlamətlərini 
görmək mümkündür. Bunun kimi, məsələn, Azərbaycan dilində 
həm köksözlülülyün, həm də polisintetizmin əlamətlərini axtarıb  
tapmaq çətin deyildir. Məsələ burasındadır ki, müxtəlifsistemli 
dillərin materiallarının müqayisəli təhlili ilə ana dilində, bir çox 
hallarda müəyyənləşdirilməsi çətin olan rekonstruksiyaların həll 
olunması maraqlı nəticələrlə yekunlaşa bilir.
Azərbaycan  dilində  fleksiyalaşmış  köklərin  əsas  əlamətlə-
rindən biri kökdaxili saitin kənara çıxması ilə kök konstruksiya-


Linqvistik  tipologiya
141
sının samit birləşməsi şəklində formalaşmış variantından ibarət-
dir. Müqayisəli təhlil nəticəsində samit birləşməli fleksiyalaşmış 
köklərin əvvəlki (kök daxilində saitin işləndiyi) variantını üzrə 
çıxarmaq mümkün olur. Onu qeyd etmək lazımdır ki, dilin ilkin 
köksözlülük  mərhələsində  köklərin  omonimliyi  (sinkretikliyi) 
üzrə bir çox oxşar elementlər formalaşdığından bəzən təhlildə 
zahiri oxşar elementlərlə qarşılaşmaq mümkün olur. Bu halda 
ancaq  köklərin  anlayış  –  məna  xüsusiyyətlərinə  istinad  etmək 
lazım gəlir.
Azərbaycan  dili  sözlərinin  əvvəlində  samit  birləşməsinin 
işlənməsi səciyyəvi deyildir. Ona görə də samit birləşməsi şək-
lində formalaşmış kökləri müvafiq sözlərin daxilində axtarmaq 
lazım gəlir. Məsələn, Azərbaycan dilində kəsmək anlayışı üzrə 
formalaşan doğra sözü vardır. Sözün tərkibində ğr elementlə-
rinin  kəsməklə  bağlı  bütöv  variantını  qır  (qırmaq)  kər  (kərki, 
kərənti) kimi adekvatlarda axtarmaq olar. Ğr elementlərinin kir 
adekvatı rus dilindəki kirka (külüng) sözündə də müşahidə edi-
lir.  Fleksiyalaşmış  quruluşdakı  kr  adekvatına  isə  rus  dilindəki 
прекращение (kəsmə, kəsilmə), прекратиться (kəsilmək, qur-
tarmaq),  прекращенный  (kəsilmiş,  qurtarılmış)  kimi  sözlərdə 
rast gəlmək olar. 
Fars  dilində  ğr  elementlərinin  kəsmək  mənasındakı  xər 
adekvatına xürd (kiçik, balaca, xırda) sözündə rast gəlmək olur. 
Fars dilindəki xər adekvatı, həmçinin, Azərbaycan dilindəki xır-
da, xırdalamaq (qırıb, kəsib hissələrə bölmək) sözlərindəki xır 
variantı ilə səsləşir.
Ğr elementlərinin əyilməklə bağlı bildirdiyi məna əyri sö-
zündəki yr (gr, qr) elementlərində müşahidə edilir. Azərbaycan 
dilində norma kimi işlənən əyri sözü Şərq arealında əgri vari-
antında mühafizə edilir. Rus dilində ğr elementlərinin adekvatı 
kimi mövcud olan kr tərkibinə кривой (əyri), кривить (əymək), 


Mübariz Yusifov
142
кривиться (əyilmək), криво (əyri, çəp) kimi sözlərdə rast gəl-
mək olur.
Doğra sözünün, doğ tərkibi, əlbəttə ki, kəsməklə bağlı kök 
deyildir.  Ona  görə  də  sözün  etimoloji  təhlilində  ona  ehtiyatla 
yanaşmaq lazımdır ki, nəticə düz alınsın. Ancaq burada samit 
birləşməsi varsa deməli, saitin kənara çıxma ehtimalına həqiqət 
kimi yanaşmaq olar. 
Ğr  tərkibi,  həmçinin  sinkretik  forma  kimi  oğru  sözündə 
də işlədilir. Burada, artıq saitin kənara çıxması aydın müşahidə 
edilən faktdır. Bu sözün tam kökünü müəyyən etmək də çətin 
deyildir. Tam kök oğurluq sözünün daxilindəki ğur tərkibi ilə 
ifadə  olunur.  Oğru  sözündəki  ğr  elementlərinin  kr  adekvatına 
rus dilindəki oğurluq anlayışı ilə bağlı aşağıda nümunə verilən 
sözlərdə də təsadüf olunur: красть (oğurlamaq), кража (oğur-
luq),  краденый  (oğurluq),  краденный  (oğurlanmış),  украсть 
(oğurlamaq),  украденный  (oğurlanmış),  украдкой  (oğrun-oğ-
run, gizlin-gizlin), ограбить (soymaq, talamaq,  qarət etmək),  
ограбление  (soyğun,  soyğunçuluq) və s.
Oğru sözündəki ğr elementinin qar adekvatına ərəb dilində-
ki qarət (oğurluq) sözündə rast gəlmək olur.
Oğru və doğru köklərində eyni ğr elementləri işlədilsə də 
məna bir-birinin əksidir. Məsələ budur ki, ğr (qr) elementlərin-
dən kənara çıxan (fleksiyaya uğrayan) saiti şərti bərpa  etdikdə 
həm də qor kökü alınır. Onu da nəzərə almaq lazımdır ki, həm 
oğru,  həm  də  doğru  sözündə  kənara  çıxan  sait  o  fonemindən 
ibarətdir. Bu mənada qor kökünün uyğun anlayışını ona u şə-
kilçisi artırdıqda müəyyən etmək olur. Belə çıxır ki, həm oğru
həm  də  doğru  sözlərinin  kökündə  qorumaq  mənasındakı  qor 
kökü dayanır. Oğru sözündə o elementi fleksiya yolu ilə kəna-
ra  çıxmaqla  qorumağın  əks  mənasını  (qorunmamağı,  qoruna 
bilməməyi, qorunulmayanı) bildirir. saitindən əvvəl d əlavə 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə