Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

Mübariz Yusifov
128
lu kimi yer adlarında üzümçülüklə bağlı peşəkarlığın izləri qal-
maqdadır.
Bor kökünün  bir variantı, həmçinin vaxtı ilə türk dillərindən 
rus  dilinə  keçmiş  və  şərab  saxlanılmasında,  su  saxlanılmasın-
da istifadə edilən бурдюк sözündə də qalmaqdadır. Rus dilinin 
özündə isə qırmızı şərab mənası bildirən бордо sözü vardır. İngi-
lis dilində bor kökü şərab mənası bildirən bordeaux (Bordo-coğ-
rafi ad, bordo-şərab) sözündə işlənir. İngilis dilində, içki içilən 
kiçik restoran və həmçinin, şərab saxlamaq üçün istifadə edilən 
dolab mənasında bor sözünün variantı kimi bar sözü də işlədi-
lir.  Rus  dilində  bar  sözü  ayaqüstü  restoran  mənasında  işlənir. 
Bu kökdən düzələn барда sözü araq və çaxır gecəsi, барденик 
sözü isə cecə ilə bəslənib kökəldilmiş heyvan mənası bildirir. 
Azərbaycan dilində bu mənadakı bordaq (bəslənib kökəldilmiş 
heyvan) sözü vardır.  
Ərəb dilində bor kökü xəmr (şərab) sözündəki fleksiya olun-
muş mr tərkibində ifadə olunur. Kənara çıxmış sait bərpa edilik-
də mər forması alınır ki, bu da bor sözündən fonetik quruluşca 
fərqlənən adekvat hesab edilə bilər.
Qor köküQor kökü sinkretik kök morfemlər sırasına daxil-
dir. Qor kökü ilə həm odla bağlı ismi, həm də qorumaqla bağlı 
feli mənalar bildirilir. İsim mənasında qor ocaq külünün altında-
kı sönməmiş od və ya ocağın qızarmış hissəsi anlayışını bildirir. 
Qor  kökü  müstəqil  bir  vahid  şəklində  yanmaqla  bağlı  ümumi 
anlayışın tərkib hissəsi kimi işlənir. Rus dilində qor kökünün qar 
şəklindəki adekvatı üzrə yanıq mənasında гарь sözü  vardır. Eyni 
zamanda, qar kökü və onun qor variantı yanmaqla, yanıqla bağ-
lı digər sözlərin də tərkibində işlənir. Nümunə üçün belə sözlərə 
dair aşağıdakıları misal göstərmək olar: гореть (yanmaq), горе 
(qüssədən acıyıb yanmaq), горелка (lampanın odluğu), загарь 
(yanıb  qaralma),  загореть  (yanmaq,  qaralmaq),  загореться 


Linqvistik  tipologiya
129
(yanmaq,  alışıb  yanmaq),  разгар  (qızğın  çağ),  разгореться 
(alışıb  yanmaq),  пригореть  (yanmaq),  пригорелый  (yanmış, 
yanıq) və s. 
Qar-kökü  baskların  (İspaniyanın  şimal-qərbində  və  Fran-
sanın  bəzi  cənub-qərb  vilayətlərində  yaşayan  xalq)  dilində  də 
yanmaq və alov mənası bildirir.
İngilis dilində yanmaq anlayışı ilə bağlı grillied sözü işlə-
nir. İngilis dilində, həmçinin, qızardılmış ət və toyuq mənasında 
grill sözü də vardır. Grill sözü həmçinin, məcaziliklə günəşdən 
yanıb qızarmaq mənasında da işlədilir. Grill sözü fransız dilində 
quş ətini və digər ət məhsullarını qızartmaq üçün istifadə edilən 
xüsusi peç mənasında işlədilir. Fransız dilində, həmçinin grill 
sözü  əsasında  düzələn  qızardılmış  şəkərli  fındıq  mənasındakı 
qrilyaj sözü də vardır. Yapon dilində yanıq mənası  qor kökünün 
adekvatı kimi xo-sözü ilə ifadə olunur.
Qor  kökünün  qr  adekvatı  analitik-flektiv  dillərə  məxsus 
flektivliyə  görə  daxilindən  sait  elementi  kənara  çıxaraq  samit 
birləşməsi  şəklində  formalaşan  kök  tərkibindən  ibarətdir.  Bu 
elementləri  şərti  kök  şəklində  bərpa  etsək  qır
*
,  qar
*
,  qor
*
  va-
riantları alınar. Fars dilində yanmağın istiliklə bağlı anlayışını 
bildirən gərm sözü işlədilir. Sözün tərkibindəki gər hissəsini is-
tiliklə, yanmaqla bağlı olan qor, qar, qır element-lərinin struktur 
variantlarına adekvat olan vahid kimi qəbul etmək olar. 
Azərbaycan dilində də belə variantlar vardır. Məsələn, qır 
variantı yanmağın rəng əlamətini bildirən qırmızıqar variantı 
qaralmaq, qız variantı isə istilik əlamətini bildirən qızarmaq söz-
lərinin tərkibində işlədilir. 
Bit köküBit kökü mənbələrdə kitab, yazı, sənəd mənası bil-
dirən bitik sözünün tərkibində qeydə alınmışdır: “Qutluq bolzin 
bu bitiq idisi” (Bu yazının sahibi xoşbəxt olsun//ona uğur olsun) 
(DTS, 103). 


Mübariz Yusifov
130
Bit kökü həmçinin müqəddəs yazı, göydən (tanrıdan) yerə 
göndərilmiş kitab) mənasındakı biti sözünün də tərkibində işlə-
nir. (DTS, 103). Biti sözü yazı yazmaq üçün qələm və fırça mə-
nasında Çin dilində də işlədilir. Çin dilində, həmçinin, xətt (yaz-
maq) mənasında biyi sözü də vardır. Bu sözün hansı dildən digə-
rinə keçib-keçməməsinin araşdırılması məqsədəuyğun deyildir. 
Çünki bu sözün kökü ilə səsləşən adekvatlara başqa-başqa, həm-
çinin, Azərbaycan və Çin dilləri ilə tarixən kontaktları olmayan 
dillərdə də rast gəlmək olur. Ancaq onu qeyd etmək lazımdır ki, 
türk dillərinə dair qədim mənbələrdə bitik sözü əsasında düzəl-
miş başqa sözlərə də təsadüf edilir. Bunlara dair aşağıdakıları 
nümunə göstərmək olar: bitigəçi (katib, yazan), bitiqliq (yazılı, 
xəttat),  bitiqlik  (savadlılıq)  (DTS,  103);  bitiqsiz  (yazılmamış), 
bitiqü (yazı mürəkkəbi), bitil (yazılmış), bitişək (yazı, xətt), bit-
tin (kənar müdaxilə olmadan yazmaq), bitiş (köməkli, birgə yaz-
maq), bitit (yazdırmaq) və s. (DTS, 104).
Bitik (pitik) sözü Şah İsmayıl Xətayinin dilində də yazı mə-
nasında işlənmişdir:
Zülfün anuban çü cim yazdım
Ağzın anuban mim yazdım
Yazdım pitiyi əlif hey
Almamış anı xey yazdım
Yazdım pitiyi qamu sərasər,
Tutdum anı qarşıma bərabər.
Yazı  mənasındakı  bitik  sözünün  pik  şəklində  formalaş-
mış variantına latın mənşəli piktoqrafiya sözündə rast gəlmək 
olur.  Piktoqrafiya  sözünün  kökü  pictus  formatından  ibarətdir.                
-Qrafiya  isə  sözyaratma  elementidir.  Pictus  sözü  şəkli  yazı 
deməkdir. Yazının ilkin formalaşma mərhələsində əşya və ha-
disələr müəyyən təsvirlərlə ifadə olunmuşdur. Ona görə də ya-
zının bu növü şəkli yazı (piktoqrafiya) adlanır.
 
Pikto sözü ingi-


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə